Tinuviel

Puan vermedi·241 syf.··
2024 15. kitabı
·
205 günde okudu
·
Okunma: 20 Mart 2024 02:04
Narnia Xronikaları seriyasının 6-cı kitabı. Sondan bir əvvəlki dayanacaq.  Narnia kainatının filmlərini, filmlərinin musiqilərini və ümumi baxıldıqda yaradılan dünyanı çox, çox sevirəm. (Əgər izləməmisinizsə və yeniyetmələr üçün nəzərdə tutulan fantastik filmləri sevirsinizsə, mütləq şans verin<3) Uşaqlıqdan heyranlıq duymuşam. Ancaq təəssüf ki, kitabları full, full xəyalqırıqlığıdı. C. S. Lewis tamamilə azyaşlılara öyüd-nəsihət olacaq nağıllar yazmaq və bu nağılların təməli olaraq Xristianlıqdan, İncildən, detalları olaraq da miflərdən istifadə etməyə fokuslanıb. (Okay ilk kitablarda belə göndermeleri, hər macəranın əsaslandığı dini əfsanəni təxmin etmək və s maraqlı olurdu, ancaq bu tək başəna bir seriyanı apara biləcək ünsür deyil, təbii ki.) Hekayələr maraqlı olma potensialı daşıyır, amma nə yazı dili maraqlıdı, nə süjet, nə də ki personajlar. "Gümüş Sandalye"də son ana qədər heç bir obrazda karakter gelişimi görmürük. (Düzdür, hər hekayə obraz inkişafını işləməyə məcbur deyil - baxmayaraq ki, bu olmadıqda hekayənin çox cılız qaldığını düşünürəm - ancaq Narnia sırf uşaqların bu macəralar ilə inkişaf etdiyi, yetkinləşib böyüdükləri bir dünyadırsa, bunu addım-addım görməliyik axı.) Üstəlik "qəhrəmanlarımızın" hamısı maldır. Bəli, dümdüz mal. Bir insan çıxdığı yolda istisnasız hər şeydə, hər dəfə mi səhv edər ? Yəni qız və ya oğlan, uşaq və ya yetişkin, Narnialı ya da dünyalı olmasından asılı olmayaraq, hamısı mı gerizekalı olar ? Zorla öz-özlərini müşkül vəziyyətə salırdılar və bu bir yerdən sonra həqiqətən, bezdirici və də absurd, inandırıcılıqdan uzaq olur. Digər əsas məsələ də, ümumiyyətlə, hekayənin və bu evrene aid bütün hekayələrin kökündə böyük məntiqi uyuşmazlıqların olmasıdır. Klassik dönəm yazarların heç birinin analitik kurgulamaya önəm verməməyi çox
2024 Okuma Raporları
Gümüş SandalyeC. S. Lewis · Doğan Egmont Yayıncılık · 20121,370 okunma
Reklam
9/10
·356 syf.··
2024 7. kitabı
·
5 günde okudu
·
Okunma: 10 Şubat 2024 03:47
Tarixi roman & bioqrafiya janrındakı bu kitab Vinçili rəssam, mühəndis, ixtiraçı Leonardo və Florensiyalı heykəltəraş Michelangelonun həyatlarının kiçik bir hissəsinə işıq tutur. Belə ki, həyatları boyu müxtəlif incəsənət ocağı şəhərlərdə yaşayıb yaratmış bu ustalar 1501 - 1505-ci illərdə eyni şəhərdə - Florensiyada olublar. Tarixi mənbələr öz "İsa və 13 həvarisi" tablosu, bir çox başqa önəmli işləri ilə özünü bütün Avropada təsdiqlətdirmiş yaşlı dahi Leo ilə "Pieta" heykəli ilə ilk uğurunu qazanan, amma hələ tanınmayan, yolun başında olan təcrübəsiz, gənc, coşğulu, emosional Michelangelonun bir-birlərini heç sevmədiklərini qeyd edir. Belə ki, küçədə təsadüfən rastlaşanda belə bir-birlərinə söz atmadan, ağız dalaşına girmədən uzaqlaşa bilmirmişlər. Bir az da bu şəxsi və profesional səviyyədəki mübarizədən, düşmənlikdən qaynaqlanaraq hər ikisi eyni dönəmdə bütün karyeralarının ən məşhur, ən önəmli əsəri olacaq şahəsərlərini tamamlayıb təqdim edirlər : "Mona Liza" tablosu və "Davud" heykəli. (Favorim Davud heykəlidi bu arada.) Hekayə iki sənətkarın eyni sifariş iş üstündə mübarizələrini ilə başlayıb irəliləyərkən, eyni zamanda bir-birləri ilə və həyatlarındakı digər əsas insanlarla olan münasibətlərini, öz şedevrlərini yaratma yolunda qarşılaşdıqları çətinliklərini, xəyal qırıqlıqlarını, güclü və zəif, mənfi cəhətlərini işləyir. Michelangelo gəncdir, təcrüübəsizdir, safdır. Ən böyük qayəsi özünü və peşəsini ailəsinə təsdiqlətdirmək, yaratdığı işlərlə həmvətənlərinin sevgisini qazanmaqdır. Ancaq çox emosionaldır, düşüncəsizdir, tez qəzəblənir, qəzəbini cilovlaya bilməyib səhvlərə yol verir. Onun zamanla böyümə, özünü təsdiqetmə hekayəsini oxumaq mənim üçün çox dəyərli və özümə yaxın hiss etdirən bir şeylər idi. Da Vinçi savadlıdır, dünyagörüşlüdür, fantastik zəngin
2024 Okuma Raporları
Yağ ve MermerStephanie Storey · Maya Kitap · 2017358 okunma
8/10
·130 syf.··
2024 3. kitabı
·
1 saatte okudu
·
Okunma: 08 Ocak 2024 04:09
Tim Burton'u tanımayanınız olmaz, yəqin ki. Dünyaca məşhur amerikalı rejissor, animator və rəssam. "Corpse Bride". "Edward Scissorhands". "Charlie and the Chocolate Factory". "Alice in Wonderland". "Big Fish". "Miss Peregrine's Home for Peculiar Children". Və daha onlarla film və animasiya filmi. Uşaqlığımız, yeniyetməliyimiz və gəncliyimizdə silinməz, çox özünəməxsus bir izi olan sənətçi. Gothic sənəti bizə sevdirən insan. Mənim üçün xüsusi yeri, dəyəri olan şəxs☆ Tim Burton'ın həm də hekayə kitabı yazmış olması çoxlarına təəccüblü gələ bilər. Bizdə və Türkiyədə elə də bilinməyən bir faktdır ən azından. Mən də kitabı tamamilə təsadüfən kəşf etdim, bir an belə düşünmədən elektron versiyasını axtardım, tapdım və saatlar sonra girəcəyim bir imtahana hazırlaşmalı ikən pdf'i vərəqləməyə başladım. Olduqca qısa hekayələrdir. Bəzisi bir səhifə. Bir çoxu cəmisi bir neçə sətir. Hər hekayə üçün çoxlu illüstrasiyalar var. İllüstrasiyalar da hekayələri kimi olduqca sadə, bəsit, ancaq kədərlidir. Kitab ilk başda şirin bir uşaq kitabı kimi görünə bilər, amma rejissorun üslubuna bələd olanların təxmin edə biləcəyi üzərə, qətiyyən uşaqlar üçün deyil. Hekayələrin hamısı gothic üslublu, bir formada həm narahatedici, həm kədərlidir. Sadəcə 2 sətirlik bir "hekayə" sizi irkildib həm də kədərləndirə bilərmi yəni ? Hə. Həmişə uzun, dolaşıq, bəzəkli cümlələrə ehtiyacımız yoxdu. Hətta heç bütün bir cümləyə belə ehtiyacımız olmaya bilər. Tim Burtonun bəzi hekayələri sadəcə bir neçə kəlmə ilə personajını təsvir edir və bu belə insanı incitməyə bəs edir. Xoş, çərəzlik kitabdır. Ətrafınızda gothic incəsənət yaxud Tim Burton heyranı yaxınınız varsa, heç düşünmədən hədiyyə ala bilərsiniz☆
İstiridye Çocuğun Hüzünlü Ölümü ve Diğer HikayelerTim Burton · Altıkırkbeş Yayınları · 20181,257 okunma
8/10
·360 syf.··
2023 53. kitabı
·
4 günde okudu
·
Okunma: 20 Aralık 2023 00:00
Frankenstein ya da Modern PrometheusFrankenstein ya da Modern PrometheusDraculaDracula -dan bəhrələndiyi düşünülən Operadaki HayaletOperadaki Hayalet . Gotik ədəbiyyatın ən önəmli 5-6 əsərindən üçünü, popular incəsənətdə ən məşhur olan, ən çox adaptasiya edilmiş olanları il bitmədən oxudum, nəhayət ki. Və tamamilə razılaşıram, Operadaki Hayalet sözükeçən digər iki əsərdən çox bəhrələnib. Ya da daha doğrusu, Gaston LerouxGaston Leroux sanki yaradılmışların ən çirkini və ən çox sevilməyəni ilə gücünün verdiyi təkəbbür ilə bütün insanlığı ələ almağa çalışan dahinin hekayəsini birləşdirmək istəyib. Bunu edərkən də, o klassik qorxulu, həyəcanlı, romantik - qotik auranı qorumaq, ancaq sonda bütün hekayəni daha real, məntiqə sığan bir təmələ oturtmaq istəyib. (Bunu xüsusilə bəyəndim bu arada.) Qeyd : Bu kitabın İthaki üz qapağı dizaynı çoox qəşəngdi, ağzımın suyu axır... İndi elektron oxudum / səsli dinlədim, amma nə vaxtsa, məhz bu nəşrini kitabxanama da əlavə edəcəm mütləq. Qeyd 2 : Kitab əsasında çəkilmiş "Phantom of the Opera" (2004) müzikala da baxmağı unutmayın. Xüsusən eyni adlı soundtrackı ləzzət edir və hekayənin o aurasını tam əks etdirir Hekayənin klişe tərəfi vardı ? Əlbəttə ! 1909-cu ildə yazılmış klassik gotik romandan danışırıq, dostlar ! Ancaq axıcı idi, maraqlı idi, süjet və sonluq tətmin edirdi. Xüsusən də Frankenstein ya da Modern PrometheusFrankenstein ya da Modern Prometheus kimi öz alt mətni, dərin fəlsəfəsi ilə sadəcə dövrü üçün deyil, bizim dövrümüz üçün belə çoox orjinal olacaq bir hekayənin bu qədər səthi, zəif yazılmasından duyduğum xəyalqırıqlığından sonra Operadaki HayaletOperadaki Hayalet çox yaxşı təsir etdi.:) Totally, üç roman da yaxşıdı və ayrı-ayrılıqda incəsənətin inkişafı üçün çox töhfə vermiş, ideya yaratmış personajlar, hekayələr təqdim edirlər. Oxumaqdan peşman deyiləm, tövsiyə də edərəm. Kitabla qalınızz☆
Operadaki HayaletGaston Leroux · İthaki Yayınları · 20213,801 okunma
5/10
·560 syf.··
2023 41. kitabı
·
25 saatte okudu
·
Okunma: 29 Ağustos 2023 00:00
Deməli, yenə zorla aparıldığım bir qohum ziyarətində idim (some ildə bir dəfə rayona gedəndə qapı-qapı görücüyə çıxarılan tələbə qız problems and "indi neçənci kurssan", indi neçə il oxuyassan", "indi bitirəndə nə həkimi olassan ki sən" suallarına hər il cavab verməli olan tibb tələbəsi problems) , internetim, kitabım yox idi. Aşşşırı dərəcədə usanırdım. Telefonun fayllar qismindəki ən son yüklü kitabı random şəkildə açıb oxuma qərarı verdim. Bizim Cinciva istək qrupunda istənildiyi, atdığım üçün son kitab bu idi. Romcomdu, axıcı, maraqlı olar, tez bitər, hekayənin ortamı da maraqlıdı deyə düşünüb başladım... Dünyanın ən sıxıcı, saqqız kimi uzanan, bir nəticəyə varmayan olaylarından ibarət 560 səhifəlik işgəncə ilə üzləşdim. Kitabın sadəcə smut səhnələrinə (18+ yəni) görə belə çox oxunduğuna and içərəm, sübuta da ehtiyac yoxdu. Okay, belə səhnələr məni narahat etmir, ama ortada tutarlı bir obraz, tutarlı bir ilişki, tutarlı bir hekayə və tutarlı bir son olmayandan sonra 560 SƏHİFƏ necə dözürsünüz axı ? Bir yerdən sonra kriz keçirib ötürə-ötürə sadəcə bitirməyə fokuslandım. Özümə bu işgəncəni etməsəm daha yaxşı olardı təbii ki, ama işte mükəmməlliyətçi damarım... Hekayə bu aralar trend olan buz idman növləri temalı romantikalardan olmalıydı, ama iki obrazın da sporu, mübarizəsi barədə demək oıar ki, heç nə yox idi. Aralarındakı münasibət mənə sadiq, səmimi bir münasibət kimi gəlmirdi, qızın komandanın bütün digər üzvləri ilə sərhəddi aşan yaxınlığı, ortada dönən zarafatlar və s bəlkə də, Amerikan gəncliyi üçün normaldı, ama mənim içedönük ilişki anlayışım üçün hədsiz irriteediciydi. "İkinci erkek vakası" çoox açıqca bəlli idi, adam bütün hərəkətləri ilə qızdan xoşlandığını (necə xoşlanmaqdısa day) , onu manipülə etdiyini, münasibətini də baltalamağa çalışdığını
IcebreakerHannah Grace · Olimpos Yayınları · 20232,470 okunma
Reklam