Scarlett'in içinə ölümlər, müharibə, yanğın, 3 evlilik, 2(?) boşanma sığışdırdığı 12 illik 16 yaşından 28 yaşına qədər olan həyatı. Amma mən kitabı bitirəndə "Rett, üzümlü kekim" demək istədim. Filminə baxdıqda sırf sonuncu cümləyə görə belə baxmağa dəyərdi demişdim, kitabını oxuduqda da eyni fikirdəyəm, amma cümlələr fərqli idi, bənzərsiz idilər. Kitabında olub filmində olan bitmiş bitməmişlik vardı: Bitdiyini bilirsən, sadəcə bitməmiş olmasını diləyirsən.
Scarlett obrazı həqiqətən güclü obraz idi, bir kişi kimi güclü olduğunu deməyəcəyəm, bir qadın kimi; Ellen kimi, Melly kimi güclü idi. Və eyni zamanda fərqli güclülük idi bu. Amma yenə də güclü idi.