Tarixi Miniatürlər

Stefan Zweig

En Yeni Tarixi Miniatürlər Sözleri ve Alıntıları

En Yeni Tarixi Miniatürlər sözleri ve alıntılarını, en yeni Tarixi Miniatürlər kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Asan əldə olunan təsadüfi uğurla yalnız şöhrət qazanmaq olar, ancaq heç nə insanın öz amansız taleyi ilə ölüm-dirim mübarizəsindəki acınacaqlı məğlubiyyəti qədər ürəkləri yerindən oynada bilməz.
Kitab oxuyan insanlar, dünyanı sadəcə öz gözləri ilə deyil, sayısız insanların ruhsal baxışları ilə görürlər.
Reklam
Kitab oxuyan insanlar dünyanı sadəcə öz gözlərindən deyil ,sayısız insanların ruhsal baxışları ilə görürlər
Çünki asan əldə olunan təsadüfi uğurla yalnız şöhrət qazanmaq olar, ancaq heçnə insanın öz amansız taleyi ilə ölüm-dirim mübarizəsindəki acınacaqlı məğlubiyyəti qədər ürəkləri yerindən oynada bilməz.
Onların Qütbdə kəşf etdikləri yeganə qəribəliyi də təbiət özü deyil, onlara düşmən kəsilən insan əlləri yaratmışdı: Amundsenin çadırı və onun üzərində bəşər övladının buz laylarını fəth etdiyinin rəmzi kimi təntənə ilə dalğalanan Norveç bayrağı..
Tale həmişə güclülərə, zorakılara yar, illər uzunu itaətkar qul kimi olur. Ayrı-ayrı şəxsiyyətlərə xidmət edir: Sezara, İsgəndərə, Napoleona... Çünki o özünə oxşayan, dərk olunmayan kortəbii insanları sevir. Ancaq hərdən, çox nadir hallarda da olsa, özünü qəribə bir ovqatla hansı biganəninsə ağuşuna atır. Bəzən də elə anlar olur ki - bunlar bəşər tarixinin ən heyrətamiz anları olur taleyin püşkü, bircə dəqiqəliyə də olsa, heç nəyə yaramayan bir adamın bəxtinə düşür. Belə adamlar sevinmək əvəzinə, onları dünyanın böyük oyunlarına çəkən məsuliyyətdən qorxur və demək olar ki, həmişə də bəxtlərinə düşmüş bu hədiyyəni titrəyən əllərindən buraxırlar. Çox nadir hallarda hansısa bu fürsətdən yaxşı istifadə edərək, ucala bilir. Çünki böyüklük yalnız bircə saniyəliyə kiçikliyin səviyyəsinə enir və kim həmin anı əldən buraxırsa, onu bir daha geri qaytara bilmir.
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.