Kitabda adından da məlum olduğu kimi insanın bu həyatdakı yaşama səbəbini və məqsədini açıqlamağa çalışıb Alfred Adler.
Və o qədər gözəl açıqlayıb ki... Onun düşüncələri və görüşlərinin demək olar ki, hamısı ilə razılaşdım. Çünki, həyatı, xüsusən, insanları fitrətlərinə uyğun təhlil edir.
Başda insanın dünyadakı 3 vəzifəsindən danışır:
1) İş-güc - Dünyanın bizi təmin etdiyi imkan və şərait daxilində özümüzü inkişaf etdirməliyik
2) Sosiallıq - Həyatda qala bilmək üçün digər insanlarla əl-ələ çalışıb öz həyatımızı və digər insanların həyatını davam etdirmək və onlarla bərabər duyğuları paylaşmalıyıq.
3) Cinsəllik - İki ayrı cinsiyyət olaraq insanların bir-birinə bağlanması, fərdin və cəmiyyətin varlığını davam etdirə bilməsi üçün sevgi və evliliklə vəzifələndirilmişik.
Bu üç vəzfəni yerinə yetirməkdə uğursuz olan insanların problemini uşaqlıq dövründəki həyatlarına bağlayaraq həmin insanları üç kateqoriyaya ayırır Alfred : 1.Yetersiz organlarla dünyaya gelen; 2.Şımartılan; 3.İhmal edilen.
Və bəlkə də kitabın əsasını bir cümlə ilə ifadə edir müəllif : "Yaşam demek, insanlara ilgi göstermek, bütünün bir parçası olmak, elden geldiğince insanlığın esenliğine katkıda bulunmaktır."
Kitabda ayrı ayrı başlıq altında çox məqamlara toxunub yazıçı-psixoloq. Məsələn mənə ən maraqlı gələnlərdən biri uşaqlığımızı düşünərkən xatırladığımız ilk xatirənin bizim psixologiyamızı, həyata baxışımızı ortaya çıxarmasıdır.