Haqqında çox oxuduğum, çox araşdırdığım ,filmlər izlədiyim Auşvits-Birkenau düşərgəsindən bəhs etdiyi üçün oxumaq istədiyim bir əsər idi.Təəssüf ki ,mənim gözləntilərimi heç qarşılamadı.İlk öncə onu deyə bilərəm ki,yazarın qələmi çox sadə və bəsit idi, sanki adi bir mövzuda kimləsə söhbət edirmiş kimi hiss etdirdi mənə.Bəzi dialoglar vardı ki o qədər bəsit şəkildə yazılmışdı,oxuyarkən çox təəssüf hissi keçirdim.(
Kitabın mövzusu ilə bağlı heçnə deyə bilmərəm,çünki bəhs edilən hekayənin yaşanmış olması mənə çox təsir etmişdi.Lakin dediyim kimi yazarın bu qədər bəsit qələmlə yazmağı ,o acılı hadisələri anlatarkən o duyğunu ötürə bilməməsi və daha nələr nələr…kitabı çox bəsitləşdirmiş oldu.İlk dəfə idi Heather Morris-in qələmiylə tanış olurdum.Digər kitablarını oxuyarammı yenidən?əlbəttə yox.