Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Profil
Saçlarında əllərim gəzdikcə duydum, ey pəri, Burda nə zövqü-səfa görmüş daraq məndən qabaq.
Sayfa 114 - Parlaq imzalarKitabı okudu
Gözlərinə
Hər nəyim var edərəm mən ki fəda gözlərinə O kiçik, amma ki qiymətdə baha gözlərinə. Gözlərin fikri ilə nalədəyəm şamü-səhər Yetməyirmi bu qədər ahü-nəva gözlərinə. Saçını aç tök üzə, gözlərini gizlət ki Baxmasın məkr ilə hər çeşmi-gǝda gözlərinə. Atmışam daşını Tanrıya dua eyləməyin Edirəm dərdə düşən vaxtı dua gözlərinə. Belə zülm eyləmək olmaz, mələyim, bir vaxt tap Azca rəhm etməyi öyrət o qara gözlərinə. Ey günəş çöhrəli, görcək səni yumdum gözümü Neyləyirsən düşə gər böylə şüa gözlərinə. Fəhminin heyif ki, var canı, qalmış mətəl Bilməyir qurban edə zülfünə, ya gözlərinə?
Sayfa 113 - Parlaq imzalarKitabı okudu
Reklam
Dağılar
Qoyma, birdən üzünə zülfi-səmənsa dağılar, Görməsəm çöhrəni gözdən yerə dərya dağılar. Nə gərək dərd çəkəm, eşqin əliylə ürəyim Ya ki bir yolluğa təmir olunar, ya dağılar. Bu qədər tənə daşı atma mənə, qorxum odur Şüşətək parçalanıb bu dili-şeyda, dağılar. Nə qədər çəkmək olar gül dodağın həsrətini Yoxsa bir busǝ verəndə mənə dünya dağılar. Fəhmi, çün qətrəsinin qiyməti candan bahadır Asta süz ki yerə birdən meyi-həmra dağılar.
Sayfa 104 - Parlaq imzalarKitabı okudu
Ola
Yarının vəslinə hər kim çalışır nail ola, Əhli-eşq içrə gərəkdir yetişib kamil ola. Gəzdi könlüm quşu, heyhat özünə tapmadı yer, Yarımın saçları içrə ona kaş mənzil ola. Yarı gördükdə başımdan elə çıxmış əqlim, Qayıdıb bir də çətin öz yerinə daxil ola. Dedi, yar iftara qalmış, sənə gəl busǝ verim, Neynirəm busəni indi, ourucum batil ola. Fəhmiyə cövr eləmə gəl bu qədər, ey afət, Şahımızsan, nə deyim, şah gǝrǝk adil ola.
Sayfa 103 - Parlaq imzalarKitabı okudu
Özün aşiq sayan eşq elmini tam bilməlidir. Gözlərindən ən əsas cǝhl tozun silməlidir. İş qəhətdir başına bülbüli-şeydanın ki, Gəzir hər yanı, nə var, bir dənə gül mə'təlidir. Dərdi hicranına illərlə, gülüm, dözməkdən Canı bir dəfəyə təslim eləmək sərfəlidir. Məktəbi-eşqdə Məcnun dedilər dərs də deyir Nə müəllim çıxar ondan, o ki xalis dəlidir. Dedi yar - Fəhmi, sağ ol, ilk sınağımdan çıxdın Qorxudan söylədim, "ey vay, bu hələ əvvəlidir?!"
Sayfa 100 - Parlaq imzalarKitabı okudu
Yüz bu qədər
Görsə eşqində ürək dərdü-kədər yüz bu qədər Yenə səndən qəmü-möhnət diləyər yüz bu qədər. Gözlərimdən o qədər sel ki gedir şamü səhər, Belə getsə olacaq bəhri-Xəzər yüz bu qədər. Sevgilim, aşiqinə azca vəfa eyləyəsən, Göstərər şövq ilə eşqində hünər yüz bu qədər. Mən çatan mərtəbəyə eşq yolunda Məcnun Çata bilməz, çalışıb töksə də tər, yüz bu qədər. Mənə dün verdi bəla zəhrini dildar, içdim, Yenə nuş eylǝyǝrǝm versə əgər, yüz bu qədər. Xar ilə görsəm əgər mən səni, ey gül, bir də, Atəşimdən çıxacaq ərşə şǝrǝr yüz bu qədər. Fəhmi, istərsən əgər şair olub ad qoyasan, Cəhd elə ki ola şerində kəsər yüz bu qə
Sayfa 98 - Parlaq imzalarKitabı okudu
Reklam
Cənnətin qapsını zahid elə təsvir elədi, Sanki bir namədə Rizvan ona ünvan yazıb.
Sayfa 96 - Parlaq imzalarKitabı okudu
İtirdi
Bülbül gülünü seyri-gülüstanda itirdi, Bir damlanı sanki gəlib ümmanda itirdi. Bir böylə əzabə dözərək dinmədi könlüm, Təmkinini gəldi şəbi-hicranda itirdi. Leylini görüb Qeys, başından çıxıb əqli, Gör bir neçə il topladı, bir anda itirdi. Kafir demə Sənanə baxıb, ey dili-qafil, İman ilə dini rǝhi-cananda itirdi. Az-maz ki, ağıl qalmış idi Fəhmidə, ey gül, Getdi onu da çöllü-biyabanda itirdi.
Sayfa 95 - Parlaq imzalarKitabı okudu
Gecə kəpənəyi
Zahirdə təbəssüm satan asudə dodaqlar Batində ölən arzuların gizli məzarı Zahirdə soyuq, şəbnəmi buz lalə yanaqlar Batində axan göz yaşının isti buxarı. Gözdə oxunan niyyəti çılpaq, sözü çılpaq Ruhunda hər an zorladığı ismətin ahı. Bir incə mələk, taleyi çılpaq, özü çılpaq Şəhvətdə batıb, anbaan artmaqda günahı. Gündüz dolanar boynuna ağ körpə biləklər Axşam qara əllər gəzər halsız bədənində, Gündüz bala eşqiylə sönük ruhu çiçəklər Axşamsa tikanlar bitər əlvan çəmənində. Zalım fələyin qanlı dəmir məngənəsində Hər gün sıxılırdı, əzilirdi, kiçilirdi, Qansızların işrətli səfa təntənəsində Əllərdə gəzir, dadlı şərabtək içilirdi. İncitmə onu, göz yaşı görsən yanağında, Bəlkə də, bu su ruhunu bir azca təmizlər, Məlum deyil əsla ki hələ həqq qabağında Kimdir üzü qarə o çiçək, yoxsa ki, bizlər.
Sayfa 88 - Parlaq imzalarKitabı okudu
250 öğeden 131 ile 140 arasındakiler gösteriliyor.