Su bedenimizi, namaz da ruhumuzu temizler. İnsan hayatında su ne kadar kadîmse, namaz da o kadar kadîmdir. Su gibi candır, su gibi dosttur namaz. Su toprağa, namaz yüreğe düşer.
Nə gözəldir: bir ömür sən mənə mehman olasan,
Sənə mən qurban olam, sən mənə heyran olasan.
Mən qədim, köhnə bağam, bir neçə sərvim sınmış,
Sən gözümdən su içən sərvi xuraman olasan.
Açasan qollarını, bənzəyə ağ dalğalara,
Mən ümid yelkəniyəm, sən mənə ümman olasan.
Qocalıq ulduzu sönmüş, ayı batmış gecədir,
Gecə saçlım, səhər üzlüm, sökülən dan olasan.
Gülüşün gülmü saçır, de, qədəmin dürmü kəsir?
Zümrüd gözlərimin ləlinə qəltan olasan.
Bir ömür qırpıma bənzər, ana bənzər bu həyat,
Sən həyatımda ən ülvi, ən əziz an olasan.
Gül ayaqlarda başım, bəlkə, dəyər ağ buluda,
Uyuyam, sən keşiyimdə ana ceyran olasan.
Rza bağbandı, ya bağ? Bəlkə, bahar, boz torpaq!
Təki sən solmayacaq, tər-təzə reyhan olasan!
Xəlil Rza Ulutürk