Yaşamaq Yanğısı

Irving Stone

Yaşamaq Yanğısı Yorumları ve İncelemeleri

Yaşamaq Yanğısı yorumları ve incelemelerini, Yaşamaq Yanğısı kitabı hakkındaki okur görüşlerini , Yaşamaq Yanğısı puanlarını 1000Kitap'ta bulabilirsiniz.

Puan

8.910 üzerinden
129 Kişi · 24 İnceleme
470 syf.
8/10 puan verdi
·
Beğendi
Məşhur rəssam Vinsent Van Qoqun keşməkeşli həyatından,bənzərsiz yaradıcılığından bəhs edən bir əsərdir.Rəssamın bütün işləri görməyə çalışması amma nəticə əldə edə bilməməsi ürək yanğısı ilə qeyd edilməlidir .
Yaşamaq Yanğısı
Yaşamaq YanğısıIrving Stone · Kitab Klubu Nəşriyyatı · 2017328 okunma
470 syf.
10/10 puan verdi
·
Beğendi
·
10 günde okudu
"Yaşamaq yanğısı", oxuduğum hər sətirlə gözləntimin bir pillə daha üstünə çıxmağı bacaran bir əsər.. Bir insanın həyat yolu, bəlkə də, ancaq bu qədər mükəmməl, dolğun, bənzərsiz bir şəkildə təsvir oluna bilərdi. Cümləbəcümlə irəlilədikcə Vinsentin hisslərinə şərik olmağı bacarmaq, daxili əzablarını, düşüncə dənizində çırpınışlarını, ən sonda isə dalğaların ağuşuna təslim olmasını ürək ağrısı ilə hiss etmək üçün o qədər incə, o qədər ustalıqla işlənmiş məqamlar var ki.. Yazıçının əsəri ərsəyə gətirməkdə ortaya qoyduğu əməyinin, Vinsentin tabloları üzərindəki əməyi ilə müqayisə edilə biləcək səviyyədə olduğunu düşünürəm. Vinsentin fırçası gördüklərini necə dolğun və canlı çəkməyi bacarırdısa, yazıçının qələmi də hər şeyi ən az o qədər canlı, ifadəli, təsirli təsvir eləməyi bacarmışdı.. Bənzətmələr o qədər çox və uğurlu idi ki, oxuduqlarım ən az Vinsentin yağlı boyasının kətan üzərində yayılması kimi, yağ kimi ürəyimə yayılırdı.. Bir tablonun necə, hansı şəraitdə əsasının qoyulduğunu, nəzərəçarpan hər detalının sözlü təsvirini oxuduqdan sonra, həmin əsərin ustadın tək fırçalar və rənglərlə deyil, həmçinin, əllərinin qəlbindən qopub gələn bir güclə incə və ya sərt bir hərəkətilə ortaya çıxardığı o valehedici görüntüsünü tapıb, incələyib, tamaşa etməyin verdiyi zövq əvəzolunmaz idi. Sonda, bunu deməsəm ona haqsızlıq edəcəyimi düşündüyüm üçün: Teo, sən onun başına gəlmiş ən gözəl şeysən.
Yaşamaq Yanğısı
Yaşamaq YanğısıIrving Stone · Kitab Klubu Nəşriyyatı · 2017328 okunma
Reklam
470 syf.
7/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
möhtəşəm
Başlıq: Yaşamaq yanğısı Yazar: İrving Stoun Səhifə: 476 Janr: Bioqrafiya,povest
Yaşamaq Yanğısı
Yaşamaq YanğısıIrving Stone · Kitab Klubu Nəşriyyatı · 2017328 okunma
470 syf.
9/10 puan verdi
·
Beğendi
İnsan ömrü 'niyə'lərlə başlamalı və 'mən bu dünyada hara aidəm'lərlə davam etməlidir. Vincent Van Gogh, kimilərinə görə həyatına istiqamət tapa bilməyən, kimilərinə görə pis bir övlad, kimilərinə görə isə zaman israfı olaraq tanınıla bilər. Lakin çox insandan fərqli olaraq onun bir məqsədi var idi. Həyatı bahasına reallaşsa belə. Vincent, nə insanların qəlblərindəki kədərin rəngini, nə çiyinlərindəki maddi mənəvi yükün rəngini, nə də cari dünyada tüğyan edən əzabların rəngini sevdi. Vincent sadəcə sarını sevdi, günəşi sevdi, günəbaxanları sevdi, sevgisini bizlərə çatdırmağı sevdi. Amma, təəssüf ki, dövrünün insanları onu sevə bilmədi. Teo xaric olmaqla. 'Overin qızmar günəşi buğda zəmilərinin arasında güclə seçilən qəbristanlığı yandırıb-yaxanda, Teo Vincentin gur günəbaxanlarının sərin kölgəsində sakitcə uyuyurdu.'
Yaşamaq Yanğısı
Yaşamaq YanğısıIrving Stone · Kitab Klubu Nəşriyyatı · 2017328 okunma
470 syf.
10/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
VAN QOQ
Kitabı bitirdiyim üçün çox üzgünəm. İstəməzdim bitsin. Bunu bioqrafik əsər sevəndə ,sevməyən də bu sözü deyə bilər. İstəyərəm ki,hər kəs bu kitabı oxusun. Şriftin balaca və kitabın iri olmasına baxmayaraq çox axıcı kitab idi. Səni heç vax unutmayacam Dahi Rəssam ,Van Qoq:( Sabir Qafarlı demiş,bir xatirə qaldı səndən Ümumi fikirlərimi ayın 30u paylaşacam. Xoş mütaliələr hər kəsə. Kitabla qalın:)
Yaşamaq Yanğısı
Yaşamaq YanğısıIrving Stone · Kitab Klubu Nəşriyyatı · 2017328 okunma
Reklam
21 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.