Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Qisas Gecəsi

Elxan Elatlı

Sayfa Sayısına Göre Qisas Gecəsi Sözleri ve Alıntıları

Sayfa Sayısına Göre Qisas Gecəsi sözleri ve alıntılarını, sayfa sayısına göre Qisas Gecəsi kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
-Ürəyimə damıb ki, sən böyük adam olacaqsan, oğlum!
Birinci Bölüm.
"Qeyrətlilər torpaqlarının düşmən əsarətində olmasından xəcalət çəkirdilər, o birlər isə barlara getməyə pul tapmadıqlarından."
Reklam
Mübariz artıq öz yolunu seçmişdi və bu yoldan dönmək fikri yox idi
Altı, ya yeddi yaşı olardı. Bir gün Yaqub dayısı ilə söhbətdə yana-yana dedi: -Kaş ki böyük olardım, bir dənə də avtomatım olardı. Gecə vaxtı gedib erməni əsgərlərini qırardım. Dayısı güldü: -Yaxşı kino danışırsan. Belə kinolardan mənim də xoşum gəlir. Balaca Mübariz o vaxt yaman incinmişdi: -Mən düzünü deyirəm, dayı. Avtomatım olsa, vallah, gedərdim....
Mübarizin şəxsi fikrincə,insanlıq simasını itirmiş, Allahı unutmuş bu quldur toplusuna nə xahiş-minnət,nə təbliğat,nə də hədə-qorxu təsir etməyəcəkdi.Onlara yalnız güllə lazım idi.Yalnız odlu güllə onların ürəyindən türkə qarşı olan xəbisliyi,xəyanəti çıxara bilərdi.
Yox, ata, bilirsən mənə təsir edən nədir? Bakıda qalmaq istəyənlərin bəzisi işğal olunmuş rayonlardan idilər. Təsəvvür edirsən? Doğma ev-eşiyi düşmənin əlindədir, bu rahat yer axtarır.
-Düzlən! Hərbi hissənin təlim meydançasında sıraya düzülən əsgərlər iyirmi iki yaşlı gizirin ucadan verdiyi əmrə tabe oldular. -Fərəqət! Yerlərində quruyub düz qabağa baxdılar. -Bu nədir,ə,ayaq üstə yellənirsiniz.Şax dayanın! Əsgərlər zəhmli səsdən özlərini bir az da qurutdular.Hərbi hissəyə iki ay əvvəl gəlmiş gənc giziri xeyirxahlığına və mehribanlığına görə sevsələr də,eyni zamanda,ondan çəkinirdilər.Bilirdilər ki,boks yarışlarında bişib-bərkimiş,güclü hərbi hazırlıq keçmiş bu oğlan nə qədər mehriban,saf,sadə olsa da intizamsızlığa qarşı bir o qədər barışmazdır.
Reklam
Çox istəyirəm ki, sən sevəcəyin biri ilə ailə qurub xoşbəxt olasan. Uşaqların olsun. Onları vətənpərvər böyüdəsən və onlarla söhbət edəndə hərdən mənim də adımı çəkəsən. Deyəsən ki, Mübariz adlı bir oğlan var idi Azərbaycanda. İnan, ruhum elə sevinər ki...
Sayfa 109Kitabı okudu
Deyesen ki, Mubariz adli bir oglan var idi Azerbaycanda.İnan, ruhum ele seviner ki...
Sayfa 109Kitabı okudu
Artıq qəti qərara gəlmişdi.Uşaqlığından bu yana ürəyində gəzdirdiyi gizli məqsədini hökmən bu gecə həyata keçirməliydi.İyun ayının 18-dən 19-a keçən gecə.Bu gecə qisas gecəsi olmalı idi.
Sayfa 121Kitabı okudu
Sonra dayanıb qalib nəzərlərlə ətrafına baxdı.O,artıq düşmən səngərini basmışdı.İndi buradan çıxıb,ermənilərin ən yaxın hərbi hissəsinə getmək olardı. Səngərə açılan qapıya baxdı.Bu qapıdan çıxıb səngərdən qalxaraq öz doğma hərbi hissəsinə qayıda bilərdi.Amma o,geriyə qayıtmaq üçün gəlməmişdi buraya.Düşmənin üstünə axıradək gedəcəkdi.Məktubda necə yazmışdısa eləcə.Şəhid olanadək...
Sayfa 143Kitabı okudu
Reklam
O bir mələk idi. Yerdə çox yaşaya bilməzdi...
Sayfa 163Kitabı okudu
Bir az sonra dünya sularında gövdəsinə Mübariz İbrahimov adı yazılmış böyük bir gəmi üzməyə başladı.İndi bu gəmi yan aldığı bütün limanlarda insanlara Mübariz haqqında əfsanəyə bənzər həqiqətlər danışır.Mübariz haqqında,bir də dünyanı heyrətə gətirmiş bir qisas gecəsi haqqında.
Sayfa 173 - Bakı