8/10
·84 syf.··
2026 128. kitabı
O məşhur başlıq hekayədəki Pat – o safkan İskoç iti – Hidayət heç də heyvan sevgisindən yazmayıb bu hekayəni. O, yadlaşmadan yazıb. Bir canlının içinə yuvarlanan o dəhşətli boşluqdan. Və sonra fikirləşdim ki, bu adam Parisdə qaz borusundan özünü asanda, bəlkə də beynində elə o aylak köpək cəhənnəm kimi ulayırdı. “Kerec Don Juanı” – Hidayət burada İranın o ikiüzlü, riyakar cəmiyyətini elə bir sillə ilə vurur ki, adam yerin dibinə keçir. “Çıkmaz”da isə qəhrəman otaqda tək-tənha ölümü düşünəndə mən də onunla birlikdə boğulurdum. Hidayət sanki deyir: “Bax, bura qədər gəldik. Nə qapı var, nə pəncərə. Çıxış yoxdur.” “Katya”… bu hekayə məni ən çox çəkəndi. Rus mühəndis, qadın, Avropa baxışı… Hidayət niyə birdən öz torpağından çıxıb Avropalının gözü ilə baxır? Çünki o, həmişə kənardan baxıb. Öz cəmiyyətinə də kənardan, öz həyatına da. Bu hekayədəki o ağır, xəstə məhəbbət əslində heç vaxt tamam olmayan bir ağrıdır. “Taht-ı Ebu Nasr” - Mumiya canlanır, arxeoloqlar talan edir… Amma bu qorxu filmi deyil. Bu, Hidayətin Qərbə olan nifrətidir. O, amerikalıların əlinə baxır, Şərqin köhnə sümüklərini necə diddiklərini görür və dişlərini qıcıldadır. “Vətənsevər” hekayəsində isə artıq gülməkdən çox ağlamaq gəlir. O siyasi satiranın içinə elə bir acı duz qatıb ki, adamın gözü yaşarır. Deyirlər, vətənpərvərlik şüarları ilə xalqı necə aldatmaq olar? Hidayət göstərir: çox asan. Sadəcə bir “missiya” göndər, bir natiq qarşıya çıxarsın, qalanını axmaqlar özləri tamamlayar. “Qaranlıq Oda” - Hidayət deyir ki, qaranlıq otaq cəmiyyətin qaranlıq əxlaqından qaçışdır. Amma mən soruşuram: bəs özümüzdən qaçmaq olurmu? Hidayət qaça bilmədi. Parisdə bir otel otağında – bəlkə də “qaranlıq otaq” axtarışında – özünə çıxış tapdı. “Allahın bir qulu onu oxşamamışdı, gözlərinə baxan olmamışdı.” Bu, təkcə
Edebiyat
Aylak KöpekSadık Hidayet · Yapı Kredi Yayınları · 20243,182 okunma
9/10
·152 syf.·
2026 12. kitabı
5 əsrdən çoxdur ki, “Hökmdar” əsəri ətrafında qızğın mübahisələr gedir. Makiavellinin əsərdəki fikirləri bəzi mütəfəkkirlər tərəfindən rədd edilmiş, bəziləri tərəfindən təhrif edilmişdir. Lakin buna baxmayaraq bu əsərlə o “Makiavelizm” terminin əsasını qoymuş oldu. Makiavelli sözü gedən əsərdə bir çox şeylərlə bərabər səxavət və qənaət, qəddarlıq və mərhəmət, məhəbbət və nifrət və digər anlayışları çox dəqiqliklə analiz edir. Və onlara yeni məna verir. Makiavelli qeyd edir ki, hakimiyyətə can atan adam öz məqsədinə yetməkdən ötrü əliaçıq olmalıdır. Daha sonra o qeyd edir ki Hökmdar əgər təbəələri itaətdə saxlamaq istəyirsə, o, qəddar adam kimi tanınmaqdan çəkinməməlidir. Bu kimi fikirlərə görə Makiavellini qəddar adlandırırlar. Lakin düşünürəm ki, əsər indiki dövr üçün də öz aktuallığını qoruyub saxlayır və Makiavelli deyilən qədər qəddar olmayıb. Bu ittihamların heç bir əsası yoxdur. Çünki Makiavelli heç bir zaman heç yerdə mütəmadi olaraq sərt tədbirlərin keçirilməsi ilə bağlı nəsə yazmamışdır. Kitabı oxumağa dəyər
HökmdarNiccolo Machiavelli · Qanun Nəşriyyat · 202420,4bin okunma
Reklam
9/10
·208 syf.··
2026 103. kitabı
Marco Polo deyir ki, səfər etdiyi hər yeni şəhər əslində itirdiyi bir köhnə şəhərin axtarışıdır. Mən də bu kitabı açdığımda, əslində heç vaxt görmədiyim, amma içinə doğulduğum şəhərləri gəzirəm. Calvino bizə xəritələr deyil, güzgülər verir: hər bir “görünməz” şəhər, öz görmə qabiliyyətimizin sərhəddinə çevrilir. Kubilay xanın səssizliyi, bütün imperatorların səssizliyidir – ən böyük güc belə, öz torpaqlarını anlamaq üçün bir nağılçının dilinə möhtacdır. Mənə elə gəlir ki, Calvino əslində şəhərlər haqqında deyil, danışmağın özü haqqında yazır. Çünki hər bir təsvir, hər bir “Zaira” və ya “Armilla” əslində sözlərin əl çatdıra bilmədiyi bir yeri yoxlamaq cəhdidir. Oxuduqca başa düşürəm ki, ən real şəhərlər heç vaxt tikilməyənlərdir – arzularımızın içində çöküb qalan, xatirələrimizin kəsişməsində kölgə kimi duran şəhərlər. Hər bir məhəbbət, hər bir itki, hər bir səhər qəhvəsi – bütün bunlar əslində bir şəhərin görünməz divarlarıdır. “Görünməz şəhərlərim” o küçələrdir ki, heç vaxt addımlamadım – amma hər axşam yuxumda gəzirəm. Bəlkə də hər birimizin öz “Eusapia”sı var: ölüləri yaşayanlardan daha canlı olan bir şəhər. Kitabı bağlayanda deyirəm: insan yaşadığı yerdə deyil, həsrətini çəkdiyi yerdə kök salır. Və Calvino bu həsrətin adını qoymağı bacaran nadir sənətkarlardandır. Onun şəhərləri yoxdur, amma onları oxuyan hər kəs öz şəhərini tikməyə məcbur olur. Bəlkə də buna “görünməz sehr” deyirlər. Hər dəfə düşünürəm: mən hansı şəhərdə yaşayıram? Doğulduğum yerdə, yoxsa həmişə qaçmaq istədiyim yerdə? Calvino cavab vermir, sadəcə güzgünü uzadır: “Bax, gördünmü? Budur sənin imperiyan – itirdiyin hər xiyaban, unutduğun hər görüş, heç vaxt söyləməyəcəyin hər söz...” Və mən susuram. Çünki bəzən ən doğru cavab, Marco Polonun jestlərində olduğu kimi, sözsüz qalandır.
Bilim-Kurgu
Görünmez KentlerItalo Calvino · Yapı Kredi Yayınları · 20263,227 okunma
5/10
·256 syf.··
2026 100. kitabı
Sabahattin Alinin "İçimizdəki Şeytan" (1940) əsəri, fərdin daxili aləmi ilə cəmiyyət təzyiqləri arasındakı qarşıdurmanı ustalıqla işləyən psixoloji romandır. Əsər adını “şeytan” metaforundan alır: Yazar şərri xarici bir qüvvədən çox, insanın öz zəiflikləri, qorxuları və bəhanələri kimi təyin edir. Roman eyni zamanda dövrün ziyalılarının riyakarlığını, müharibə illərinin bədbin havasını və fərdin özünə yadlaşmasını tənqid edir. Romanın Əsas Temaları : · Özünü Aldatma və Məsuliyyətdən Qaçış: Ömər uğursuzluqlarını daim “içimdəki şeytana” yıxır. Halbuki Sabahattin Ali şeytanın əslində insanın öz vicdanı və iradəsizliyi olduğunu göstərir. · Cəmiyyət Tənqidi: Cümhuriyyət dövrü ziyalılarının Qərb təqlidçiliyi, samimiyyətsizliyi və xalqdan qopması tənqid edilir. Ömər kimi ziyalılar yaşadıqları cəmiyyətə yadlaşmışdır. · Məhəbbət və Xəyal Qırıqlığı: Ömər ilə Macidənin münasibəti ehtirasla reallıq arasında gedib-gəlir. Macidənin romantik gözləntiləri Ömərin məsuliyyətsizliyi qarşısında yıkılır. Personaj Təhlilləri : Ömər – Romanın anti-qəhrəmanı. Hüquq fakültəsini yarımçıq qoymuş, nizamsız işlərdə çalışan, ziyalılıqla öyünən bir gəncdir. Daxili çatışmalarla boğuşur: Bir tərəfdən cəmiyyətə uyum sağlama istəyi, digər tərəfdən asi və məsuliyyətsiz olmaq. Özünü daim haqlı çıxartma cəhdi onu tipik “özünə yadlaşmış ziyalı” halına gətirir. Ömərin ən böyük qüsuru, hərəkətlərinin nəticələrini üstlənmək yerinə bir “şeytan” uydurmasıdır. Macidə – Ömərin sevgilisi, idealist və duyğusal bir gənc qadın. Müəllim işləyir, dürüst və ciddi bir xarakterdir. Lakin Ömərin qeyri-sabitliyi qarşısında sadəlövh qalır; onu dəyişdirə biləcəyinə inanır. Macidə romanın əxlaqi kompası kimidir, lakin sevgisindəki israr onu xəyal qırıqlığına sürükləyir. Sabahattin Ali onun vasitəsilə qadınların
Edebiyat & Roman
İçimizdeki ŞeytanSabahattin Ali · Yapı Kredi Yayınları · 2019209,1bin okunma
8/10
·71 syf.··
2026 34. kitabı
Qasırğa bir nóv insanın daxilində baş verən emosional fırtınadan behs edir .Hekayede sevgi sadəcə romantik hiss kimi yox, güclü və təhlükəli bir qüvvə kimi göstərilir.Yeni Sevgi insanı xoşbəxt de edə bilər,amma eyni zamanda həyatını dağıda bilər.Povestdə ailə, məhəbbət, qadın həyatı kimi məsələlərə toxunulmuşdur. Əsərin qəhrəmanı İda ürəkdən bağlandığı Edvardın “məhəbbət toru”na düşərək başına gələn dəhşətlə mübarizə aparmalı olur. Ailəsinin təzyiqləri altında yaşayan İda bu mübarizədə məğlub olur və ölümü seçir… Əsərdə Drayzer təkcə qəhrəmanlarının daxili alə­mini, daxili faciəsini göstərməklə kifayətlənmir, həm də bu faciələri törədən səbəblərin izahını verir.Povest inanilmaz axicidir bir nefese bitirmek olur 🩷Çox heyifki sonu insani meyus edir
QasırğaTheodore Dreiser · Qanun Neşriyyat · 2018200 okunma
7/10
·208 syf.··
Beğendi
·
2026 3. kitabı
"Kəndimizdə Bir Gözəl Var" təkcə bir qızın (Leyla) doğum sirri ətrafında deyil, həm də müharibədən qayıdan kor əsgər Əkrəmin, onu aldatdığı üçün peşman olmayan Yeganənin, əsl məhəbbətini tapan Fəridənin və taleyin qurbanı olmuş başqa qəhrəmanların faciəsidir. Qədirzadə məhəbbət, namus, xəyanət, ana övlad sevgisi və insanın daxili ziddiyyətlərini çox canlı və dramatik şəkildə təsvir edir. Xüsusilə Yeganənin əxlaqi süqutu, öz övladına qarşı belə amansızlaşması oxucuda dərin təəssürat və nifrət hissi oyadır. Əsərin sonunda bütün düyünlərin açılması, taleyin qəribə bir tərsinə çevrilməsi (Fikrət və Günəşin əsl övladlarını tapması) maraqlı və təsirlidir.
Kəndimizdə Bir Gözəl VarSalam Qadirzade · Xan Nəşriyyatı · 2015322 okunma
Reklam
Reklam