O qədər də incələmə yazan biri deyiləm, amma istədim bu kitab haqqında yazım, oxuyanda nə hiss etdiklərimi yazım, çünki çox təsir etdi. Bu kitab haqda çox incələmə var, ona görə şablon sözlərdən istifadə etməyəcəm. Kitabdan ən böyük və dəyərli bir şey öyrəndim, bir insanın nə qədər empatiya hissi güclü olursa olsun, nə qədər desə ki, səni başa düşürəm, yenə də qarşı tərəfi anlamır, bir insanı o zaman həqiqətən anlayırsan ki, o insanın çəkdiklərini sən də çəkirsən, o yaşadığı hissləri sən də yaşayırsan, bax bu zaman həqiqətən anlayırsan. Ağlayaraq bitirdiyim kitab oldunnn, sözlərlə ifadə olunmayacaq hisslər yaşatdı...