Həyatımın ən unudulmaz mərhələlərindən biri başa çatdı... Məktəb illəri pisi ilə də, yaxşısı ilə də mənə çox şey öyrətdi. Bu illər ərzində böyüdüm, dəyişdim, gücləndim və həyatın hər rəngini bir az da yaxından tanıdım.. Deyəsən, əsl həyat indi başlayır. Qarşıda məni nələrin gözlədiyini bilmirəm, amma bir şeyə inanmaq istəyirəm: bundan sonra hər şey daha gözəl olacaq. Bu gün özümə söz verirəm ki, dəyərimi heç vaxt unutmayacam, məni xoşbəxt etməyən, hüzur verməyən yerlərdə qalmayacam və hər zaman özüm üçün ən yaxşısını seçəcəm..🪄 Yeni başlanğıcların həyatıma yeni rənglər qatacağına inanıram. Çıxdığım bu yolun məni arzularıma aparacağına, üzümü güldürəcəyinə və mənə gözəl xatirələr bəxş edəcəyinə ürəkdən inanıram.. Əlvida məktəb, uşaqlıq.. Xoş gəldin yeni həyat.. 🤍
1000Kitap
Aqşin Evrən - Əlvida... Darıxıram
Susanda ən yaxşı "unutmaq" susar Bir nəhəng, yaşılgöz, vəhşi darıxmaq Səni otağının küncünə qısar Bəlkə, xəstəlikdi darıxmaq hissi Bu böyük ağrıyla yaşamaq yox e, Vallah, ölmək pisdi... ölmək də pisdi... Köhnə məktubları açıb baxarsan Gəlib kirpiyinə duzlu göz yaşın Özünü məktuba atar beləcə Onun hədiyyəsi - gümüş boyunbağı Səni darıxmaqdan asar beləcə İçinə daş alıb susar sol yanın Baxıb əllərinə donub qalarsan: "İlahi, bəs onun əlləri hanı?" Baxarsan rəsminə: "Əcəb yaşlanıb Özünə baxmır heç, kökəlib bir az Deyəsən, xəstədir lənətəgəlmiş İnşallah bu ilə salamat çıxmaz" Sonra eşidərsən qohum-tanışdan Deyərlər "keçmişin" yaman xəstədi. Sən də deyinərsən dodaqaltında "Məni başa düşdük, it zülmü verdin Ay Allah, bəs ondan sən nə istədin?!" Ovcunda qırışar xatirələrin İndi dözə bilsən, döz əllərinə Təsəlli verərsən öz əllərinə:
Şiir
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
"Kıyısından dönülen şey en hayırlı olandır;Üzse de, kırsa da." Tam olaraq bu.) Əlvida,2025.
Bir səhər güzgüdə özünə baxıb, Son dəfə özündən doyub gedəsən. Bu ömrü yarımçıq əlyazma kimi Yazı masasında qoyub gedəsən. Gedəsən, nə dərdin, nə qəmin qala, Səni səadətin çəkə dalınca. Masanın üstündə qələmin qala, Üç nöqtə göz yaşı tökə dalınca. Dönə göyərçinə bəyaz kağızlar, Təlaşla boylana sən gedən yola. Hərflər uşaqtək tuta əlindən, Şeirlər hərəsi bir qadın ola. Səfillər boylana kitab rəfindən, Yalquzaq ulaya şam işığında. Qumarbaz özünü itirə birdən,
Allan Kardek - Cənnət Cəhənnəm
Allan Kardec - Cənnət və Cəhənnəm Cənab Van Dürst: Keçmiş dövlət məmuru Van Dürst 1863-cü ildə 80 yaşında Anver şəhərində vəfat edib. "Xoş gördük, məni ağuşuna alan, məni qoynunda saxlayan əbədiyyət! Əlvida, məni ruhumun təbii elementindən səksən il uzaqlaşdıran Yer planeti! Yox, mən səni bir daha görmək istəməzdim, mən bir daha bədənə girib sənin üzərindəki dünyada yaşamaq istəməzdim, çünki sənin üzərində yaşamaq sürgündə olmaq kimi bir şeydir. Bədənli həyatdakı ən böyük xoşbəxtlik buradakı xoşbəxtliyin yanında heç nədir." (səhifə: 252) P.s - Öldükdən sonra Paris Spiritizm Cəmiyyətinin medyumları tərəfindən çağırılır və bu sözləri işlədir.
Sonuncu ümid də qırılmış itmiş, Özünə yer tapmır sinəmdə ürək, İndi anlayıram mümkünsüz imiş Sənə birdəfəlik "Əlvida" demək Həsrət nə təcnisdi, nə də bayatı, Yazardım, gözümdən axıb-gedərdin, Bütün baş verənlər yuxu olsaydı, Yozardım, ömrümdən çıxıb gedərdin. Xəyallar ürəklə küsü saxlayır, İçimdə şübhələr vaxtı dəyişir, Bir yannan qəzəblər düyün bağlayır, Bir yannan istəklər söz güləşdirir. Özün yarı yolda bu eşqi qoydun, Ağaran saçlara dostlar şahidim, Sən mənə bir doğru sözü qıymadın, Mən sənə ömrümü ərmağan etdim... Vahid Əziz