Xərçəng Tropiki

Henry Miller

En Yeni Xərçəng Tropiki Sözleri ve Alıntıları

En Yeni Xərçəng Tropiki sözleri ve alıntılarını, en yeni Xərçəng Tropiki kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
"Həyat hər yerdə davam edər."
"Həyat hər yerdə davam edər. Hara getsəm, orada bir dram var sanki. İnsanlar bit kimidirlər - dərinin altından girib, özlərini ora basdırırlar. Qan çıxana qədər qaşıyırsan, qaşıyırsan, amma bu bitlərdən birdəfəlik xilas ola bilmirsən. Hara getsəç, insanlar öz həyatlarını bərbad edirlər. Hər kəsin özünə aid bir faciəsi var. Qanımıza işləyib artıq- bəxtsizlik, üzüntü, kədər, intihar. Atmosfer fəlakətlə, məyusluqla, anlamsızlıqla doludur..."
Sayfa 20 - Qanun Nəşriyyat
"Dövr zorakılıq tələb edir, bizimsə uğursuz partlayışlardan başqa əlimizdən bir iş gəlmir. İnqilablar alışan kimi dərhal sönürlər, ya da məqsədlərinə çox tez çatırlar. Ehtiras özünü tez əldən salır. İnsanlar ideyalarından əl çəkirlər, comme d'habitude. İyirmi dörd saatdan artıq sürəcək heç bir şey planlaşdırılmır. Bir nəslin fəzasında milyonlarla həyat yaşayırıq..."
Sayfa 19 - Qanun Nəşriyyat
Reklam
"Zamanın xərçəngi"
"Zamanın xərçəngi bizi yeyib-bitirir. Qəhrəmanlarımız intihar edib, ya da etməkdədir. Odur ki, əsl qəhrəman Zaman deyil, Zamansızlıqdır..."
Sayfa 7 - Qanun Nəşriyyat
Ya çox ağıllı idi, ya da çox məsum - bəzən bunu ayırd etmək çox çətin olur.
Sayfa 244 - QNKitabı okudu
Güclü əllər lazımdır bizə, kabus kimi yaşamağı buraxıb, üzərinə bədən geyinmək istəyən ruhlar lazımdır...
Sayfa 37 - QNKitabı okudu
Çürüyür dünya, parça-parça məhv olur. Lakin son mərhəmət zərbəsinə ehtiyac var, zərbədən çilik-çilik olmalıdır.
Sayfa 37 - QNKitabı okudu
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.