Xocalı bir gerçəkdir!
9/10
·476 syf.··
2025 5. kitabı
·
7 günde okudu
·
Okunma: 06 Haziran 2025 15:17
Yazardan oxuduğum 10cu kitabdır. Və bununla son olacaq. Əvvəl ümumi danışacam. Oxuduğum kitablarında intim münasibətlər o qədər də gözə gəlmirdi, batmırdı insana. Amma bu kitabda olmamağın istərdim. Xocalıya həsr olunubsa, bu mövzu yerverilməz olmalı idi, mənə görə. Vəə Ələmdar xarakterin çoox böyüdür, şişirdir, bu şişkinlik altında necə deyərlər, yaxşı və ya pis hərşeyi normallaşdırmağa çalışan bir çaba görürəm. +Bir qadının gözəlləyini Allahla bərabərləşdirəcək qədər müzakirə etmək və gözəldirsə, nə etsə gözəldir və etdiyinin səbəblərinin hərşeyi normallaşdırmağı absurddur. Keçək kitaba: Yazarın vətənpərvərlik haqqında, xüsusilə bu kitabda Xocalı haqqında yazdıqlarına söz ola bilməz. Çooxx gözəl işlənilib. Kitabı oxuduqca hadisələri canlandırıb dəhşətə gəlməmək qeyri-mümkündür. Çünki, bu hadisələr yaşanıb, o zülmlər çəkilib, Xocalı danılmaz bir gerçəkdir. Kitabda da 1ailə üzərindən bunlar bizə çatdırılır: Sərinə ananın çəkdiyi müsibətlərə rəğmən Vətən sevgisinin hərşeydən öndə gəlməsi.. Səidə haqq verib, ya da verməmək o anı yaşamadan kimsənin haqqı deyildir. Son dəqiqəyə kimi anasını düşündü, öz millətindən gözlədiyi olmamışdı... Yaxın bildiyimiz biriləri, bizim üçün nəsə etməyəndə inciyirik, 17il əsir qalsaq, olmazın zülmlərin görsək görən nələr düşünüb, nələr edərdik... Vəə son olaraq bunu deməyi özümə borc bilirəm: -Xocalı soyqırımında itirdiyimiz və həyatları bizim üçün məchul olan soydaşlarımız, haqqınızı halal edin, o an gələ bilmədiyimiz üçün bizi bağışlayın və nur içində rahat yatın. Qisasınız alındı!
1000 Kitap
Cəhənnəmdən Gələn SəsElhan Elatlı · Teas Press Nəşriyyatı · 01,203 okunma
8/10
·224 syf.··
2024 19. kitabı
Dedektiv janrının ən önəmlilərindən biri - Aqata Kristinin şah əsəri olan bu kitabda hadisələr elə maraqla cərəyan edir ki,kitabın necə başlayıb-bitdiyinə oxucunun özünün də inanmağı gəlmir.Kitabda bir adaya dəvət olunan 10 fərqli insan… onları bura toplamaqda bu məchul insanın gizli məqsədi nədir? Adaya gələn qonaqların ard-arda qətlə yetirilməsi və buna baxmayaraq qatilin kim olduğunun bilinməməsi… Onu da qeyd edim ki, kifayət qədər həyəcanlı və maraqlı olan bu kitabda hadisəni araşdıran şəxs-yəni dedektiv yoxdur.Bu isə kitabı yazıçının digər kitablarından fərqləndirir.Dedektiv janrında tövsiyyə edəcəyim ən gözəl kitablardan biridir.Oxuyacaq olan hər kəsə xoş mütaliələr
On KişiydilerAgatha Christie · Altın Kitaplar · 202143,6bin okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
6/10
·424 syf.··
2024 1. kitabı
Kitaba tövsiyə ilə başladım. Hətta yazarla ilk tanışlığım idi. Olduqca yüksək beklentilerim olmasına rəğmən 413 səhifəlik kitab böyük bir xəyal qırıqlığı oldu mənim üçün. Əslində Azurla olan dərs hissələri, seküler və muhafazakar tərəflərin fikir ayrılıqları olduqca cəlbedici və düşündürücü tərzdə yazılmasına rəğmən ucu heç bir nöqtəyə bağlanmaması həm obrazlara, həm də oxuyucuya böyük hörmətsizlikmiş kimi gəldi. Romandakı yarımçıq qalmış həyatlar, izahsız hadisələr, səbəbsiz və nəticəsiz hərəkətlər kitabın verdiyi bütün hissiyatı özü ilə ucsuz bir boşluğa aparır. Romanın adındakı "3 kız" əslində heç yoxmuş kimi bitirildi. Oysa hər biri barədə ayrıca kitab yazacaq qədər fərqli obrazlar işlənmiş amma heç birinə yetəri qədər dəyər verilməmişdi. Romanın əvvəlindən sonuna qədər məchul və sanki ortaya çıxsa dünyanın səmti dəyişəcəkmiş kimi böyüdülən hadisə bir neçə cümlə ilə izah belə olunmadan səbəbsizcə bitirildi. Professor Azurla olan söhbətlər və dərs hissələri, müxtəlif din və düşüncələrə sahib insanların zidd fikirlərindəki haqqlı və haqqsız cəhətlər, "Tanrı" və "Tanrı arayışı" ilə bağlı qarşılıqlı dialoqlar və sitatlar kitabı daha oxunabilir hala gətirdi.Kitabın uzunluğuna rəğmən boşluqda qalan neçə-neçə yarımçıq hadisələr və ən çox da kitab və obrazlarla əsla əlaqəsi olmayan bir son heç gözləmədiyim cəhəti idi bu romanın.
Havva'nın Üç KızıElif Şafak · Doğan Kitap · 201619,1bin okunma
9/10
·125 syf.··
Beğendi
·
2023 14. kitabı
·
3 günde okudu
·
Okunma: 31 Ağustos 2023 09:00
Fareler ve İnsanlar John Steinbeck Əsər iki həm xarakter, həm də görünüş cəhətdən bir-birinə əks insanın macəralarından bəhs edir. Kitab Lennie kimi əqli zəif və həssas ürəyi olanlar üçün dünyanın nə qədər çətin olduğunu da göstərir məncə. George isə naməlum məchul bir xarakter olaraq qalacaq mənim üçün. Dostunu sevib qorumağa çalışan birimi yoxsa onun fiziki gücündən istifadə edən ikiüzlü bir dostmu? Əsərdə müəllif o dövrdə yaşayan insanların həyat tərzi və düşüncələrini də aydın təsvir edib. Hər cür ayrıseçkiliyə, xüsusilə də irqi ayrıseçkiliyə qarşı olan biri olaraq Seyis adlı zəncinin çəkdiyi əziyyətlər, insanların onu öz aralarından qovması, bir fərd kimi hörmətə layiq görməməsi mənə əqli zəif olan, toxunduğu hər şeyi öldürən Lennie nin çəkdiyi əziyyətlərdən daha ağır gəldi.İnsanların hər yerdən qovduğu Seyis təsəllini kitablarda tapsa da, heç kimlə bir ünsiyyət olmadan xarakterinin də nə qədər sərtləşdiyini və sevgiyə möhtac olduğunu acı şəkildə hiss edir. Kitabın sonu məndə çox qarışıq hisslər oyatdı. Kitabın adına ilham olan Robert Burn-nün şeirindəki kimi "En iyi planları farelerin ve insanların sıkça ters gider..." mesajı var bu kitabda və sonda onu deyə bilərəm ki, kitabı oxuyun, amma xəyallarınızdan da, onları gerçəkləşdirəcəyinizə olan inamınızdan da heç vaz keçməyin...
Hayat ve İnsan
Fareler ve İnsanlarJohn Steinbeck · Sel Yayıncılık · 2023211,8bin okunma
#Aqatayasəyahət
10/10
·256 syf.··
Beğendi
·
2023 2. kitabı
Deməəək, Dəəəəəhşəəəəət kitab idi,möhtəşəm.Aqatanin ən sevdiyim kitablar silsiləsində 1ci sıraya qoyaram.Hariqüladəəəə Kitabda sevdiyim hissə: 1)Hər şey skajsjsjj Kitabın içində bütün personajların hissini dərinliyinə qədər yaşayırsan.İndiyə qədər,bəlkə də, bir kitabı oxuyanda bu qədər stress,həyəcan,maraq,gərginlik keçirməmişdim.İnsanın düz psixologiyasına təsir edir.Həddindən artıq maraqlı və sürükləyici hekayəsi vaar.Hər an tətikdəsən,hər an gözləyirsən ki,kimsə ölə bilər,kiməsə nəsə ola bilər.İnsanin bütün sinir sistemi tarıma çəkilir.Kitabı sadəcə 1 gün içində və özüdə uzun aralıqlarla oxuyub bitirdim(kitab 255 səhifə idi). Kitabda o məchul şəxsi siz də oradakı müttəhimlərlə birlikdə tapmağa çalışırsınız və bu da həyəcanı daha da yüksək səviyyəyə çıxarır.Kitabın sonunda isə donub qalırsınız ki...."NƏ???" Bəli,bəli o məchulu oxuyanda şok olmayan olmaz, məncə.Çox ustaca yazılıb və nə qədər xəfiyyə kitabı olsa da, inandırıcılığını əsərin sonuna qədər qoruyur. Aqata Kristi , həqiqətən də, tam bir xəfiyyə janrında yazılmış əsərlərin kraliçasıdııır. Qısaca kitabın (məncə) anlatmaq istədiyi: 1)Heç kim göründüyü kimi deyil 2)Qatil olmaq asandır,çətin olan onun ağrısını bir ömür daşımaqdır 3)Siz unutsanız da,unutmasanız,istəsəniz də istəməsəniz də bir gün ədalət necə və nə şəkildə olarsa olsun sizi ələ keçirəcək 4) Rütbə və ya nüfuz ədalət qarşısında önəmsizdir və hamı bu sistem qarşısında bərabərdir. Səhifə:255 Janr:Dedektiv Rəy: 10/10
Dedektiflik ve Gizem
On Zənci BalasıAgatha Christie · Qanun Nəşriyyatı · 201443,6bin okunma
5/10
·136 syf.··
2023 60. kitabı
(Payız) Budaqların arasında O qədər dərddən söz açır ki, Küləklər. Adamlar dağ kəndində Səsindən tanıdılar payızı. Heç kimdən yan keçməz, Hətta ən adi günlərdə Laqeyd olanlardan belə - Belədir payızın ilk küləyi Qəm səpər hər könülə. *** Kim deyər, nədəndir? Amma hansısa naməlum səbəbdən Payız çağları O məchul qüssə Hamını hüznləndirir. Deyin, nədən Özümü yordum bunca Hüznlə? Olmaya, giley-güzarımdı Payızı beləcə saraldan? ***
Səsindən Tanıdılar PayızıKolektif · Parlaq İmzalar · 20165 okunma