Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Məhəmməd Əmin Rəsulzadə

Profil
Məhəmməd Əmin"inin nitqindən;
"Bəli, təhlükə və qara buludlar hər zaman olacaq. Siyasi üfüqdə qara buludlar görünən kimi, o qara buludlara qarşı Nurularımızın zülmətqovan nuru da olacaq."
Sayfa 131Kitabı okudu
Reklam
Sabah (31 yanvar, 1884) Azərbaycan Cümhuriyyətinin banilərindən biri, demək olar ən əsas sütunu, ideyaları indi də Azərbaycanın rifahı üçün aktual olan, mühacirətdə min bir əzaba qatlanıb dayanmadan Vətəni üçün çalışan böyük şəxsiyyət - Məhəmməd Əmin Rəsulzadənin 140 illiyidir. Daim yaşayan, böyük öndər!
Azərbaycançılıq demək, istiqlalçılıq deməkdir. Bir istiqlalçılıq ki, tarixin ən böyük müəssəsi (qurucusu) olan milliyyətin dövlət olmaq üzrə müzəffər yürüşü deməkdir. Azərbaycançılıq demək, böyük türk irqinə mənsub bir millətin istiqlalını qazanmaq üzrə başlanmış şanlı bir mücadilədir. Azərbaycançılıq eyni zamanda bir hürriyyət və mədəniyyət hərəkatıdır ki, onun ən bariz sifəti xalqçılıq və milli hakimiyyət əsasına bağlılıqdır
Umarım gittiğin yerde sevinçlisin Umarım değmiştir... 31.01.1884 - ∞
Fərq məqsəddə deyil, mübarizə metodlarındadır.
Birləşmə vacibdir, amma bu birləşmənin yeganə şərti səmimilikdir. Birləşməyə çağırış kənardan çox cəlbedici görünsə də, heç də həmişə məqsədəuyğun olmur. Saxta birləşmə naminə xala-xətir çağırış etməkdənsə, həqiqi birləşməyə real dəstək vermək gərəkdir. Dünən mümkün olan bu gün artıq əlçatmaza çevrilə bilir. Razılaşın ki, əsas fərq məqsəddə deyil. mübarizə metodlarındadır. Bizim bugünkü durumda çox şey, bəlkə də, hər şey metoddan asılıdır. Bəziləri metod və vasitələr məsələsində dolaşıq mövqedə dururlar. Belələri hərdən uğur qazana bilər, lakin həmin uğurlar onların məqsədləri kimi keçicidir.
Sayfa 104 - TEAS Press - 2018Kitabı okudu
Reklam
96 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 saatte okudu
Haqq verilməz, alınır !
Çox geniş düşüncələr yazılmalı olan kitab. Lakin bəzi düşüncələrin düşüncə olaraq qalması daha məqbuldur. İnsanların müxtəlif səhifələri anlaması üçün müxtəlif həyat səhifələrini yaşaması lazımdır.
Əsrimizin Siyavuşu
Əsrimizin SiyavuşuMehmet Emin Resulzade · Qanun Nəşriyyatı · 2019119 okunma
Azərbaycanlı.
İnkişafa meylli olduqlarını göstərmək üçün bu kafi deyilmi ki , ilk türk dramaturqu Azərbaycanlı, ilk türk bəstəkarı Azərbaycanlı, Rusiya türkləri arasında ilk qəzet yaradıcısı Azərbaycanlı, məzhəb uzlaşmazlığını ilk olaraq ortadan qaldıran yenə Azərbaycanlı, əlifba islahını ilk düşünən Azərbaycanlı, nəhayət, islam aləmində ilk dəfə Cümhuriyyət elan edən də Azərbaycanlıdır.
Sayfa 67 - Qanun Nəşriyyatı - 2019Kitabı okudu
"Azərbaycan qayəsi"
M.Ə.Rəsulzadə öz yazılarında "müsəlman", "türk", "tatar" kimi müxtəlif ifadələr altında tanınmış bu xalqı "azərbaycanlı" kimi qeyd edirdi.
Sayfa 11 - Qanun Nəşriyyatı - 2019Kitabı okudu
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu , ulu öndər Məmməd Əmin Rəsulzadənin vəfat etdiyi gündür . Allah rəhmət eləsin .✨
Reklam
İnsalara Türkəm dediyin zaman sanırlar ki, qatı millətçi ya da şovinistsən. Xeyir! Bu belə deyil! Türk olmaq və Türklüyü savunmaq demək, digər millətləri əzmək demək deyil, tam əksi Türklyü savunmaq ölkəsində yaşayan hər bir millətin Türk ədaləti ilə qorunmasının tərəfdarı olmaq və bunu dəstəkləməkdi. Türkün ədaləti şəxslərdən və bütün mənafelərdən üstündür! #4emon
Azərbaycan Xalq Cümhuriyyəti
💙Heç bir qələbə 3 imperiyanın mərkəzində heç yoxdan Cümhuriyyəti var etməklə müqayisə edilə bilməz.❤ O Cümhuriyyət ki, göylərə ucaltdığı üçrəngli bayrağın kölgəsində bu gün və gələcəkdə milyonlarla azərbaycanlı yaşayacaq.💚
Xalqının faciəsinə məzarda ağlayan Öndər
"Ankaradan çıxan günü Əsri məzarıstanlığına - Məhəmməd Əmin Rəsulzadənin məzarı ilə vidalaşmağa getdim. Məzarın yanında dolanarkən qəfildən bir qoca yaxınlaşdı mənə. Sorğusuz, sualsız sözə başladı:  - Keçən il bu vaxtlar (yəni 1990-cı ilin yanvar ayı ) məzarıstanlığa gəlmişdim. Elə bu qəbrin yanından birdən inilti səsi eşitdim. Yaxınlaşıb bir az da diqqətlə qulaq asdım. Yanılmamışdım, səs bu qəbirdən gəlirdi. Ağrılı, şikayətli bir inilti səsi idi. Mən xoflanıb bu qəbirdən uzaqlaşdım. Bir müddət özümə gələ bilmədim. Əhvalatı kimə danışdımsa inanmadılar. Dedilər, səni qara basıb. Amma məni qətiyyən qara basmırdı. O qəbirdən inilti səsi gəlirdi.  Qəribə heyrət içində qocadan soruşdum:  - Siz keçən il yanvarın neçəsində olmuşdunuz burada?  Qoca dedi: - Ayın ya on doqquzu idi, ya da iyirmisi. Çünki mən belə vaxt gəlib yaxın adamımın qəbrini ziyarət edirəm. Amma indiki kimi o səs yadımdadır. Qəbirdən ağrılı, şikayətli bir inilti səsi eşidilirdi.  Qoca bu sözləri deyib çıxıb getdi. Mən isə acı bir həqiqətin ağrısına bürünərək Ankaranın Əsri məzarıstanlığında, onun qəbri yanında donub qalmışdım. Və dərdli-dərdli düşünürdüm: Demək ayın 20-si günü o qanlı yanvarda xalqımızın günahsız qanı axıdılanda qəbirdə rahatlıq tapmamısan. İgid oğullarımız düşmən gülləsinə nahaqdan hədəf tutulanda dözə bilməyib soyuq məzarda inildəmisən. Qeyrətli cavanlarımız al qan içində çırpınanda, analar ağı deyib fəryad qoparanda dayana bilməmisən, ağlayıb şikayətlənmisən”.
Nəsiman Yaqublu
Nəsiman Yaqublu
Bakı Azərbaycanın, Azərbaycan da Bakınındır. Bakını Azərbaycandan ayırmaq istəyən kim olursa Azərbaycanın həyatına qəsd etmiş olur. Bakısız Azərbaycan təsəvvür oluna bilməz. Bakı tarixən də, indi də bir türk şəhəri və müsəlman bölgəsidir. İstiqbalən də Azərbaycanın paytaxtını təşkil edəcəkdir...
Sayfa 130Kitabı okudu