Seçilmiş Əsərləri

Əliağa Vahid

Öne Çıkan Seçilmiş Əsərləri Gönderileri

Öne Çıkan Seçilmiş Əsərləri kitaplarını, öne çıkan Seçilmiş Əsərləri sözleri ve alıntılarını, öne çıkan Seçilmiş Əsərləri yazarlarını, öne çıkan Seçilmiş Əsərləri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Dindir məni hərdən, gözəlim, fürsət olanda, Vəslin bizə bir an, nə olar, qismət olanda? Bax gör, məni zülfün nə pərişanlığa saldı, Bir gün açaram dərdimi cəmiyyət olanda. Yüzlərcə cəfa etsən, unutmaz səni könlüm, Fikrimdəsən, ey gül, yenə hər söhbət olanda. Biganə əgər olmasa, tez vəslə yetərdik, Kim xeyr görüb düşməni kəmfürsət olanda? Zülfün ki, tutub ruyini, çox qorxuram ondan, Aləm toxunar bir-birinə zülmət olanda. Könlüm necə sənsiz, gözəlim, naləsiz olsun, Bülbül dayanarmı gülünə həsrət olanda? Vahid, hələ qarşında böyük bir gələcək var, Dünya bizə ləzzət verəcək cənnət olanda!
Demə, ey gül, ölərəm, getmə gözümdən o yana, Gərək aşiq dözüb hər cövrünə yarın, dayana. Aləmi-eşqdə qanuni-məhəbbət belədir: Bülbül həsrət gülə, pərvanə gərək odda yana! Mən də hicran qəmini, qismət ola, çəkdirərəm, Sənin ol gül üzünə könlümü həsrət qoyana. Aqibət atəşi-ahimlə rəqib od tutacaq, Öz cəzasın çəkəcək, qaçsa əlimdən hayana. Bir mübariz igidəm, qoymaram oğyarı, gülüm, Cənnəti-kuyinə yol tapsın o gündən bu yana. Yar üçün aşiq odur, şövqlə candan keçsin, Kim vəfa bəsləyəcək dostuna can qıymayana? Sən də, Vahid, vətən uğrunda çalış mərd kimi, İncə qəlbində böyük hissü-məhəbbət oyana.
Reklam
Bülbül dayanarmı gülünə həsrət olanda?
Dindir məni hərdən, gözəlim, fürsət olanda, Vəslin bizə bir an, nə olar, qismət olanda? Bax gör, məni zülfün nə pərişanlığa saldı, Bir gün açaram dərdimi cəmiyyət olanda. Yüzlərcə cəfa etsən, unutmaz səni könlüm, Fikrimdəsən, ey gül, yenə hər söhbət olanda. Biganə əgər olmasa, tez vəslə yetərdik, Kim xeyr görüb düşməni kəmfürsət olanda? Zülfün ki, tutub ruyini, çox qorxuram ondan, Aləm toxunar bir-birinə zülmət olanda. Könlüm necə sənsiz, gözəlim, naləsiz olsun, Bülbül dayanarmı gülünə həsrət olanda? Vahid, hələ qarşında böyük bir gələcək var, Dünya bizə ləzzət verəcək cənnət olanda!
Seçilmiş Əsərləri
Seçilmiş Əsərləri
Görsəm, ey gül, ölərəm bir də səni xarilə, Əvvəl öldür məni, get sonra gəz əğyar ilə. Əhd qıldın ki, vəfasızlığı tərk eyləyəsən, Varsan, əhsən sənə öz etdiyin iqrar ilə. Sünbüli-zülfünə çoxdan vurulub badi-səba. Gecə-gündüz keçirir ömrünü gülzar ilə. Tapmamışdır hələ bülbül sənə bənzər bir gül, Bağdən-bağə gəzir dideyi-xunbar ilə. Qamətin sərvi, gözün nərgisi gözdən saldı, Dəhənin qönçəni lal eylədi güftar ilə. Dil gözün fikrinə çox düşdü, xəyal eyləmədi: Rahət olmaz qoşulan məsti-xətakar ilə. Dövlətim, simü zərim olmasa, Vahid, xoşdur, Gənci-təbim doludur gövhəri-əşar ilə.
Sayfa 54 - Lider NəşriyyatKitabı okudu
Yar üçün aşiq odur, şövqlə candan keçsin, Kim vəfa bəsləyəcək dostuna can qıymayana?
Ne Leyli sen kimi olmuş, ne men kimi Mecnun, Nəkarədir onlar gəlib bizə bərabər ola?!
Reklam
128 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.