g

Gül Şiir

2 üye
Var
İntizar çəkməkdən, yol gözləməkdən, Könlümün nə tabı, nə taqəti var. Yazan ola ayrılığın dərdini, Fərhadü Şirincə hekayəti var. Bir kimsə ki, müştaq ola cǝmala, Görənlər bilir ki, düşər nə hala, Ol qamətin hər gələndə xəyala, Görəsən ki, necə qiyaməti var. Eşqin salır canımıza bir atəş, Zülfün kimi halımızdır müşəvvəş. Ey tubiyi-cənnət, sənədir peşkəş Qarabağın hər nə vilayəti var. Yüz görsək də əgər özgə hərəmdən, Qurtulmanıx hərgiz fikrü ələmdən, Sən gəl xilas eylə bizi bu qəmdən, Sənin qədəminin səadəti var. Hicranı çəkməyən dərdimənd olmaz, Sevəni sevməyən dilpəsənd olmaz, Dost dosta gələndə yolda bənd olmaz, Eşqin təriqinin bu adəti var.
Sayfa 72 - Kitab KlubuKitabı okudu
Sevmişəm.
Ey cavan qız, məndən belə gəzmə gen, Mən sənin üzündə xalı sevmişəm. Bənd olmuşam şirin-şirin sözünə, Şəkkər dodağında balı sevmişəm. Üzün ağ, dəyirmi, gözün məstana, Baxışın bağrımı döndərdi qana, Ağzın sədəf, dişlərindir dürdana, Əcayib cəvahir, ləli sevmişəm. Qaşların çəkili yaylara dönür, Ağlaram, göz yaşım çaylara dönür, Bəzənir, illərə, aylara dönür, Canlar alan bir maralı sevmişəm. Həlqələnir zülfün buxaq yanında, Yay qaşların ucu qulaq yanında, Zənǝxdan içində, yanaq yanında, Qara telli bir xətalı sevmişəm. Çox gözəlsən, amma xoyundur yaman, Baxmazsan üzümə mənim çox zaman, Vaqif deyir, sənin əlindən aman! Mən biçarə nə havalı sevmişəm!
Sayfa 43 - Kitab KlubuKitabı okudu
Reklam
hayıf ki, yoxdur!
Kür qırağının əcəb seyrǝngahı var, Yaşılbaş sonası, hayıf ki, yoxdur! Ucu tər cığalı siyah tellərin Hərdən tamaşası, hayıf ki, yoxdur! Qış günü qışlağı Qıraqbasanın, Gözüdür Aranın, cümlə-cahanın, Belə gözəl yerin, gözəl məkanın
Sayfa 85 - Kitab KlubuKitabı okudu
Vəfa Hafiz

Vəfa Hafiz

@VafaPirMurad
·
4ay
Zar-zar ağlar çü bülbül gül yüzünçün mürği-can Candan etmişdir məni cövr ilə dövri-ruzigar.
Mənim
Ey mələk xoylu, ey tuba boylu yar, Kuyindir cənnəti-rizvanım mənim. Huri qılman olsa, girməz gözümə, Sənsən candan əziz cananım mənim. Pərim, sənubərim, gülbərgi-tərim, Gövhərim, yaqutum, ləli-əhmərim, Hekayətim, fikrim, zikrim, əzbərim, Xəyalımda şirin nihanım mənim. Xurşidi-rüxsarəm, qəmər cəbinim, Baharım, gülzarım, xüldi-bərinim,
Sayfa 50 - Kitab KlubuKitabı okudu
ZÜLFÜN
Gərdənində, qamətində ayıb yox, Amma nə gözəldir pərişan zülfün! Ətrindən dinlənir sərasər ərvah, Ya müşki-ənbərdir, ya reyhan zülfün. Gülab səpilibən dəyəndə şana, Qoxusu çulğaşır cümlə cahana, Döndəribdir məni Şeyx Sənana, Nə din qoyub məndə, nə iman züfün. Ağ əlin ki, dəyər o müşki-naba, Bənzər bulut içrə girən məhtaba. Həlqələnir, dönür ucu qüllaba, Asar gündə min-min dilü can zülfün. Yastılanıb ay qabağın yanında, Başı çıxır tər buxağın yanında, Siyah xalın, al yanağın yanında Əksik olmaz hərgiz, hər zaman zülfün. Vaqifəm, olmuşam zülfə giriftar, Könlüm viran, halım xarab, günüm zar, Bir nəzər qıl mənə, ey çeşmi-xumar, Eyləyibdir məni sərgərdan zülfün.
Sayfa 65 - Kitab KlubuKitabı okudu
Reklam
256 öğeden 121 ile 130 arasındakiler gösteriliyor.