En Yeni Şinel Yorumları ve İncelemeleri

En Yeni Şinel sözleri ve alıntılarını, en yeni Şinel kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.

Puan

8.210 üzerinden
9,5bin Kişi · 1533 İnceleme
80 syf.
·
Puan vermedi
Görəsən bu hekayəni doğru başa düşürük?
Kitabın sonunda bir tənqidçinin hekayə haqqında yazısı var və iddia edir ki, biz kitabı səthi oxuyuruq və hekayənin mənasını tam qavramırıq. Oxuyucunu da tənqid edir amma yazısının sonunda onun da yazdıqlarını oxuduğumuz üçün həm də bizi qiymətləndirir. Mən Qoqolu ilk dəfədir oxuyuram, yazıçını bu əsərlə tanıdım. Bir rus ədəbiyyatına görə Şinel
Şinel
ŞinelNikolay Gogol · Parlaq · 037,2bin okunma
80 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Qoqol'un şineli haqqında
Çox maraqlı və kiçikölçülü bir əsər idi. Buna baxmayaraq sizi olduğunuz yerdən Peterburqa aparmağı ya da o hissləri keçirtməyi bacarır. Həm nəşr,həm əsər,həm də kitabın sonunda Nabokovun mülahizələri xoşuma gəldi və həqiqətən anladım ki,Qoqol doğrudan da bir dahidir. Qoqolun yaradıcılığı ilə tanış olmaq istəyən hər kəsə oxumağı məsləhət edirəm.Xoş mütaliələr!
Şinel
ŞinelNikolay Gogol · Parlaq · 037,2bin okunma
Reklam
80 syf.
10/10 puan verdi
·
Beğendi
·
12 saatte okudu
Qoqoldan "Şinel " / "Palto " əsəri
Mir Cəlal deyirdi ki ,biz hamımız Mirzə Cəlilin "Poçt qutusu"ndan çıxmışıq .Rus ədəbiyyatında isə Dostoyevski deyib ki ,biz hamımız Qoqolun "Şinel"indən çıxmışıq . Buna görə də "Şinel" əsərini həmişə oxumaq istəmişdim . Bundan öncə Qoqolun " Müfəttiş " əsərini oxuyub çox sevmişdim . "Şinel " əsərində süjet xətti çox sadədir .Bir dəftərxana məmurunun — Akaki Akakiyeviçin şineli geyilə bilinməyəcək dərəcədə köhnəlir .Akakiyeviç bundan çox qəmlənir ,çünki yeni şinel tikdirmək üçün pul lazım idi . Yeni şineli onun sakit və darıxdırıcı həyatına bir az yeni rəng qatır və yenə həmin şinel onun məhvinə səbəb olur . Əslində ,Akaki Akakiyeviçin məhvinə səbəb olan mühit idi .O mühitdir ki , bir məmur maaşı ilə özünə palto belə ala bilmir . Qoqol da bunu əsərində təsvir edir . Əsərin sonu fantastik bitir . Son söz olaraq Vladimir Nobokovun əsərlə bağlı təhlili verilmişdir ki , əsəri oxuyub bitirdikdən sonra onun ideyasını müəyyənləşdirməyə kömək edir . Xoş mütaliələr !
Şinel
ŞinelNikolay Gogol · Parlaq · 037,2bin okunma
80 syf.
9/10 puan verdi
·
Beğendi
·
12 saatte okudu
"hamımız Qoqolun şinelindən çıxmışıq"
Bu balaca, itaətkar müşavir bir xəyalət, tragik dərinliklərdən çıxıb gələrək təsadüfən balaca bir məmurun cildinə girmiş ziyarətçidir. Proqressiv rus tənqidçiləri bu personajda məzlumların obrazını gördülər və hekayəni bütövlükdə sosial etiraz kimi qiymətləndirdilər. Amma hekayədə bundan daha artığı var. Qoqolun üsubundakı boşluqlar və deşiklər, əslində, həyatın öz materialındakı qüsurları işarə edir. Çox yalnış olan şeylər var və hamı - çox mühüm saydığı məşğuliyyətinə aludə olmuş mülayim dəli ikən, absurdcasına məntiqli bir qüvvə, onların bihudə işlərinə davam etməyinə şərait yaratmaqdadır; hekayənin gerçək "mesaj" ı budur.
Nikolay Gogol
Nikolay Gogol
Şinel
ŞinelNikolay Gogol · Parlaq · 037,2bin okunma
80 syf.
9/10 puan verdi
·
Beğendi
·
20 saatte okudu
Həmişə demişəm, payız, qış, yağış, soyuq havalar əsil rus klassikləri oxunulacaq vaxtdır. Elə mən də yağışlı günlərin birində bir oturuşa oxudum bitirdim kitabı. Bu kiçikhəcmli "böyük" hekayə aylarla çalışıb əziyyət çəkərək özünə yeni şinel tikdirən Akaki Akakiyeviçin acınacaqlı həyatından bəhs edir. Çexovda olduğu kimi Qoqolun da hadisələrə satirik şəkildə yanaşması çox xoşuma gəldi mənim. Kitabda sevdiyim şeylərdən biri isə hekayənin sonunda Vladimir Nabakovun "Şinel" haqqındakı mühazirəsinin də yer alması idi. Hekayəni oxuduqdan sonra daha dərindən təhlilini oxumaq ayrı bir zövq verdi. Həmçinin Dostoyevskinin çox məşhur "Hamımız Qoqolun şinelindən çıxmışıq" sözü var :)
Şinel
ŞinelNikolay Gogol · Parlaq · 037,2bin okunma
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.