Puan vermedi·372 syf.··
2026 2. kitabı
Kitabın ortalarında Sabit dayı hekayəmizə daxil olmuşdu. Muradın təkliyinə, çıxılmaz bir zamanda tutacaq bir əl kimi var oldu. Və Murad daxilən sağalıb həyatına qaldığı yerdən davam edərkən mənim ağlım yenə tənhalığı ilə yaşamağa məhkum qalan Sabit dayıda idi. Amma kitabın sonlarında birilərinin sənin həyatına səbəbsiz yerə daxil olmadığını anlamış oldum.. ''Maraqlı bir yolçuluq idi.. ''
Qanadsız MələkAysel Şıxlı · Teas Press · 0408 okunma
Hamı xoşbəxt idi
9/10
·120 syf.··
2026 11. kitabı
·
4 günde okudu
·
Okunma: 24 Mayıs 2026 18:03
"Mənim həyata verdiyim dəyərlərlə başqalarının dəyərləri çox fərqli idi. Mən onların bu hərəkətlərini gülünc və mənasız adlandırırdım. Mənə elə gəlirdi ki, onlar, sadəcə, qarşılıqlı yalandanışma, süni gülüşlər və gülməli olmayan zarafatlarla, bir birinə təzə aldıqları telefonları və paltarları göstərməklə xoşbəxt olduqlarını düşünürlər. Amma zaman getdikcə daha çox kitab oxuyub, həyatı daha dərindən anladıqca görürdüm ki, əslində onlar doğrudan da xoşbəxtdirlər. Öz mənasız və səviyyəsiz verilişləri, musiqiləri, toyları və yasları, qızılları və mersedesləri ilə həqiqətən çox xoşbəxt idilər. Mən isə öz həqiqətlərim və axtarışlarımla ancaq özümü didirdim" Təəssüf ki dövrümüz insanı düşünməkdən çox məşğul olmağa yönəldir və bu kitab bunları bizim qarşımıza qoyur. Maraqlısı odur ki, öz axtarışlarımızla biz nəyi hədəfləyirik? Nə üçün yaşayırıq və məqsədlərimiz nədir?
Alıntı
MələkQaraqan · Qanun Neşriyyatı · 20242,006 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Puan vermedi·304 syf.··
Beğendi
·
2026 26. kitabı
·
8 günde okudu
·
Okunma: 17 Nisan 2026 14:42
Məndə sığar iki cahan, mən bu cahanə sığmazam, Gövhəri-laməkan mənəm, kövnü məkanə sığmazam. Ərşlə fər şu kafü nun məndə bulundu cümlə çün, Kəs sözünü və əbsəm ol, şərhü bəyanə sığmazam. Kövnü məkandır ayətim, zati dürür bidayətim, Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam. Kimsə gümanü-zənn ilə olmadı həqq ilə biliş, Həqqi bilən bilir ki mən, zənnü gümanə sığmazam. Surətə baxu mə'nini surət içində tanı kim, Cism ilə can mənəm, vəli cism ilə canə sığmazam. Həm sədəfəm, həm inciyəm, həşru sirat əsinciyəm, Bunca qumaşu rəxt ilə mən bu dükanə sığmazam. Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm, mən uş, Gövhəri-kan mənəm mən uş, bəhrəvu kanə sığmazam. Gərçi mühiti-əzəməm, adım Adəmdir, Adəməm, Dar ilə künfəkan mənəm, mən bu məkanə sığmazam. Can ilə həm cahan mənəm, dəhr ilə həm zaman mənəm, Gör bu lətifeyi ki mən, dəhru zəmanə sığmazam. Əncum ilə fələk mənəm, vəhy ilə həm mələk mənəm, Çək dilini və əbsəm ol, mən bu lisanə sığmazam. Zərrə mənəm, günəş mənəm, çar ilə pəncu şeş mənəm, Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam. Zat iləyəm sifat ilə, qədr iləyəm bərat ilə, Gülşəkərəm nəbat ilə, bəstə dəhanə sığmazam. Nar mənəm, şəcər mənəm, ərşə çıxan həcər mənəm, Gör bu odun zəbanəsin, mən bu zəbanə sığmazam. Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəkər mənəm, Ruhi-rəvan bağışlaram, ruhi-rəvanə sığmazam. Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm, Bundan uludur ayətim, ayətü şanə sığmazam.
Məndə Sığar İki Cahanİmadəddin Nəsimi · Qanun Nəşriyyatı · 201921 okunma
6/10
·120 syf.··
2026 3. kitabı
Təssəvvür edin ki, hər kəsin kor olduğu bir şəhərdə tək görən sizsiniz. Bu ağır yükü daşıya bilərdiniz? "Mələk" görməyin bədəlini və susmağın acısını anladır. İnandığım hər şeyin bir saniyədə yox olması nə deməkdir, bu kitabda onu təkrar anladım.
MələkQaraqan · Qanun Neşriyyatı · 20242,006 okunma
10/10
·95 syf.··
2026 72. kitabı
Bilirsən, bəzən elə kitablar olur ki, səhifələri çevirdikcə sanki sən də o səhifələrin arasında itib-batırsan. Sadık Hidayet Kör Baykuş mənim üçün elə bir kitab oldu. Amma bu itmək qorxulu deyildi, daha çox öz içinə səyahət etmək kimi bir şey. Mən bu kitabı oxuyarkən hiss etdim ki, Hidayət mənimlə danışır. Lap elə bil üzümə baxıb deyir: "Bax, mən beləyəm. Sən də beləsən? İçindəki qaranlıqla üzləşməyə cəsarətin var?" Kitabın qəhrəmanı... Ona qəhrəman demək nə qədər doğrudur, bilmirəm. Bəlkə də anti-qəhrəman demək daha düzgün olardı. O, tənha, çox tənha bir adamdır. Öz otağında, öz dünyasında yaşayır. Pəncərədən çölə baxır, amma çöldə gördükləri də əslində onun öz iç dünyasının əksidir. Mənə ən çox toxunan isə onun kölgəsi ilə danışması oldu. Çünki bəzən mən də gecələr oyaq yatanda, qaranlıqda öz kölgəmlə söhbət edirəm. Ona suallar verirəm: "Sən kimsən? Niyə mənimləsan? Məndən nə istəyirsən?" Və bəzən elə bil kölgəm mənə cavab verir, için için gülür. Kör Baykuş …Bu ad lap əvvəldən məni düşündürdü. Niyə bayquş? Niyə kor? Bayquş gecənin quşudur, qaranlıqda görür. Bəs kor bayquş necə yaşayar? O, nəyi görər? Bəlkə də ancaq öz içindəki qaranlığı görər. Necə ki, Hidayətin qəhrəmanı ancaq öz ruhunun dərinliklərindəki qaranlığı görür, çölə, gerçək dünyaya qarşı kordur. Kitabda bir qadın var. O qədər gözəldir ki, qəhrəman ona vurulur. Amma bu sevgi saf, təmiz bir sevgi deyil. Bu, bir növ xəstəlikdir, tutqundur. Qadın sanki bir röyadır, bir xəyaldır. Və ən sonda o qadın ölür. Qəhrəman onun cəsədini parçalayır, bir çamadana qoyur və basdırmağa aparır. Bu hissəni oxuyarkən ürəyim bulandı, etiraf edim. Amma eyni zamanda düşündüm: "Bəlkə də bu, sadəcə bir qətlin hekayəsi deyil. Bəlkə də bu, öz içimizdəki gözəlliyi, öz içimizdəki mələyi öldürməyimizin hekayəsidir." Hər birimizin içində bir
Edebiyat & Roman
Kör BaykuşSadık Hidayet · Yapı Kredi Yayınları · 202636,6bin okunma
10/10
·184 syf.··
Beğendi
·
2026 14. kitabı
·
21 saatte okudu
·
Okunma: 01 Şubat 2026 15:37
Bir kitabın daha sonuna geldik…. Eslinde kitab 2026 in ilk kitabi olacaqdi. Lakin 2025 den qalanlar evvele kecdi. Maraqli kitab idi. Obrazin adinin olmamasi ve “O, Sahib” deye xitabi daha mataqli idi Tunc Melek…
Tunc MələkVahid Məmmədli · Teas Press Nəşriyyatı · 025 okunma