Gül Şiir

Gül Şiir

2 üye
Gecələr
Ağ duman tək yuxuna kaş ki, gələydim gecələr, Qəmli ruhun haraları gəzdi, biləydim gecələr. Hər səhər sübh nəsimiylə doğulmaqçün kaş, Baş qoyub sinənə sakitcə öləydim gecələr. Bölünüb min yerə, hər zərrəmi bir ulduz edib, Başın üstündə səmaya düzüləydim gecələr. Ağlayıb gündüzü biçarə buludtək sənsiz, Baxaraq göz yaşıma sənlə, güləydim gecələr. Sən qaranlıqda ayı seyr elədikcə, mən də, Ruhuna ay işığıyla süzüləydim gecələr. Baş daşım üstə dodaq izlərini öpmək üçün, Allahımdan da xəbərsiz diriləydim gecələr. Fəhminin qəlbində son arzu qalmış yalnız, Ağ duman tək yuxuna kaş ki, gələydim gecələr.
Sayfa 56 - Parlaq imzalarKitabı okudu
Məni Axtar
Məni axtar darıxanda, Səni qəm-qüssə sıxanda, Yorulub sərsəm həyatdan Gözünün yaşı axanda. Məni axtarma sevincǝk, Qayğısız şənlik edəndə, Gündə bir barda, kafedə
Sayfa 36 - Parlaq imzalarKitabı okudu
Reklam
Gecə kəpənəyi
Zahirdə təbəssüm satan asudə dodaqlar Batində ölən arzuların gizli məzarı Zahirdə soyuq, şəbnəmi buz lalə yanaqlar Batində axan göz yaşının isti buxarı. Gözdə oxunan niyyəti çılpaq, sözü çılpaq Ruhunda hər an zorladığı ismətin ahı. Bir incə mələk, taleyi çılpaq, özü çılpaq Şəhvətdə batıb, anbaan artmaqda günahı. Gündüz dolanar boynuna ağ körpə biləklər Axşam qara əllər gəzər halsız bədənində, Gündüz bala eşqiylə sönük ruhu çiçəklər Axşamsa tikanlar bitər əlvan çəmənində. Zalım fələyin qanlı dəmir məngənəsində Hər gün sıxılırdı, əzilirdi, kiçilirdi, Qansızların işrətli səfa təntənəsində Əllərdə gəzir, dadlı şərabtək içilirdi. İncitmə onu, göz yaşı görsən yanağında, Bəlkə də, bu su ruhunu bir azca təmizlər, Məlum deyil əsla ki hələ həqq qabağında Kimdir üzü qarə o çiçək, yoxsa ki, bizlər.
Sayfa 88 - Parlaq imzalarKitabı okudu
Əgər kədərli, həzin nəğmətək düşürsə yada Sənin xəyalın idi bəstəkarı gəncliyimin. Sənə yetişmək üçün ki özün fəda elədi Gərək qapında qazılsın məzarı gəncliyimin.
Sayfa 68 - Parlaq imzalarKitabı okudu
Hər qədər ki sənsizəm gün uzadır hər anı Sənlə olsam bir günü neyçün bəs an eylər saat.
Sayfa 74 - Parlaq imzalarKitabı okudu
Dincəl bir az, ey hər gün özündən qaçan oğlan Ahıyla içindən çölünə yol açan oğlan. Düşsən yağışa, tez dəyəcəksən yerə, vallah Kağız qanad ilə göy üzündə uçan oğlan. Yanma bu qədər boş yerə, səndən günəş olmaz Ey şölələnib hər tərəfə nur saçan oğlan. Çox başqasının qanın içən görmüşəm, ancaq Heç görmədim öz qanını sən tək içən oğlan. Vaxtın çatıb artıq, daha bir gözdə məkan tut Dünya kimi gözdən-gözə daim köçən oğlan. Sən ki, ölüsən, dəfn eyləyiblər öz içində Yorma özün, ey qəbri üçün yer seçən oğlan. Kim Fəhmini gördü dedi - Əhsən hələ sağmış Dünyada cəhənnəm alovundan keçən oğlan.
Sayfa 59 - Parlaq imzalarKitabı okudu
Reklam
262 öğeden 161 ile 170 arasındakiler gösteriliyor.