Nikola Teslanın deyilənə görə özünün qələmə aldığı "Buluşlarım", azərbaycanca "İxtiralarım" kitabını oxudum. Əslində daha əvvəl Tesla və Edisonun bənzər ideyalarının ixtiraya çevrilməsi uğrunda apardıqları mübarizəni nümuyiş etdirən "The Current War" filminə baxmağım bu kitabı oxumağımın əsas səbəbi idi. Çünki Teslanın kinodakı xarakteri məni çox təsirləndirmişdi.
Kitabda Teslanın çox balaca yaşlarından 1914-cü ilə qədər apardığı tətqiqatlar, etdiyi ixtiralarla yanaşı, həyat hekayəsi qələmə alınıb. Dövrün dahiləri arasında özünə yer tapması, ixtiralarına olan şübhələrin hamısının öhdəsindən gəlib, necə böyük ixtiraları kəşf etməsi də maraqlı şəkildə təsvir edilib. Amma mən oxumağa başlayanda Edisonla olan münasibətlərinin daha çox yer alacağına ümid etmişdim. Bu haqqda çox az məlumat var. Məncə fiziklər, mühəndislər kitabı daha asan başa düşə bilərdi. Çünki müəyyən hissələri tam fizika ilə bağlıdı. Yenə də oxumağa dəyər.