- Şonun beynindən bu fikirlər keçirdi. "İnsan yeganə canlıdır ki, istəsə, mələkdən də üstün olar, istəsə, heyvandan da rəzil. Heyvan və mələk isə heç vaxt dəyişilib başqa birinə çevrilə bilmir", - Nəzərin təkrarlamağı sevdiyi sözləri xatırladı.
- Görəsən, orda, uzaqlarda xoşbəxt olacam?
- Uzaqlarda həmişə hamı xoşbəxt görünür. Sonra sən gedib o "uzaqlara" çatırsan və görürsən ki, sən demə, qeyri-adi heç nə yox imiş.