Gender və sosial bərabərsizliyin, cəhalətin, özbaşınalığın əsas götürüldüyü bu əsərin sujet xətti bir çox köhnə türk filmlərini xatırlada bilər sizə. Yazı üslubu, incəliyi qismən Sabahattin Ali’nin Koyucaklı Yusuf’unu xatırlatdı mənə.
Qız başına nə, necə edəcəksən? Qız uşağısan, sən necə mübarizə aparacaqsan? Atanı öldürdülər, qohumların yoxdur, qız başına necə tək yaşayacaqsan? kimi qəlibləşmiş bir çox fikri də incə ironya ilə görürük.
Ümumilikdə bəyəndim, ağır əsərlərdən sonra dincəlmək üçün oxunula bilər.
Xoş mütaliələr!