Ömrüm başdan-başa ahu-nalədir,
Çox da ki, dilimin ahu-zarı yox.
Hər il bahar gəlir çölə, çəmənə
Nə olsun, könlümün öz baharı yox.
Düşündüm dünyanı, düşündüm dərin,
Önündə acizəm mən bu sirlərin.
Könlümdə bəslənən cəvahirlərin
Kolxoz bazarında xiridarı yox.
Dar gəlir könlümə hər şey büsbütün,
Dünya da kiçilir, yoxsa, günbəgün?
Yaralı könlümün, yazıq könlümün
Nə göydə, nə yerdə bir qərarı yox.
Alçaldım yerə də, qalxdım göyə də,
Başımın üstündə gördüm min hədə.
Dinməyə qoymurlar,
düşünməyə də
Axı, mən yazığın ixtiyarı yox.
Bahtiyar Vahapzade
“İki qorxu” poemasından