Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Profil
Deyirsən şeirdən nə tapmısan sən? - Mən şeir yazmasam, sən adi qızsan... (Qismət Məsim)
Sayfa 6 - Teas pressKitabı okudu
Nədən oldu?
Əllərini üzüb məndən, Yarım birbaş gedən oldu. “Can” deyib, “can” eşidərdik, Bu ayrılıq nədən oldu? Qızılgüləm, dəstəyəm mən, Bülbüləm, qəfəsdəyəm mən. Gəzirəm mən qəmli-qəmli, Görən deyir, xəstəyəm mən. Yandı ürək, kabab oldu, Gül bağçamda xəzan oldu, Mən ki səndən ayrılmazdım, Bu ayrılıq nədən oldu? Yaranmışıq məhəbbətdən, Alovlanıb yanıram mən. Bu həsrətdən, bu möhnətdən Gözümün yaşı dən-dən oldu. Öz eşqimdən, diləyimdən Ayrı düşdüm illərlə mən. Ancaq səndən ayrı gəzən, Ürək deyil, bədən oldu!
Bahtiyar Vahabzade
Bahtiyar Vahabzade
Reklam
Qurban Olduğum
Bir xeyli zamandır getdi, gəlmədi, Əhdi peymanına qurban olduğum! İstədi can verdim, qǝdir bilmədi, O şirin canına qurban olduğum! Dedim: ayrılığa yoxdur tavanım, Ayrılıb getməsin sərvi-rəvanım! Bir daha dönməzmi yosma tərlanım,
Sayfa 20 - QanunKitabı okuyor
Öyrətmə özünə, öyrətmə məni
Taleyin qisməti rast saldı bizi. Yolumuz hardasa qırılacaqsa, İtirəcəyiksə bir-birimizi, Xatirəm yadında qalmayacaqsa. Bu əllər mənimki olmayacaqsa, Bu tellər mənimki olmayacaqsa Sən Allah, özünə öyrətmə məni, Hicran qoxusuyla göynətmə məni...
Suç mənim
Aldanmışam sәrvәtinә dünyanın, Ömrüm-günüm yalan mәnim, puç mәnim. Nahaq yerә yaxasından yapışdım, Tәqsir mәnim, günah mәnim, suç mәnim. Beş-altı gün yas paltarı geyәrlәr, Hәrdәn yaxşı, hәrdәn yaman deyәrlәr. Ehsanımı şirin-şirin yeyәrlәr, Qırxa qәdәr yeddi mәnim, üç mәnim. Qәlәm alsın baş daşımı yazanlar, Bel götürsün mәzarımı qazanlar. Ay Zәlimxan, ağı desin ozanlar, Kәfәn mәnim, karvan mәnim, köç mәnim. 🍂
Zəlimxan Yaqub
Zəlimxan Yaqub
Sevmişəm səni
İlk bahar çağında, əriyəndə qar, Açanda yarpaqlar, sevmişəm səni. Olanda yamyaşıl dərələr, dağlar, Axanda bulaqlar, sevmişəm səni. Keçən təmtəraqlı bu gəncliyimdə, Mən ilk sevincimdə sevmişəm səni. Görsəm də əzablar dəcəlliyində, Şeirtək içimdə sevmişəm səni. Uca dağ döşündə açanda güllər, Dinəndə bülbüllər, sevmişəm səni. Gələndə ilhama eşqi-könüllər, Dil açsın qoy dillər, sevmişəm səni. Sənin saçlarında gəzəndə əlim, Söylədi ki dilim: Sevmişəm səni. Sevincdən titrədi, əsdi qələmim, Danışdı aləmim: Sevmişəm səni.
Tofiq Hüseynzadə
Tofiq Hüseynzadə
Reklam
ŞÜKRİYYƏM ÜÇÜN
Bir gülsən, dərmişəm gənclik bağından, Bir gülü, çiçəyi dərmərəm sənsiz! Kam aldım ömrümün oğlan çağından, Bir bağa, bağçaya girmərəm sənsiz! Şükriyyə taleyim, şükür Xudaya! Gördüyüm doğrumu, yoxsa pək röya?! Dolub ürəyimə bu dadlı xülya, Şirin günlərimi sürmərəm sənsiz! Əvət, bu sevdanın səfası çoxdur, Sevdasız həyatın mənası yoxdur! Gözlərin yıldızdır, kirpiyin oxdur, Ürək qubar olar - can vǝrǝm sənsiz!.. Şerimin sözüsən, sözün - ahəngi! Üzündə bərq vurur güllərin rəngi! Xəyalın, camalın gözəl çələngi! İlham yetim qalar, ağıl - kəm sənsiz! Gəncə, 1917
Sayfa 18 - QanunKitabı okuyor
Təkcə Ümid Qalsın...
İstəsən sükuta bürünsün cahan. heç nə yox, al məndən gülüşlərini... Al məndən ömrümlə əbədi qalan o ani, o ani
Sayfa 147 - LiderKitabı okudu
Buz heykəl
Məni küsdürmək asandır, məni ağlatmaq asan, Məni çaşdırmaq asandır, məni aldatmaq asan, Məni ləngitmək asandır, məni saxlatmaq asan, ... Mənim olmaq nə çətin. Məni buzlatmaq asandır, məni dondurmaq asan, Məni laxlatmaq asandır, məni sındırmaq asan Məni göstərmək asandır, mənə əl vurmaq asan. ... Mənə çatmaq nə çətin. Mənə zülm etmək asandır, məni incitmək asan, Məni alçaltmaq asandır, məni əskiltmək asan, Məni tərk etmək asandır, məni tərgitmək asan, ... Məni sevmək nə çətin.
Sayfa 13 - Parlaq imzalarKitabı okudu
Dostum
Qarşımda sənmisən, xəyalınmıdır? Sevdalı könlümün soltanı dostum! Gördüyüm röyamı, vüsalınmıdır? Nigaran qəlbimin cananı dostum! Sənmisən başımı oxşayan öylə? Saçımda dolaşan əllərinmidir? Xoş bir nəfəs kimi üzümdə, söylə Dolaşan dağınıq tellərinmidir? Söylə, bu gördüyüm həzin qaranlıq Axşamdır, zil qara gözlərinmidir? Xəyaldır oxşayan məni bir anlıq, Sənin ümid dolu sözlərinmidir? Kim duyardı sakit gözəlliyini Dənizin fırtına, tufan olmasa? Vüsalın ləzzəti duyulardımı, Ayrılıq olmasa, hicran olmasa?!
Rəsul Rza
Rəsul Rza
Reklam
Gəl yuxuma...
Mən səni yuxuda görürəm hər gün, Ən şirin arzular, diləklər kimi. Hərdən qanad açıb pərvaz edirsən Başımın üstündə mələklər kimi. Hərdən vüsal olur hədiyyən mənə, Həsrət yaxın düşmür qətiyyən mənə. Hərdən etinasız baxıb sən mənə Ötürsən yanımdan küləklər kimi. Hərdən üşüdürsən məni qar kimi, Hərdən yandırırsan od, şərar kimi, Çöhrən gah olur gilənar kimi, Gah solur don vuran çiçəklər kimi. Məni əfi kimi çalıb yuxular, Qovğa dünyasına salıb yuxular, Səbri-qərarımı alıb yuxular, Sərgərdan olmuşam böcəklər kimi. Demirəm yanıma ilk baharda gəl, İstəsən, tufanlı ruzigarda gəl. Ancaq yuxuda yox, aşikarda gəl, Gəl, sözlü, nəğməli ürəklər kimi... 🌹
Əliağa Kürçaylı
Əliağa Kürçaylı
Gedirəm bu axşam, gedirəm gülüm. Bilirəm gül üzün solacaq mənsiz. Gedirəm gəlməsəm qalacaq sevgim, Bəlkə də gözlərin dolacaq mənsiz. Yaşadır sevdalı bir xəyal məni, Gedirəm gəlməsəm yada sal məni. ⠀ Bürüyüb göyləri indi çən, duman Torpaq dilə gəlib aman! ay aman! Vətən gözü yaşlı qalsa o zaman, Ay allah, sevgilim qalacaq mənsiz! Yaşadır sevdalı bir xəyal məni, Gedirəm gəlməsəm yada sal məni. ⠀ Piruz Dilənçi © ⠀
Məni Axtar
Məni axtar darıxanda, Səni qəm-qüssə sıxanda, Yorulub sərsəm həyatdan Gözünün yaşı axanda. Məni axtarma sevincǝk, Qayğısız şənlik edəndə, Gündə bir barda, kafedə
Sayfa 36 - Parlaq imzalarKitabı okudu
Sevgi nağılı
Mən günəş olaram səhər səninçün, Buludlar içində yalqız gəzərəm. Görsəm istiliyim incidir səni, Olub göy üzündə ulduz gəzərəm. Desən darıxmışam ötən günlərçün, Yenidən başlayıb başa dönərəm. Desən ki, danışma, sus, daha bəsdi,
Sayfa 81 - Şəfaqət ƏləsgərovaKitabı okudu
Ayrı düşdük, aylar ötdü, il oldu, Eşqim sənsiz bir çağlayan sel oldu. Bağça saldım, çiçək açdı, gül oldu, Neyçün səni bəs unuda bilmirəm? Unuda bilmirəm... ⠀ Min rəng verir bahar hər bir çiçəyə, Ruh gətirir hər qəlbə, hər ürəyə. Mən çatıram min arzuya, diləyə, Neyçün səni bəs unuda bilmirəm? Unuda bilmirəm... ⠀ Deyirlər ki, yoxdur sevgi, məhəbbət, Bir-birinə qız-oğlan edir adət. Doğrudansa, yoxdur əgər məhəbbət, Neyçün səni bəs unuda bilmirəm? Unuda bilmirəm... ⠀ Novruz Gəncəli ©
236 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.