Inanılmaz bir kitab oldu.
Məgər həkim olmaq, xəstələrə vəziyyəti anlatmaq nə qədər çətinmiş?!.
Müəllif özü dünyaca məşhur neyroxirurqdur.
Kitab ingilislərə xas buzluqla bərabər səmimidir.
Neçə hissəsində həzm etmək üçün saxladîm,bəzi hissələri sərt,kövrəldici idi.
Amma ümumi soyuqluqları , emosional soyuqluq vardı.
Inkişaf etmiş bir dövlətin absurd xəstəxana qərarları olduğuna təəccübləndim,yetmədi dünyaca məşhur olasan,amma bu qərarlara atmaca atîb,tənqid edəsən ona lap təəccübləndim.
Müəllif Ukraynadakî işbirliyi zamanı Sovetin çöküşündən sonrakı xəstəxanaların vəziyyətini ,insanların miskinliyini ironik-məzəylə elə yazıb ki,dövlət xəstəxanalarımızın hələ də iyrənc vəziyyətini xatırladırdı. Həqiqətən sovetin hissiyatı hələ də o divarlarda yamaq belə olsa, içindəki vəziyyətlə öz qalıqlarını saxlayir deyə düşünürəm.