Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Fyodor Mihayloviç Dostoyevski

Şeytanlar

Fyodor Dostoyevski

Sayfa Sayısına Göre Şeytanlar Sözleri ve Alıntıları

Sayfa Sayısına Göre Şeytanlar sözleri ve alıntılarını, sayfa sayısına göre Şeytanlar kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Elə təbiətə malik insanlar var ki , onlar pişik kimi evə çox isinişirlər .
özünə qarşı çox böyük tələbkarlıqla yanaşır , amma bu tələbləri təmin etmək üçünsə özündə heç vaxt güc tapa bilmirdi
Reklam
Əsl azadlıq onda olacaq ki,nə vaxt yaşamağın,ya da yaşamamağın fərqi olmayacaq...
Sayfa 123Kitabı okudu
Əsl azadlıq onda olacaq ki , nə vaxt yaşamaq və yaşamamağın fərqi olmayacaq.
Sayfa 123Kitabı okudu
- Həyat ağrıdan, qorxudan ibarətdir və insan bədbəxtdir. İndi hər şey ağrı və qorxudur. İnsan həyatı sevir, çünki ağrını və qorxunu sevir. İndi həyat ağrı və qorxu bahasına verilir və bu dünyada hər şey yalandır. İndi insan hələ o insan deyildir. Yeni insan yaranacaq, xoşbəxt və məğrur. Onun üçün yaşamaq, ya da yaşamamaq eyni şey olacaq. O, ağrıya və qorxuya qalib gələcək, o özü Allah olacaq. İndiki Allah isə olmayacaq. - Deməli, sizcə, Allah var? - O yoxdur, amma həm də var. Daşda ağrı yoxdur, amma daşdan qorxmaqda ağrı var. Allah ölüm qorxusunun ağrısıdır. Kim ki ağrıya və qorxuya qalib gələcək, o özü Allah olacaq. Onda yeni həyat, yeni insan yaranacaq: hər şey yeni olacaq... Onda tarixi iki hissəyə böləcəklər: qorilladan Allahı məhv edənədək və Allahı məhv edəndən yerin və insanın fiziki cəhətdən dəyişməsinədək. Dünya da dəyişəcək, işlər də, fikirlər də, bütün duyğular da.
Sayfa 124
Ah , dostum , evlənmək hər bir məğrur qəlbin , hər bir azadlığın mənəvi məhvidir
Sayfa 132Kitabı okudu
Reklam
Qadın hər şeyi görən gözün özünü də aldadar , Cənabi Allah qadını yaratmaqla ,əlbəttə , özünün nələrə düçar olacağını bilirdi , amma mən əminəm ki , qadın özü Ona mane olub özü Onu məhz belə və bu cür xüsusiyyətlərlə yaratmağa məcbur edib ; yoxsa kim özü üçün belə bir başağrısını qazanmaq istərdi?
Sayfa 132Kitabı okudu
Bundan sonra tale sənə nəyi vəd etsə də,səni həmişə sevəcəyəm...
Sayfa 177Kitabı okudu
Nə üçün?
"Nə üçün"ün cavabını gözləyirsiniz? Bu kiçicik "nə üçün" sözü dünya xəlq edilən gündən bütün kainata yayılmışdır və hər an təbiət öz xaliqindən soruşur : "Nə üçün?". Artıq yeddi min ildir ki,cavab ala bilmir...
Sayfa 183Kitabı okudu
Axı bu, dində olduğu kimidir : insan nə qədər pis yaşayırsa, ya da bütün xalq nə qədər məzlum və kasıbdırsa, bir o qədər inadla cənnət mükafatı barədə xəyallara dalır, üstəlik yüz min keşişdə bu xəyalları alovlandıraraq ondan öz məqsədləri üçün istifadə edirsə,onda mən sizi anlayıram.
Sayfa 197 - Şərq Qərb
Reklam
İnsan nə qədər pis yaşayırsa,ya da bütün xalq nə qədər məzlum və kasıbdırsa,bir o qədər inadla cənnət mükafatı barədə xəyallara dalır.
Sayfa 197Kitabı okudu
Əsl həqiqət heç vaxt həqiqətə oxşamır,siz bunu bilirsiniz?
Sayfa 219Kitabı okudu
Əsl həqiqət heç vaxt həqiqətə oxşamır , həqiqəti həqiqətə oxşatmaq üçün ona mütləq yalan qatmaq lazımdır.
Sayfa 220Kitabı okudu
1.500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.