g

Gül Şiir

2 üye
Gözlərinə
Hər nəyim var edərəm mən ki fəda gözlərinə O kiçik, amma ki qiymətdə baha gözlərinə. Gözlərin fikri ilə nalədəyəm şamü-səhər Yetməyirmi bu qədər ahü-nəva gözlərinə. Saçını aç tök üzə, gözlərini gizlət ki Baxmasın məkr ilə hər çeşmi-gǝda gözlərinə. Atmışam daşını Tanrıya dua eyləməyin Edirəm dərdə düşən vaxtı dua gözlərinə. Belə zülm eyləmək olmaz, mələyim, bir vaxt tap Azca rəhm etməyi öyrət o qara gözlərinə. Ey günəş çöhrəli, görcək səni yumdum gözümü Neyləyirsən düşə gər böylə şüa gözlərinə. Fəhminin heyif ki, var canı, qalmış mətəl Bilməyir qurban edə zülfünə, ya gözlərinə?
Sayfa 113 - Parlaq imzalarKitabı okudu
Qəfildan ətrini duydum, elə bildim ki, sən gəldin, Çönüb gördüm ki, sən yoxsan, gələn badi-səba imiş. Öpən har gün üzündən, saçlanndan mən deyildim heyif Günəşdən ayrılıb düşmüş həyasız bir şüa imiş.
Sayfa 75 - Parlaq imzalarKitabı okudu
Geri115
152 öğeden 151 ile 152 arasındakiler gösteriliyor.