Mən, sən, o ≠ BİZ

Nicat Həşimzadə

Mən, sən, o ≠ BİZ Sözleri ve Alıntıları

Mən, sən, o ≠ BİZ sözleri ve alıntılarını, Mən, sən, o ≠ BİZ kitap alıntılarını, Mən, sən, o ≠ BİZ en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Xalqının cahilliyinə gülən adamdan ziyalı olmaz. Əgər sən ziyalısansa, o zaman cəhalət niyə var?
Sayfa 32
Qandi deyirdi ki, vətən sevgisi öz işini düzgün, vicdanlı görünməkdən başlayır. Yəni, süd satırsansa ona su qatma. Pinəçisənsə saxta material işlətmə. Bərbərsənsə, qayçını, maşını yu, spirtlə, təmiz saxla. Müəllimsənsə, şagirdlərə saxta şeylər öyrətmə. Jurnalistsənsə, yalan məlumat yayma.
Reklam
Ramiz Rövşən Azərbaycan insanını bizə olduğu kimi təqdim edir: Sən də daşlamağa özgəsini tap Məni ömür boyu daşlayan adam Gilası mürəbbə, quzunu kabab Şairi heykəltək xoşlayan adam.
İndi biz öz dövrümüzün Prometeyləriyik. Sadəcə, zəncirləri qırılmış Prometeylərik. Zəncirlərimizsə bizdən öncəki Prometeylərin sayəsində qırılıb.
Maraqlı hadisələrdən biri də məzarlıqda dəfn olunanların qəbir daşlarında peşələri ilə bağlı şəkillər çəkilməsidir. Uşaq şəkilsiz məzarı görəndə soruşur. -Baba, bəs bu qəbirdə niyə heç şəkil yoxdur? - Yəqin, bu, elə adamların qəbridir ki, onların heç bir işi heç kimin yadında qalmayıb. Sadəcə yaşayıblar, ölüblər, vəssalam. Ona görə də camaat bilməyib ki, qəbir daşına nə şəkli çəksinlər.
Əhməd bəy "College de France"dakı müəllimi, professor Renanın "Şərqə getmə, Şərq zalımdır, səni udar, məhv edər" məsləhətinə əməl etmədi. Ernest Renana cavab verdi ki, mən öz vətənimə qayıdacam, burada öyrəndiklərimi orada öz məmləkətimin insanlarına öyrədəcəm. Uğurlu karyeradan imtina edib cəhalət içində boğulan məmləkətə qayıdan, zülmətləri aydınlığa qovuşdurmaq istəyən Əhməd bəy heç şübhəsiz ki, ən yüksək hörmətə, ən ali sözlərə layiqdir. Nə yaxşı ki, Əhməd bəy Ağaoğlu kimi ziyalımız var.
36 öğeden 51 ile 36 arasındakiler gösteriliyor.