Yoxdur, ey ürək, onda ürək, umma ürək ondan.
Dad eyləmiş ol ərşi-zəmin, cümlə fələk ondan.
Çoxdan o edib ruhunu iblislərə təslim,
İnsani olan qəlbinə dəysin nə kömək ondan?
Qalmazdı biganə bu qədər cövrü-cəfaya,
Olsaydı xəyalındakıtək huri-mələk ondan.
Onda o təkəbbür var ikən vicdana yenməz,
Umma bir yudum su, nə də bir loxma çörək ondan.
Uğrunda hədər eylədiyin bunca zamandan,
Bir an belə yox görməyəsən hiylə, kələk ondan.
Baxsan hara aşiqlər edir naleyi-fəryad,
Varmış bu fani dünyada olduqca, demək ondan.
Dünyada var ikən bu qədər sevməli dilbər,
Neyçün asasan sevgi dolu kölnünü tək ondan?
Şair, o gözəl kölnünü alçaltma ayıbdı,
Dəyməz bi(r) para dərdi-qəmə, fikrini çək ondan.