Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Profil
MƏN TƏNHA DEYİLƏM
Çox zaman deyirlər tənha qalma sən, Tənhalıq kövrəldir insanı bəzən. Tənhalıq yaraşmır çinara belə, Tənhalıq yaraşmır çiçəyə, gülə... Tək qalan dağın da dərdi dağ olar, Tək qalan bulağın gözləri dolar. Yaş tökər gözündən hey gilə-gilə, Tənhalıq dərdindən o gələr dilə. Siz ey yollarıma hey baxanlarım, Siz ey mənim üçün darıxanlarım, Heç zaman mən
Sayfa 31 - Şərq-QərbKitabı okudu
İtirməyim bu qisməti
Demirəm ki, hər ulduzda qismətim var, Mən heç kəsin ulduzundan almaram nur. Öz körpəcə bəxt ulduzum göydə yanar, Mənim üçün hər ulduzdan o, nurludur.
Sayfa 30 - Şərq-QərbKitabı okudu
Reklam
Harada bir atəş görsən...
Harda bir atəş görsən Alovu dilim-dilim, O mənim ürəyimdir Alovlanır, sevgilim! Harda bir tufan görsən Səsindən dinir aləm, Bil ki, həyat eşqiylə Coşan o tufan mənəm. Harda bir torpaq görsən Yanır çöllər, zəmilər, Mənim çarpaz yaralı, Dərdli sinəmi göstər. Dağlara səsi düşsə Sabah igid ərlərin, Məni də ön cərgədə Görəcəksən sən, yəqin... Qaranquş dimdiyində Gəzdirsə bir tər çiçək, Baharın müjdəçisi O quş da mənəm demək...
Sayfa 17 - Şərq-QərbKitabı okudu
Şerim Mənim
Qəzəbi şimşəklərdən, Atəşi ürəklərdən, Ətrini çiçəklərdən Alıbdır şerim mənim. Dözümü qayalardan, Coşmağı dəryalardan, Şəfqəti analardan
Sayfa 16 - Şərq-QərbKitabı okudu
Küsəyən...
Eşqin özündədir Qəribə sirlər, Məgər şirin sözdən Küsərmi insan? Artar küsəyənin Payı, - deyirlər. Sənə sevgim artır Sən küsən zaman!
Sayfa 238 - LiderKitabı okudu
Reklam
İstə...
Öz məğrur eşqimdə təmənnasızam, Bir damla istəsəm, Bir ümman istə... Mən ki, bir dünyalıq baharam, yazam, Bircə gül istəsəm, Gülüstan istə. Mənə ulduz boyda işıq ver desəm, Sən məndən Günəşli asiman istə. Haçan bir saatlıq görüş istəsəm, Sən bütün ömrümü Ərməğan istə.
Sayfa 171 - LiderKitabı okudu
İşte benim gülüm bu...
Vəfa Hafiz

Vəfa Hafiz

@VafaPirMurad
·
30 Kasım 2023 12:05
"Gül, hüsnüyle mağrurdur; rayihası, Hz. Resul'ün mübarek terine müşabihtir. Şiirler onun güzelliğini te­rennüm eder; aşk'ın remzidir. Firavun'un ateşe saldığı İbrahim'in makamıdır. Delisi divanesi çoktur; şuara­nın vird-i zebanıdır: Elhasıl medhinde diller kasırdır".
Nar Ağacı
Yenə qumlu sahil, yenə sərin bağ, Yenə axşam düşüb meynəliklərə. Burda sevgilimlə neçə il qabaq, Bir nar çubuğunu basdırdıq yerə. Nar ağacı, nar çiçəyi, Bir ulduzdu hər çiçəyi. Seyr etdim ağacın doğma yerini, Bircə çiçək qalıb, hanı çiçəklər? Onun qızıl rəngli ləçəklərini, Ya illər tökmüşdür, ya da küləklər. Nar ağacı, nar çiçəyi, Döyüb tufan, qar çiçəyi. Baxıram, qəlbimdə arzu oyanır, Uzaq xəyallarım alır qəlbimi. Sanki ay nurunda ulduzdur yanır, O son nar çiçəyi ilk eşqim kimi. Nar ağacı, nar çiçəyi, Hələ yenə var çiçəyi.
Sayfa 156 - LiderKitabı okudu
Külək
Yenə payız gəldi qonaqlar kimi, Soldu məhəbbətim yarpaqlar kimi, Ürək pıçıldayır dodaqlar kimi, Külək, niyə belə əsirsən, külək? Niyə ümidimi kəsirsən külək? Sevgilim görüşə çağırmış məni, Mən necə unudum olub-keçəni? O deyir astaca: "Sevmirəm səni..." Sən niyə sözünü kəsirsən, külək? Külək, niyə belə əsirsən, külək? O ürək ağrıtdı, ürək incitdi, Bir eşqin sevimli nəğməsi bitdi. Sanki məhəbbətim xəyaldı, getdi... Külək, niyə belə əsirsən, külək? Səndəmi sevgimi gəzirsən, külək?
Sayfa 155 - LiderKitabı okudu
Reklam
Təkcə Ümid Qalsın...
İstəsən sükuta bürünsün cahan. heç nə yox, al məndən gülüşlərini... Al məndən ömrümlə əbədi qalan o ani, o ani
Sayfa 147 - LiderKitabı okudu
Ey gül...
Fidan Gözəlova

Fidan Gözəlova

@Fido_G
·
28 Kasım 2023 18:10
Adam, barmağına tikan batanda, Çiçəkdən küsürmü, sən də küsəsən? Ağac, budağından yarpaq qopanda, Küləkdən küsürmü, sən də küsəsən?
Dünyaya günəştək nur yayan insan
Dünyaya günəştək nur yayan insan, Vaxt olur üfüqdə ulduztək axır. İlləri min dostla adlayan insan, Ölümlə döyüşə təkbətək çıxır. Bu gözlə görünməz sirli döyüşdü İnsan bu döyüşü harda görmüşdü? İnsan da, ölüm də baxdı, gülüşdü... Gülüşdən ürǝyǝ bir şübhə düşdü. Ölüm, bəlkə ölmək dəhşət deyildir. Gəlmişik... gedirik... bu ki, bir haqdır. Torpağa gömülmək dəhşət deyildir. Dəhşət diri-diri ölü olmaqdır! Elə ki, can aldın, məgər ucaldın? Yeridin şaxtayla, əsdin küləklə... Ölüm, elə bildin qələbə çaldın, Ölüm, öləcəksən ölümsüzlüklə!.. Yox! Necə? Ölüm də ölə bilərmi? Bəlkə bir üşütmə düşdü canına?.. Nəsə fikirləşdi o qəmli-qəmli, Əyri qılıncını qoydu qınına!
Sayfa 123 - LiderKitabı okudu
Şeir mənim üçün bir kainatdır, Onun ulduzları, günəşləri var. Şeir mənim üçün sirli həyatdır, Onun öz sevinci, öz kədəri var.
Sayfa 72 - LiderKitabı okudu
236 öğeden 211 ile 225 arasındakiler gösteriliyor.