Bizim surətimiz dünyanın gözündən asılı olmayan bizim yeganə həqiqi varlıq olan "mən"imizin arxasında gizlənən görüntüdür deyə düşünmək sadəlövh illüziyadır. İmaqoloqlar hədsiz bir həyasızlıqla bunu əksinə belə ifadə eləyirlər: bizim "mən" yalnız hiss olunmayan, ifadə olunmayan, dumanlı sadə görüntüdür, bu zaman yeganə reallıq, hətta asanlıqla hiss və ifadə olunan bizim başqalarının gözündəki surətimizdir.