Dümanın gözündən biz
Puan vermedi·192 syf.··
2026 41. kitabı
·
29 günde okudu
·
Okunma: 24 Mayıs 2026 15:54
Böyük fransız yazıçısı Dümanın Qafqaz səfərinin Azərbaycanla bağlı qeydlərinin toplandığı bu kitabı bir az uzun müddətə oxumağıma baxmayaraq, maraqla oxudum. Dərbənddən başlayaraq Bakı, Quba, Şamaxı, Nuxa(Şəki) ərazilərində keçirdiyi xoş günlərdən, insanlarımızın səxavətindən, qonaqpərvərliyindən hədsiz təəccüb və heyranlıqla bəhs edən yazıçı, şübhəsiz ki, ölkəsinə buradan ən gözəl təəssüratlarla qayıdır. Hətta bəzən xalqımızda şahidi olduğu bu səxavəti öz fransız xalqıyla müqayisə edərək bizə daha yüksək qiymət verir. Kitab təkcə səfər qeydləri təsiri bağışlamır, həm də bir xalqın mədəniyyətini, adət-ənənəsini, tarixi şəxsiyyətlərini, hətta yeməklərini də dünya oxucusuna çatdırmaqda böyük rol oynayır. Mənə ən təsir edən hissəsi Dümanın Bakıdan ayrılarkən Xəzər dəniziylə vidalaşdığı "Əlvida, Xəzər dənizi" hissəsi oldu. İndiyə qədər oxuduğum Xəzərin bədii dillə ən gözəl təsviridir deyə bilərəm. Hamıya xoş oxumalar.
Qafqaz SəfəriAlexandre Dumas · Qanun Nəşriyyatı · 2014168 okunma
Tatar Çölü
Puan vermedi
Əlvida Qala , mənasız itehkamlarin dözümlü əsgərlərin ilə,hər səhər öz baxış borusu ilə şimal çölünə baxan polkovnikin ilə. Əbəs yerə ! o yerdə o heç vaxt heçnə görməyəcək. Əlvida, Anqustinanin qəbri ! Deyəsən bir tək onun bəxti gətirdi, əsl əsgər kimi həlak oldu,bu xestana çarpayısında ölməkdən daha şərəflidir.Sonuncu əlvida da qəlbdə heç bir illüziya yaratmayan şimal çölünə...
Tatar ÇölüDino Buzzati · İletişim Yayınevi · 201819,8bin okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
7/10
·320 syf.··
2026 19. kitabı
·
3 günde okudu
·
Okunma: 05 Şubat 2026 21:15
Heminqueyin ən təsirli romanlarından biri. Müharibə səhnələrindən çox dialoqlar və gündəlik hadisələrə yer verilsə də dövrün şərtlərini kifayət qədər aydın çatdıra bilir. Bəzən bizim tenente və tibb bacısının əttökən dialolarını oxumağa məcbur qalırıq yaxud epizodik rollardakı obrazlarla əsas süjetə dəxli olmayan söhbətləri. Bütün bunlara baxmayaraq kitab əsl klassika sayıla bilər. Bu nəşrdə tərcümə və çap xətaları çox idi. Golden Gate-in Qızıl Darvaza olaraq tərcümə edilməsi də bunlardan biri.
Əlvida, Silah!Ernest Hemingway · Bakı Kitab Klubu · 20177,9bin okunma
Əlvida, Paskual!
8/10
·128 syf.··
Beğendi
·
2025 11. kitabı
·
6 günde okudu
·
Okunma: 11 Kasım 2025 00:00
Əsərdəki ağırlıq məni o qədər boğurdu ki, hətta bir-iki günə bitirmək istədim (həmişəki kimi alınmadı). Bu ağırlıq əsərin maraqsızlığı olaydı kaş... Əzablarla dolu bir ömür, həyatdakı bütün bədbəxtliklərin sanki onun üçün hesablandığı gerçəyi, oxuduqca dünyanın hansısa bucağında belə dəhşətlərlə dolu talelərin var olduğunun (əlbəttə də ki, real həyatda da mövcuddur) fərqindəliyi insanı, onsuz da, çətin olan bu həyatı bir daha sorğulamağa sövq edir. Hər halda, əsər boyu sözünə, əməllərinə, dəli-doluluğuna, səbirsizliyinə, çılğınlığına öyrəşdiyimiz Paskual üçün geriyə yol yoxdur. O öz həyat yolunu seçdi və qatildən daha artığı oldu.
Edebiyat
Paskual Duartenin ailəsiCamilo Jose Cela · Qanun Nəşriyyatı · 0659 okunma
3/10
·256 syf.··
2025 11. kitabı
·
6 günde okudu
·
Okunma: 02 Kasım 2025 22:39
İndiyə qədər oxuduğum kitablar arasında bəlkə də ən zəif kitablardan biri oldu. Sadəcə sərgidən almışdım deyə və şəxsi mütaliə prinsiplərimə görə bir kitabı oxumağa başladımsa o kitabı mütləq bitirməliyəm. Bəlkə də bu mövzuda oxumağı sevənlər kitabı bəyənər. Oxuyacaq olanlar,seçimi sizə buraxıram,amma bu kitab tövsiyyə edəcəyim kitablardan deyil Kitab Amerikan yuxusunun arxa planını göstərən kəskin və realist bir hekayədir. Kitabda sosial təbəqələr arasındakı fərqlər,kimlik axtarışı,sevgi və eqo toqquşmaları ön plana çıxır. Sadə mühitdən gələn Nil və varlı ailənin qızı Brenda arasındakı münasibət,cəmiyyətdəki görünməz sərhədləri açıq şəkildə üzə çıxarır. Filip Rot bu hekayədə insanın daxili boşluğunu,maddiyyatın hakim olduğu dünyada mənəvi dəyərlərin necə itirildiyini ustalıqla təsvir edir.
Əlvida, KolumbusPhilip Roth · Parlaq İmzalar · 049 okunma
Puan vermedi
Toksik münasibətləri xoşlamayan oxucular üçün ağır ola və narhat edə bilər. Həssas insanların oxuması məsləhət deyil. “Biz mükəmməl fırtına idik. Mən şimşək, o isə şimşəyin səsi idi.” - Səncə başqa bir dünyada yaşadım xoşbəxt olardım? - Bəlkə… amma mən olmazdım. “Və ona aşiq olmaq, bir fırtına zamanı okeanın tam ortasındakı gəmidə olmamaqdan daha təhlükəli idi.” “Əlvida sözünü kim yaradıbsa birini itirməyin necə bir hiss olduğunu heç vaxt bilməyib.” Təhlil: H.D. Carltonun Does It Hurt? kitabı qaranlıq roman və psixoloji triller elementlərini birləşdirən, gərgin atmosferi və sirli personajları ilə oxucunu cəzb edən bir əsərdir. Kitabın əsas qəhrəmanı Sawyer Enzioya kələk gəlir, lakin Enzio Sawyerin düşündüyü kimi axmaq deyil. Enzio bunu anlayır və qisas üçün Sawyerlə üzləşir,lakin onlar bir hadisə nəticəsində tənha bir adada tək qalırlar. Bu məcburi birlikdəlik onların keçmiş travmalarını və qaranlıq tərəflərini üzə çıxarır. Onlar bir dəniz fənərində qalmalı olurlar, amma burada yalnız deyillər. Özündə bir neçə sirrlər saxlayan dəniz fənərində onları gözlənilməz hadisələr gözləyir. Yazar gərginliyi hiss etdirməyi bacarır, xüsusilə adanın izolyasiyası və iki personaj arasındakı güc mübarizəsi maraqlı şəkildə işlənib. Sawyer güclü, amma keçmişi ilə üzləşməkdən çəkinən bir qadın. Adada tək qalmaq məcburiyyətində qaldıqca, Enzo ilə münasibəti normallaşır. Enzo sirli və dominant bir xarakterdir. Sawyerin keçmişini yaşadığı çətinlikləri öyrəndikdən sonra artıq ondan qisas almağı düşünmür. Əvvəldə dediyim kimi hərkəsin oxuya biləcəyi kitab deyil, amma mən kitabı çox sevdim hər cəhətdən məni özünə çəkdi. Sadəcə tərcüməni sevmədim kaş daha yaxşı tərcümə olunardı. Acıtıyor mu? H.D. Carlton
Psikoloji
Acıtıyor mu?H.D. Carlton · Lapis Yayınları · 202242 okunma