Xəz Paltolu Madonna

Sabahattin Ali

En Yeni Xəz Paltolu Madonna Yorumları ve İncelemeleri

En Yeni Xəz Paltolu Madonna sözleri ve alıntılarını, en yeni Xəz Paltolu Madonna kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
240 syf.
·
Puan vermedi
Əslində mən yeni - yeni kitab oxumağa başlamışam (buna təəssüf edirəm). Ətrafımdakı hər kəs bu kitabı tərifləyirdi. Mən isə sadəcə çəkinirdim, “birdən gözlədiyim kimi olmaz” filan deyə. Lakin şeytanın ayağını qırıb, kitabı aldım. Oxudum və uzun müddət nəyi qaçırdığımı anladığımda gələn o acı çəkmə hissini anlatamam. Qısaca demək istərdim ki, inanılmaz bir romandır. Hər kəsə tövsiyə edirəm, oradakı duyğuları yaxından hiss etmək tamamən fərqlidir. Raif əfəndinin xarakteri, yaşadıqlarıııı... Dedikləri qədər varmış!
Xəz Paltolu Madonna
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2023316,6bin okunma
240 syf.
9/10 puan verdi
·
Beğendi
Xəz Paltolu Madonna
Dünyanın ən sadə, ən yazıq, hətta ən axmaq adamı belə, insanı heyrətdən heyrətə salacaq nə müdhiş və qarışıq bir ruha malikdir! ... Nə üçün bunu anlamaqdan bu qədər qaçır və insan adlandırdıqları bu məxluqu başa düşməyi və haqqında hökm verməyi ən asan şeylərdən biri zənn edirik? Bəlkədə hər kəsin içində hamıdan gizlətdiyi nələrsə var...Bəlkəde özünün belə görmək istəmədiyi,qəbul etmədiyi,yarım qalmışlıqlar və ya imkansızlıqlar.Kim bilə bilər? Kitab haqqında çoxda spoiler vermək istəmirəm.Onsuz hər yerdə yazılıb kitab haqqında.Mən kitabı bir neçə cümlə ilə ümumiləsdirmək istədim sadəcə.Oxuyanlar anlayacaqlar bu bir nəçə cümləninin dərinliyini.Bu kitabı hər kəsə tövsiyə edirəm.Çünki,kitabı oxuduqdan sonra bir daha anlayırsan ki, insanlar heçdə xaricdən göründükləri kimi deyillər.Xoş mütaliələr....
Xəz Paltolu Madonna
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2023316,6bin okunma
Reklam
240 syf.
·
Puan vermedi
·
Beğendi
·
8 günde okudu
Xəz Paltolu Madonna
Kitab haqqında onu deyə bilərəm ki,oxunası kitabdır.Lakin,mən bəzi hissələrini və daha çox sonunu sevmədim.Acizliyi nümayiş etdirir deyə düşünürəm.İlk görüş,daha sonra yaranmış dostluq,sonda sevgiyə çevriliş.Sevginin yüksək dərəcə olduğunu bildirdikdən sonra olanları bəyənmədim.Sanki taleyin ümidinə buraxılmış həyat tərzi hiss etdim.Ancaq,əvvəllərdə münasibətin dərinliyi bunu hiss etdirmirdi. Sonu bu qədər sadə və heç bir mücadiləsiz bitməməliydi. Oxuyacaq insanlara xoş mütaliələr arzu edirəm.
Xəz Paltolu Madonna
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2023316,6bin okunma
240 syf.
·
Puan vermedi
* Spoiler * Bu kitab məncə, kiməsə aşiq olan, bu duyğunu dadan insanlara çox təsir edir. Onlar qəlbində xüsüsi yer tutur. Çünki, onlar, o hissi yaşayıb o düşüncələrdən xəbərdardırlar. Bəlkə də söhbət aşiq olmağı da üstələyir, daha dərindir. Aşiq olduğun, sevdiyin şəxsə qovuşa bilməməkdən doğan hissdir bu kitabı oxucularına yaxın, doğma hiss etdirən. Bəlkə də sonrakı peşmançılıdan doğan hisslər. Hər üçü də ola bilər, istənilən halda işin içində məhəbbətin olduğundan əminəm. (İş deyərkən nəzərdə tutduğum oxucularının rəğbətini qazanma səbəbi) Mən bu kitabı bitirdikdən sonra düşünürdüm ki, niyə Raif geri qayıtmadı, araşdırıb baxmadı ki, sevdiyi qadına nə olub?! Öz düşüncələrini həqiqət kimi qəbul edərək, əslində qıza (adı yadımdan çıxıb, keçən il oxumuşdum) nə olduğunu araşdırıb baxmadı. Hətta, mən də belə bir düşüncənin formalaşdığını xatırlayıram, Raifə ən çox əzab verən şey sevdiyi qızdan boş-boşuna ayrı qalması yox, onu boşuna günahlandırmasıdır. Mənim həyatımda isə bu kitab xüsusi bir yer tutmur. Bəlkə də mən aşiq olandan sonra bu kitabı yenidən oxusam, mən də tamam başqa hisslər keçirəcəm, mən də valeh olacam, amma indi yox. İndi yalnızca Raifə qarşı acıqlıyam ki, Niyə qayıtmadı qızın dalınca. Kitab haqqında nə düşündüyümün bu qədərini xatırlayıram.
Xəz Paltolu Madonna
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2023316,6bin okunma
240 syf.
8/10 puan verdi
·
3 günde okudu
Xəz paltolu ilahə... 3 aylıq da olsa həyatın mənasızlığında boğulan şəxsi həyata geri döndərən həmin o fövqəladə qadın.. Hər bir insan kimi buna da verilmiş həyatın sadəcə 3 ayını yaşayıb bu şəxs o qədər acınacaqlı vəziyyətdir ki, Insanlara qarşı olan inamsızlıq, özünə qapanması, uşaq xasiyyəti və duyğusallığı bu şəxsi oynadığı həyat oyununda uduzdurdu. Çox nəticələr çıxartdım, çox da təsirləndim. Iki nəfər arasında olan məhəbbətin gedə biləcəyi zirvələr, qırılma nöqtələri qeyd olunub. Oxumağa dəyər bir kitabdır, oxuya bilərsiniz əla seçim olar. Lakin əsəri nəql edən şəxs Raif mənə etdiyim cəhdlərə baxmayaraq doğma gələ bilmədi. Normalda hansısa əsərdə hadisələri danışan obraz mənə doğma gəlir, amma burda bu alınmadı, bəzi düşüncələrinə görə isti gəlirdi, amma xasiyyəti soyudurdu adamı özündən. Yenədə əla əsərdir, tövsiyə edirəm. Təşəkkürlər
Xəz Paltolu Madonna
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2023316,6bin okunma
240 syf.
10/10 puan verdi
unutmayacam səni Raif əfəndi♡
Əslində kitaba incələməni yazmışdım sadəcə silindiyi üçün yenə yazacam) Sabahattin Ali'dən oxuduğun ikinci bir əsər. "Kuyucaklı Yusuf"u çox bəyənməsəm də bu kitabı çox sevdim. Kitabı sevən qədər sevməyən də var. Burda kı obrazlar da özümdən bir şeylər tapdığım üçün bu qədər sevdim bəlkə də. İncələməyə başlamadan öncə bunu deyim ki, kitabı hər yerdə gördüyüm üçün qərəzli bir şəkildə almışdım. Lakin hər səhifə də kitaba daha da bağlandım. Raif əfəndi-səssiz, içinə qapanıq, utancaq bir adamdır. Nə iş yerində nə də evində varlığı belə hissedilməz. Mariya- bütün cəmiyyət tərəfindən qəbul edilən və davranışları idarə edən sosial normaları rədd edən azad bir qadın ruhuna sahibdir. Mariya və Raif əfəndi bir çox baxımdan bir-birilərinə bənzəyirlər. Hər ikisinin incəsənət tutqusu, həyata qarşı laqeyd mövqeləri və hər ikisinin də öz iç dünyaların da yaşamaları... Kənardan baxıldıqda tamamilə zidd xarakterə sahibmiş kimi görünən bu ikilinin əslində o qədər çox ortaq mövqeləri var ki... Və onları bir yerə gətirən də elə bu ortaq mövqelər idi. Sonlara yaxınlaşdıqca kitabı tək başınıza oxumayın) qəlbinizə toxunacaq bir hekayə ağlamamaq əldə deyil. Gözünüzdən ən azı iki damla yaş düşəcək, biri Mariya, digəri Raif əfəndi üçün...♡
Xəz Paltolu Madonna
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2023316,6bin okunma
Reklam
1.000 öğeden 21 ile 30 arasındakiler gösteriliyor.