Kitabı Barış Özcanın #okurmusun hashtagi ilə olan videosunda gördüm, dinlədim və diqqətimi çəkdi. Oxumağa başladım...
Bu kitab elə yazılıb ki, maraqlıdır sonra nə olur həyacanı ilə oxumaq istəyirsən, bir tərəfdən bitdi deyə təəssüflənirsən.
Əsir olan bir adamın ağlını istirməsin deyə məşğul olduğu şahmat bir yerdə onu dəli etməyə başlayır. Dəlicəsinə beynində ağ və qara rəng olan 2 insan yaradır, xəyali taxtada - beynində oyun oynamağa başlayır. Beynindəki iki insanın bir-biri ilə savaşını yaradır və heç bir rəng məğlub olmağa hazır deyil.
Bu oyun tək-tənha bir otaqda ikən dəli olmasının qarşısını alır, bəs sonra?
Adam oyun oynayərkən nə baş verir?
Bu oyun Dr. B. adlı şəxsə nə etdi deyə düşünsəm...
İlk ağlıma gələn dəli kimi oldu və bunun sayəsində işgəncədən canını qurtardı.
Yaxşı bəs digər hal olsaydı...
Dostlarını sata bilərdi...
Bu oyuna öyrəndikdən sonra onu normal oynaya bilərdimi?
Bu bacarığı ona fayda verə bilərdimi?
İnsan 4 ay ərzində şahmatı öyrənə bilir. (yalnız bu işlə məşğul olarsa)
İnsanın öyrənə bilməyəcəyi heç bir şey yoxdu, yetər ki, çarəsiz qalsın...