Şəhidin atası diz üstə çöküb oğlunun qanı axmış torpağı öpməyə başladı. Üz-gözü palçığa, toz-torpağa bulaşırdı. Biz quruyub qalmışdıq. Nə deyəcəyimizi bilmirdik. Bu, dəhşətli mənzərə idi: yerdə qan, göz yaşı və torpaq, göydə isə igid bir əsgərin savaş marşı oxuyan ruhu...