Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Xərçəng Tropiki

Henry Miller

Xərçəng Tropiki Sözleri ve Alıntıları

Xərçəng Tropiki sözleri ve alıntılarını, Xərçəng Tropiki kitap alıntılarını, Xərçəng Tropiki en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Mən azad bir insanam və azadlığa ehtiyacım var.
Tək qalmağa ehtiyacım var. Xəlvətə çəkilib utancımı və ümidsizliyimi sorğulamağa ehtiyacım var. Günəş işığına və səki daşlarına ehtiyacım var, amma yoldaşsız, söhbətsiz, özümlə üz-üzə, ancaq ürəyimin musiqisinin müşayiəti ilə. Nə istəyirsiniz məndən? Mən nə isə söyləmək istəyəndə, bunu yazıb çap edirəm onsuz da. Verəcək bir şeyim olduqda, verirəm. Güdmə həvəsiniz ürəyimi bulandırır! Tərifləriniz məni alçaldır! Çaylarınız məni zəhərləyir! Heç kimə bir də öyra heç nə borclu deyiləm. Təkcə tanrı qarşısında məsuliyyət daşıyıram- O da əgər varsa.
Zamanın xərçəngi bizi yeyib-bitirir. Qəhrəmanlarımız intihar edib, ya da etməkdədir. Odur ki, əsl qəhrəman Zaman deyil, Zamansızlıqdır. Addımlamalıyıq, bərabər addımlarla, ölümün zindanına sarı. Xilas yoxdur.
Sayfa 7 - QNKitabı okudu
Reklam
Hər kəsin özünə aid bir faciəsi var.
Sayfa 20 - QNKitabı okudu
İndiki anda heç nə düşünə bilmirəm-unudulmuş bir dünyanı əks etdirən bu sehrli sulara vurulmuş duyğulu bir varlıq olmağımdan başqa. Sahil boyunca ağaclar kirli güzgülərin üzərinə kəskin şəkildə əyilmişlər; külək şiddətlənib onları xışıltılı bir pıçıltıya bürüyəndə bir neçə damla göz yaşı tökəcək və sular axıb dövrə vurduqca titrəşəcəklər. Boğur bunlar məni. Duyğularımın zərrəsini belə paylaşacağım kimsə yoxdur...
Həyat başqa yerdə də davam edər.
Həyat hər yerdə davam edər. Hara getsəm, orada bir dram vardır sanki. İnsanlar bit kimidirlər-dərinin altına girib, özlərini orada basdırırlar. Qan çıxana qədər qaşıyırsan, qaşıyırsan, amma bu bitlərdən birdəfəlik xilas ola bilmirsən. Hara getsəm, insanlar öz həyatlarını bərbad edirlər. Hər kəsin özünə aid bir faicəsi var. Qanımıza işləyib artıq-bəxtsizlik, üzüntü, kədər, intihar. Atmosfer fəlakətlə, məyusluqla, anlamsızlıqla doludur. Qaşın ha qaşın-dərin soyulana qədər. Lakin üzərimdəki təsiri məni coşdurur. Ümidimi itirmək, ruhdan düşmək əvəzinə, həzz alıram bunlardan. Daha çox fəlakət, daha böyük bədbəxtliklər, daha böyük uğursuzluqlar istəyirəm. Dünya yerindən qopsun istəyirəm, hər kəs ölüncəyə qədər qaşınsın istəyirəm.
Reklam
Başıma nə gələcəyi vecimə olmaz: nə işə, nə dosta, nə kitaba, heç nəyə ehtiyacım qalmaz. Yetər ki, dünyada məndən daha önəmli olan nəyinsə varlığına inandırsın məni. İlahi, özümə nifrət edirəm.
Güclü əllər lazımdır bizə, kabus kimi yaşamağı buraxıb, üzərinə bədən geyinmək istəyən ruhlar lazımdır...
Sayfa 37 - QNKitabı okudu
Ya çox ağıllı idi, ya da çox məsum - bəzən bunu ayırd etmək çox çətin olur.
Sayfa 244 - QNKitabı okudu
Keçmişə aid hər şey dənizə tökülüb sanki; xatirələrim var, amma obrazlar canlılıqlarını itiriblər, zaman tərəfindən gəmirilmiş bataqlıq mumiyaları kimi ölü və dağınıq görünürlər.
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.