Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seçilmiş Əsərləri II.Cild

İmadəddin Nəsimi

Seçilmiş Əsərləri II.Cild Gönderileri

Seçilmiş Əsərləri II.Cild kitaplarını, Seçilmiş Əsərləri II.Cild sözleri ve alıntılarını, Seçilmiş Əsərləri II.Cild yazarlarını, Seçilmiş Əsərləri II.Cild yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Dilbəra, mən səndən ayrı ömrü, canı neylərəm? Təxti-tacı, mülkü-malı xanimanı neylərəm? İstərəm vəsli-camalın ta qılam dərdə dəva Mən sənin bimarınam, özgə dəvanı neylərəm? Ey müsəlmanlar, bilin, yar ilə xoşdur bu cahan, Mən ki, yardan ayrı düşdüm, bu cahanı neylərəm? Çox dualar qılmışam mən xaliqin dərgahına, Çün muradim hasil olmaz, mən duanı neylərəm? Dilbər aydır, ey Nəsimi, sabir ol, qılma fəğan, Mən bu gün səbr eyləsəm, danla fəğanı neylərəm?
Ey mənim könlümü alan gözləri, Ey mənim bağrımı dələn sözləri, Mən şikayət kimdən edim, ey həbib, Özləridir, özləridir, özləri.
Reklam
Bulmuşam həqqi, ənəlhəq söylərəm, Həq mənəm, həq məndədir, həq söylərəm. Gör bu əsrarı nə müğləq söylərəm, Sadiqəm qövlümdə, səddəq söylərəm.
Hər nə yerdə, göydə var, adəmdə var, Hər nə ildə, ayda var, adəmdə var. Hər nə əldə, üzdə var, qəddəmdə var. Həq sözün fəhm etməyən adəm də var.
Həq təala adəm oğlu özüdür, Otuz iki həq kəlamı sözüdür. Cümlə aləm bil ki, Allah özüdür, Adəm ol candır ki, günəş üzüdür.
Könlümüz bir yar əlindən xəstədir, Gözü qara, qaşları peyvəstədir. Naz edərsə nazını çəkmək gərək, Can fəda qılmaq gərək, növrəstədir.
Reklam
Ay ilə günəş üzün heyranıdır, Mişk ilə ənbər saçın tərxanıdır, Çün Nəsimi aləmin sultanıdır, Dövr anın, dövran anın dövranıdır.
Gah çıkarım gökyüzüne Seyrederim alemi Gah inerim yeryüzüne Seyreder alem beni.. Gah giderim medreseye Ders okurum hak için Gah giderim meyhaneye Dem çekerim kime ne Sofular haram demişler Bu aşkın şarabına Ben doldurur ben içerim Günah benim kime ne ....... Nesimiye sordular ki O yar ilen hoş musun? Hoş olayım, olmayayım O yar benim kime ne?
Zülfi-ənbərsaya verdim könlümü, Lə’li-ruhəfzaya verdim könlümü, Qaşıtək sevdaya verdim könlümü, Gör nə möhkəm yaya verdim könlümü?
Sayfa 299
Reklam
Həq dedi kim, yer yedivü göy yedi, Laməkan təxtində gizlidir yedi. Gizlü adəmdə əyan oldu yedi, Dörd yedi bir gəz nədən oldu yedi?
Sayfa 299
Nəfsini kim ki, bildi buldu həqi, Nəfsini bilməyənlər oldu şəqi. Ey həqi istəyən, gəl insan ol, Qara daş olma, lə’lü mərcan ol.
Sayfa 249
Ey könül, hər bivücuddan can umarsan, nə əcəb! Bikərəmdən lütf ilən ehsan umarsan, nə əcəb!
Sayfa 177
Ey həvəs eyləyən kişi eşqə, eşit bu nüktəyi, Xubların xəyalına vermə könül ki, can gedər.
Sayfa 131
Yalançı nəfsə uymuşsan, qucarsan dünyayı neyçün? Məgər həqqi unutmuşsan ki, oldun dünyaya mail?
Sayfa 106
26 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.