Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Mənim Payım

Parinoush Saniee

Mənim Payım Gönderileri

Mənim Payım kitaplarını, Mənim Payım sözleri ve alıntılarını, Mənim Payım yazarlarını, Mənim Payım yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Mətbəx əşyaları, yataq otağının avadanlığı- mənim həyatımın bütün hədəfləri bu əşyalarda görünürdü. Bu əşyalar sübut edirdi ki, məndən tələb olunan şey- ərimə mətbəxdə və yataq otağında xidmət etməkdir. Bu, çətin bir vəzifə idi...
Səadətin də bir qiyməti var. Onu ödəmək lazımdır.
Reklam
Birinci dəfə idi ki, ölmək arzusundan peşman idim. Həyat o qədər gözəl idi ki, bütün dünyanı öpmək istəyirdim.
-Bəlkə də görüşə icazə veriblər. Her ikimiz həyacanla dayanıb gözləyirdik. Bir neçə dəqiqədən sonra məmurların biri otağa bir bağlama gətirdi. Stolun üstünə qoyub dedi: -Onun əşyalarıdır. Mat-mat baxdım. Bilmirdim nə deyir. Adam səbirsizcə dedi: -Siz Həmid Sultaninin qohumları deyilsiniz? Srağagün cəhənnəmə vasil oldu. Bu da əşyalarıdir.
Sayfa 260
Kaş bütün əsl sevənlər qovuşsaydılar...
Bütün gəncliyim bu ümidsiz sevgidən puç oldu. Demirəm, heç bir qadına baxmamışam. Demirəm, heç vaxt Nazini sevməmişəm. Amma cürətlə deyə bilərəm ki, mənim həyatımın əsl sevgisi sən idin. Səni tapanda fikirləşdim ki, Allah, nəhayət, mənə rəhmət qapılarını açıb. İstəyib ki, ömrümün axırında səadətin nə olduğunu görüm. İndi sənin yanımda olmayacağını bilmək mənə çox çətindir. İndi keçmişdəkindən də təkəm. Sənə hər zamankından daha çox ehtiyacım var...
Sayfa 415 - SəidKitabı okudu
Bunların heç biri mənim öz payım deyildi. Heç vaxt heç kim mənim, məhz özümün kim olduğumu, nə istədiyimi soruşmadı.
Sayfa 414 - MəsuməKitabı okudu
Reklam
Anam həmişə deyirdi ki, hamının payını ayırıb kənara qoyurlar ki, o payı özü yeyə. Hərdən mənə elə gəlir ki, mənim payım olmayıb.
Sayfa 414 - MəsuməKitabı okudu
Adam bu yaşa çatanda keçmiş onun üçün gözəlləşir. Hətta pis günləri da gözəl görünür. Gənc olanda gələcəyi fikirləşirik. Gələn il necə olacaq, beş ildən sonra nə olacaq? Tələsirik ki, günlər tez-tez keçsin və biz tez gələcəyə çataq. Amma elə ki yaşa dolursan, daha gələcək olmadığına görə keçmişə baxırsan.
Sayfa 395 - MəsuməKitabı okudu
-Məsum, bilirsən ki, mən təkcə səni sevmişəm. Həyat bizim qarşımıza min bir çətinlik çıxartdı. Amma bəlkə indi bunun əvəzini çıxmaq olar. Bəlkə, həyat bundan sonra bizə xoş üzünü göstərmək istəyir...
Sayfa 405 - SəidKitabı okudu
Amma bəzən bir hadisə, bir şəkil adamı keçmişinə qaytarır. O zaman aynaya baxırsan. Görürsən ki, o keçmişdəki adamdan nə qədər fərqlənirsən.
Sayfa 395 - MəsuməKitabı okudu
Reklam
Biz ayrılanda Məsud boynumu qucaqlayıb dedi: -Ana, söz ver ki, mən qayıdanda həmişəki kimi gözəl, sağlam və güclü olacaqsan. -Sən də söz ver ki, sağ qayıdacaqsan. O gözdən itənə qədər arxasınca baxdım.
Sayfa 355 - Məsud və MəsuməKitabı okudu
Nə vaxta kimi imtahan verməliyəm? Allah niyə məni bu qədər imtahana çəkir? İlahi, istəyirsən öz qüdrətini mənim üstümdə göstərəsən? Mənim kimi bir bədbəxtin İstəmirəm sənin imtahanından keçməyi! Uşağımı istəyirəm. Uşağımı mənə qaytar, qoy mən sənin imtahanından kəsilim!
Sayfa 358 - MəsuməKitabı okudu
Göz yaşlarımı silib, qapıları bağladım. Həyatımın bu qismi: gəncliyim, sevgimlə vidalaşdım və getdim...
Sayfa 327 - MəsuməKitabı okudu
Həyat çox dəyərlidir. Bir səhvə görə onu təhlükəyə ata bilməzsən. Çünki onun yerini doldurmaq olmur.
Sayfa 325 - MəsuməKitabı okudu
1.500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.