İnsanlar sizin zamanı istədiyi kimi istifadə edə biləcəyini düşünür. Amma öz vaxtınızın dəyərini siz bilirsiniz və onun idarəsindən məsul olan da sizsiniz.
Insanlar arasinda serhedler qoymaq, etmek istediklerimizden daha çox etmək istəmədiklərimiz üçün necə öz sözünü demək mümkündür bunu göstərir.
İş həyatından, dostluğa, ailə fərdləri və partnyorlar arasında sərhədlərin qoyulması vacibdir və bu sərhədləri necə qoymaq mümkündür onu detallı şəkildə izah edir.
Xüsusi ilə diqqətimi çəkən hissə sərhədlər qoyarkən emosional sferada uşaqlıqdan sərhəd qoyulmasını öyrənməmək və bunu yetişkin həyatda öz hisslərinə inanmayan, hiss etdiklərinin başqaları tərəfindən təsdiq edilməsinə ehtiyac olan insanlar formalaşdırmasına gətirib çıxarması idi. Nə hiss ediriksə, bunu hiss etməyə haqqımız var. Və nece hiss etməli olduğumuzu kimsə bizə diqtə edə bilməz.
İntelektual sferada fikirlərin qəbul edilməməsi, hər hansı mövzu ilə bağlı qarşı tərəfin düşüncələrin gözardı etmək də intelektual sərhədlərin pozulmasıdır.
Travmaların sərhəd qoyulmasına önəmli təsiri var. Bunun həlli üçün professional yardım alınması tövsiyə olunandır. Yazar psixoterapevt olmasına baxmayaraq özü də sərhəd müəyyən edilməsi üçün əlavə dəstək də alıb.