Ve Dağlardan Səda Gəldi

Khaled Hosseini

Yüksek Puanlı Ve Dağlardan Səda Gəldi Yorumları ve İncelemeleri

Yüksek Puanlı Ve Dağlardan Səda Gəldi sözleri ve alıntılarını, yüksek puanlı Ve Dağlardan Səda Gəldi kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
504 syf.
8/10 puan verdi
·
Beğendi
Yazarı tanıdıqdan sonra buraxmaq çətindir. Möhtəşəm 3 əsərini də bir birinin ardınca oxuyub sonra çox yemək yeyib həzm edə bilməyən adam kimi ortalıqda gəzmişdim. Amma zaman keçdikcə oxuduqlarım beynimə və yavaş yavaş bütün vücuduma yayıldı. Bir daha təkrar oxuyacağım möhtəşəm əsərlərdən biri.
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201335,1bin okunma
504 syf.
7/10 puan verdi
Xalid Hüseyninin oxuduğum ikinci əsəridir. Əsərin sonunda Abdullanın Pərini xatırlamasını gözlədim, amma gözləmədiyim sonluqla bitdi. Bu əsər də mükəmməl üslubla yazılmış bir əsərdir, lakin "Min möhtəşəm günəş"in mənə təsir etdiyi qədər təsir etmədi. Yenə də oxunması gərəkən əsərlərdən biridir.
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201335,1bin okunma
Reklam
504 syf.
7/10 puan verdi
·
18 günde okudu
Xalid Hüseyni-Və dağlardan səda gəldi
Əsər Əfqanıstanda yaşayan Pəri və Abdulla adlı bacı-qardaşın yaşadıqlarından bəhs edir. Ümumi olaraq, əsərlə bağlı o deyilməlidir ki, Xalid Hüseyninin bütün əsərləri arasında yazıçı keyfiyyətini göstərə bildiyi ən güclü süjet xəttinə sahib əsərdir. Bədii təsvir vasitələrinin istifadəsi, obrazların dinamikası, hadisələr və hekayələr arası əlaqələr bunu deməyə imkan verir. Amma bu dəfə əsər təhlili və ya obraz analizi aparmıram. Buna səbəb də oxuduqca gördüyüm yazıçının bütün kitablarında apardığı ABŞ propaqandası ideyalarının bu əsərdə pik həddə çatmasıdır. Bu mövzunu tənqid etməli olan şəxs isə mən deyiləm.
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201335,1bin okunma
504 syf.
7/10 puan verdi
Xalid Hüseyni " Və dağlardan səda gəldi"
Xalid Hüseyni nəsillər və qitələr aşaraq Kabildə başlayıb, Paris, San Fransisko və yunan adası Tinosa qədər gedib çıxan bir hekayə ilə kimliyimizi və həyatımızı müəyyən edən bağlılıqlardan bəhs edir. Müəllif əzizlərimizə qarşı rəftarımız, etdiyimiz seçimlərin nəticələrini və ən yaxın hesab etdiyimiz kimsələrin ən gözlənilməz davranışlarını insanın daxilinə nüfuz edən bir müdriklik, dərinlik, uzaqgörənlik və mərhəmətlə araşdırır.
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201335,1bin okunma
504 syf.
7/10 puan verdi
·
12 günde okudu
Kitabı oxumağa çox böyük önyargı ilə başladım. Çünki kitab haqqındaki geri dönüşlər yazarın ilk iki kitabı ilə müqayisədə çox ürəkaçan deyildi. Aylarla kitabı rəfdə saxlamışdım, nəhayət oxumağa başladım. Əslində kitab haqqında mənfi rəylərin nədən qaynaqlandığını anladım. Kitabda bir qədər çox obrazlar təsvir olunmuş, həyat hekayələri qələmə alınmışdı. Amma, tam əksinə olaraq, mənə kitabı maraqlı edən əsas səbəblərdən biri də bu oldu. Bir hekayədə yer alan hər obrazın həyatlarını, həyatlarının bir nöqtəsində onları bir araya gətirən hadisəni fərqli obrazların dilindən oxumaq olduqca maraqlı idi. Kitabın bəyənmədiyim tərəfi Qulam adlı obrazın həyat hekayəsinin gözləmədiyim yerdə kəsilməsi oldu. Kitabın sonlarında bu hekayənin sonu olacağına ümid eliyirdim, ancaq həmin sonu tapa bilmədim. Kitabın mövzusu haqqında danışmaq lazımdısa, qeyd edim ki, Abdulla və bacısı Pəri bir-birinə çox bağlıdır. Amma bir gün onlar ayrılır. Abdulla ömrü boyu bunun acısını yaşayır. Bacısı Pəri isə balaca olduğu üçün artıq bəzi şeyləri xatırlamır. Sadəcə bəzi şeylərin yoxluğunu qəlbinin dərinliklərində hiss edir. Digər tərəfdən həyatlarının bir yerində bu hadisənin içində olan, Süleyman Vəhdəti, Nila Vəhdəti, Nəbi, həkim Markos Varvaris, İqbal, Adil, Qulam kimi digər obrazların həyatları və bu faciə ilə əlaqələri təsvir olunmuşdur. Xoş oxumalar :)
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda Gəldi
Khaled Hosseini
Khaled Hosseini
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201335,1bin okunma
504 syf.
7/10 puan verdi
Bu sənin 7'liyində deyildi amma sənin sayəndə pdfdən oxudum. Hər gecə başucuna gəlib gözlərini yumub, süpürürəm bir gündə bunu bitirəndən sonra gəlib süpürüb, əlimlə gicgahını oynadıb, pis yuxuları əlimlə çıxardıb, cibimdəki xəyali torbama qoyub ağzını bağladım, sonra əlimlə göydən yuxulardan birinə əlimi uzatdım çünki hansı ən gözəli idi seçə bilmirdim, çünki hamısı biz idik. Onu əlimlə o Şabalıd beyninə ötürüb, Yuxun Biz'lə dolsun dedim Bu kitabı sevirəm. Şahəsərimizdən sonra bunu deyərdim. Pərinuş Səni - Mənim Payım'dan daha çox sevdim açığı) Puanı niyə azdı anlamadım. Səni çox istəyirəm. Şəxsi görüşüm 10/8. İndi Art və Xaosa az puan verdiyimi düşündüm, Çünki onu daha çox bəyəndim bundan)) Ona puanımı burda dəyişib 10/8.6 edirəmmm. Nəyə dayanır bu puanım məndə bilmirəm)
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201335,1bin okunma
Reklam
647 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.