Psikiyatrist

Wulf Dorn

En Yeni Psikiyatrist Yorumları ve İncelemeleri

En Yeni Psikiyatrist sözleri ve alıntılarını, en yeni Psikiyatrist kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
428 syf.
10/10 puan verdi
Və oxuduğum ənn təsirli kitab.. İnsanı zehninin qaranlıq tərəfləri ilə üzləşdirir. Bastırılmış öfkə, gizlənmiş duyğular.. bir gün ən pis halı ilə ortaya çıxmağı vərdiş ediblər. Hər şey bir yana, özündən ki qaça bilmir insan. Bir gün mütləq özü ilə üzləşməli olur. "Özünə belə güvənmə" deyir yazar, elə də əsaslandırır kii.. Axı insana özündən yaxın kim ola bilər? Özündən çox kimə güvənə bilərsən ki? Suallar-suallar.. Kitab inanılmazdırr, amma hər kəsə tövsiyə etmirəm. Hamı oxumasa da olar. Ən azından ildə 3-5 kitab oxuyanların qaldıra bilməyəcəyi qədər ağırdır.
Psixiatr
PsixiatrWulf Dorn · Yay Neşriyat · 20189,1bin okunma
428 syf.
10/10 puan verdi
·
26 günde okudu
Şüuraltının gücü, psixologiya və insan sintezi
Bir məcarənın da sonuna gəldim. Vulf dornun qələmi çox fərqlidir, bir peşənin insan həyatındakı yerini çox gözəl ifadə edir. Digər əsərlərindən fərqlənir, bəzi səhnələrdə tüklərim biz-biz oldu, mən çox gec bir vaxtda bitirdim və beynimə oturda-oturda oxudum, bununla belə hər oxuduğum kitabda olduğu kimi burda da bəzi hissələri tam anlamamışam. Yetəri qədər həzz aldım, fərqli nüanslarla rastlaşdım, psixologiyanın önəminin bir daha fərqinə vardım. Mövzu haqqında danışmağa ehtiyac olduğunu düşünmürəm, sadəcə, bu kitab sizə fərqli, həyatınızı dəyişəcək heç bir məlumat verməyəcək. Filmə baxmış kimi bir həzz dairəsi yaranacaq. Bundan sonrakı kitablarımda şəxsi inkişaf, fəlsəfi janrlarına daha çox üstünlük vermək istərdim. Bununla belə, kitab oxuma marafonuna iyul ayında davam edəcəm. İmtahan sessiya və hazırlıq öncəsi olduğu üçün. Dostlar, kitab çox fərqli aləmdir, içinə düşməyən anlamır, bilmir, dardır, bir də girəni düşünün, Bu necə bir sehrdir, həzzdir, nemətdir...
Psixiatr
PsixiatrWulf Dorn · Yay Neşriyat · 20189,1bin okunma
Reklam
428 syf.
10/10 puan verdi
·
10 günde okudu
Spoiler!
Çoox bəyəndim. Kitabı alanda "onsuz yazıçının ilk əsəridir" deyib çox da bir şey gözləmirdim. Amma yanıldım... Gözlənilməz sonluğu ilə məni çox təəccübləndirdi. Əslində bəzi hadisələri əvvəlcədən təsəvvür eləmişdim (Krisin ölümü, "adsız qadının" elə Ellenin özü olması). Ən çox sevdiyim və bir o qədər də kədərləndiyim obraz Mark oldu. Wulf Dornun növbəti oxuyacağım əsəri böyük ehtimalla "Şizofrenik" olacaq.
Psixiatr
Psixiatr
Psixiatr
PsixiatrWulf Dorn · Yay Neşriyat · 20189,1bin okunma
428 syf.
10/10 puan verdi
·
5 günde okudu
Mən "Psixiatr" kitabını bitirdim. Bundan sonra, Wulf Dorn qələmindən olan kitabları oxuyacam. Kitabın janrı, psixotriller gedir. Kitabın baş obrazı, Ellen Roth'dur. Ellen Roth meşə klinikasında çalışan bir psixiatrdır. Xaricə gedən, sevgilisi Chrise'in tapşırdığı ilə bir xəstəni müalicə etmək istəyir. Ellen üçün çətin günləri başlamaqda və birdən-birə Chrise'in tapşırdığı xəstə yoxa çıxmaqdadır. Xəstənin hər zaman ona dediyi, "Qara adam" Ellen'in kabusuna çevrilir. "Qara adam" necə yarandı? "Qara adam" kimdir? suallar yaranır ağlınızda. Bu cavabları versəm düşünürəm ki, kitaba spoiler vermiş olaram. Özünüz oxuyun, çox maraqlı əsərdir. Oxumuyan insanlara oxutdurun. Hadisələr çox və çox axıcı və ardıcıl gedirdi. Nilufər xanım Məmmədzadəyə çox təşəkkürlərimi bildirirəm ki, çox gözəl tərcümə etmişdir kitabı.
Psixiatr
PsixiatrWulf Dorn · Yay Neşriyat · 20189,1bin okunma
428 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Düşündüyümdən qat-qat maraqlı bir kitab oldu.Çox sürükləyici bir hekayəyə malik idi.Hekayədiki hadisələr ən incə detallarına qədər mükəmməl göstərilib...
Psixiatr
PsixiatrWulf Dorn · Yay Neşriyat · 20189,1bin okunma
428 syf.
10/10 puan verdi
·
4 günde okudu
Wulf Dorn en meshur kitabi haqqinda men de bir nece cumle demek isteyirem.Kitab mohtesemdi.Her hadisesiyle sizi teeccublendirir.Men bele oldum aciqcasi.Oxudugum en yaxsi psixoloji qorxu janrinda eserdi.Kitabin movzusu ise Ellen Roth "Mese klinikasi"nda isleyen psixiatrdi.I s yoldasi hem de sevgilisi Yeni Zenlandiyaya tetile gedib ona gore de Ellen hem de Krisin xestelerine baxir.Bu xestelrrin biri de adi bilinmeyen,doyulmus,zorakiliga meruz qalmis bir qadindi.Ellen bu qadinla danismaga calisir lakin hec bir netice elde etmir.Bunun ucun hemkari Mark'a muraciet edir.Seherisi gun Mark Ellenin isteyini yerine yetiri lakin qeribe bir hadise bas veirir.Mark orda hec bir xestenin olmadigini deyir.Ellen den basqa hec kim bu xesteni gormeyib.Ellen ise bu bas verenlere inanmir ve bu xesteni axtarmaga baslayir
Psixiatr
PsixiatrWulf Dorn · Yay Neşriyat · 20189,1bin okunma
Reklam
499 öğeden 541 ile 499 arasındakiler gösteriliyor.