Bütün həyatını süni görünüşlərlə keçirən,varlığı məchul zavallı bəşəriyyət! Nə istəyirsiniz bu sünilikdən?
Elə bir həyat qurulmalıdır ki, orada hər söz bir qanun, hər şey bir həqiqət olsun. Hər şey göründüyü kimi deyil, olduğu kimi görünsün.
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
bəs onda həyatın qanunu nədir - əgər öz meyil və istəkləri faydasızdırsa, onda adamlar öz hərəkətlərində nəyi əsas götürürlər? Yoxsa emosiyaları nə deyirsa o cür də hərəkət edirlər? Amma emosiyalar ya yaxşı, ya da pis olur, o da ondan asılıdır ki, onlar adama uğur, yoxsa məğlubiyyət gətirir. Həyat, görünür, çox dolaşıq va dərkolunmazdı. İnsanlar hansısa məchul qüvvənin təsiri ilə harasa tələsir, bu zaman həyatın mahiyyət və mənası gözdən qaçır, elə bil tələsirlər ki, "tələssinlər".
Doğrudur, çadranın özündə də bir gözəllik vardır, baxiyorsun, uzaqdan gecə qara bir ipəyə bürünmüş bir qadın kölgəsi bir xəyal kimi uçuyor, bəşərin məchul varlığı kimi bilinməz nerədən gəliyor,nerəyə gediyor. Ancaq burası var ki, başqa millətlər teatrlara, müsamirələrə gedəndə, öz arvadları ilə gedirlər, bizlər isə gedib tək qalırıq və darıxırıq. Halbuki qadın gözəl bir kukla kimi öz ərini əyləndirməli, onun dərdlərini dağıtmalıdır. Çadrasız gəzmək o demək deyil ki, arvad kimin ilə istəsə, gəzə bilər. Əlbəttə, əri nə desə, onu edəcəkdir. Ona görə də, içəlim belə azad qadınlardan olan Edilyanın sağlığına!