En Eski Maktub Gönderileri

En Eski Maktub kitaplarını, en eski Maktub sözleri ve alıntılarını, en eski Maktub yazarlarını, en eski Maktub yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Həyatı- eynilə bütün insanların varlığı kimi-ötüb-keçmiş hər şeyin parçasından yaradılıb.
Müəllim deyir: -Dəyişiklik məqamının yetişdiyini hiss eləyib bütün həyati uğursuzluqlarımız və səhvlərimiz əks olunmuş lenti ağına-bozuna baxmadan, həyəcan içində fırladırıq. Əlbəttə ki, nə qədər yaşlanırıqsa, onların siyahısı o qədər uzun olur. Amma bununla yanaşı, qazandığımız təcrübə bizə həmin səhvlərin öhdəsindən gəlməyə, nəticələrini aradan qaldırmağa, yenidən irəliyə doğru getməyə şərait yaradan yola çıxmağa imkan verir. Bu kaseti də təxəyyülümüzdəki videomaqintofona qoymaq lazımdır. Əgər yalnız uğursuzluqlarımızdan və səhvlərimizdən ibarət olan lentə baxsaq, mövcud ruhi vəziyyətimizdə donub qalarıq.Əgər yalnız çoxcəhətli təcrübəmizin əks olunduğu lentə baxsaq, axırda özümüzə əslində olduğumuzdan müdrik görünəcəyik. Mütləq hər iki lentə baxmaq lazımdır.
Reklam
Tırtılı təsəvvürümüzə gətirək. Onun ömrünün böyük bir hissəsini yerdə keçirdiyini,quşlara baxdığını, həyatından şikayətləndiyini,həyata bu cür eybəcər gəldiyinə qəzəbləndiyini təxəyyülümüzdə canlandıraq."Mən ən nifrətəlayiq varlığam,- o fikirləşir. Mən eybəcərəm,başqalarını iyrəndirirəm, ömrüm boyu yerdə sürünməyə məhkumam". Amma bir gün gəlir ki, Təbiət tırtıldan barama düzəltməyi tələb eləyir. Onu qorxu bürüyür- axı heç vaxt belə bir işlə məşğul olmayıb. Ona elə gəlir,qəbrə gömüləcək, əvvəlcədən həyatla vidalaşır. Tırtıl əvvəlki həyatından narazı olsa da,yenə Yaradanın ədalətsizliyindən şikayətlənir:"Nəhayət,elə yenicə öyrəşməyə başlamışdım ki,Sən olub-qalanımı əlimdən alırsan!"Ümidsizlik içində öz baramasının içində gizlənib ölümünü gözləyir. Amma bir neçə gündən sonra gözəl bir kəpənəyə çevrilir. İndi hamını vəcdə gətirə-gətirə havada qanad çalır. İlahinin hər şeyi nə qədər müdrikcəsinə yaratdığına,həyatın gizli mənasının nə qədər dərin olduğuna yalnız indi təccüblənir.
Bir yadelli Sçetdəki monastırın baş keşişin yanına gəlib deyir: -İstəyirəm ki,həyatım daha saf,daha yaxşı və daha əxlaqlı olsun. Amma günah və yaramaz fikirlərdən yaxa qurtara bilmirəm. Baş keşiş monastrdan bayırda necə güclü külək əsdiyini sezib gələn adamdan soruşdu: -İçəri çox istidir. Sən bayırdan bir az külək yığıb bir az bura buraxa bilərsənmi ki,sərin olsun? -Əlbəttə,yox,bu mümkün deyil! -Eynilə bu cür Tanrını təhqir eləyən fikirlərdən yaxa qurtarmaq mümkün deyil,-baş keşiş cavab verdi.-Amma öz günahlarına "yox"deməyi bacarsan,sənə heç bir ziyan toxundura bilməzlər.
Müəllim deyir: -Əgər hər hansı bir qərar qəbul eləmək zəruridirsə və seçim varsa,nəticələrilə əvvəlcədən barışıb irəli getmək daha yaxşıdır. Çünki nəticələrin necə olacağını qabaqcadan bilmək mümkün deyil. Bəsirət və öncəgörücülük sənəti gələcəyi görməkdən yox,insana lazımi məsləhəti verməkdən ibarətdir. Bu sənətlərin bütün ustaları gözəl məsləhətçi və heç nəyə yaramayan peyğəmbərlərdir. İsa Məsihin bizə öyrətdiyi duada deyilir:"Sən bilən məsləhətdir". İlahi bizim qarşımıza bir problem çıxaranda yanına açarını da qoyur. Öncəgörücülər və falçılar gələcəyi doğrudan da əvvəlcədən görə bilsəydilər, hamısı varlı, bəxtli və nikahda xoşbəxt olardılar.
Tanrının qərarı sirlidir;amma o qərarlar həmişə sənin xeyrinədir.
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.