Xərçəng Tropiki

Henry Miller

En Eski Xərçəng Tropiki Sözleri ve Alıntıları

En Eski Xərçəng Tropiki sözleri ve alıntılarını, en eski Xərçəng Tropiki kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
"Hamımız tənhayıq burada və ölüyük."
"Bizi daha çox fəlakət, daha çox ölüm, daha çox ümidsizlik gözləyir. Heç yerdə dəyişikliyin ən xırda işartısı belə görünmür. Zamanın xərçəngi bizi yeyib-bitirir. Qəhrəmanlarımız intihar edib, ya da etməkdədir. Odur ki, əsl qəhrəman zaman deyil, zamansızlıqdır. Addımlamalıyıq, bərabər addımlarla ölümün zindanına sarı. Xilas yoxdur. Hava dəyişməyəcək."
Reklam
"Pulum yox, ehtiyatım yox, ümidim yox. Dünyanın ən xoşbəxt insanıyam."
"Ətrafdakı dünya orada-burada zamanın ləkələrini buraxaraq həll olunub gedir. Dünya özünü yeyib-bitirən xərçəng kimidir... Hamımızın üzərinə o böyük səssizliyin çökəcəyi və nəhayət, hər yerdə musiqinin zəfər çalacağı zamanı düşünürəm. Hər şey zamanın bətninə yenidən yığıldıqda xaos canlanacaq və xaos üzərinə gerçəkliyin yazıldığı bir partitura olacaq."
"Boğur bunlar məni. Duyğularımın zərrəsini belə paylaşa biləcəyim kimsə yoxdur..."
"Yazdıqlarımın bir sətrini belə dəyişdirməyəcəyimə dair səssiz bir razılığa gəldim özümlə. Fikirlərimi, eləcə də, hərəkətlərimi mükəmməlləşdirməyə çaışmıram. Turgenyevin qüsursuzluğunun yanına Dostoyevskinin qüsursuzluğunu qoyuram. Elə isə, qarşımızda eyni mühitdə iki fərqli qüsursuzluq var. Amma Van Qoqun məktublarındakı qüsursuzluq hər ikisini ötüb keçər. Bu, fərdin sənət üzərində qələbəsidir."
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.