Bir insanın dəyəri onun bizə nə öyrətməsindən daha böyükdür.
İnsanlara "həyatımıza girmiş müəllimlər" kimi yanaşmaq haqsızlıqdır. Çünki insanların həyatımızdakı rolu bizə nələrsə öyrədib getməkdən ibarət deyil. Bu cür yanaşma individuallıq konseptini gücləndirir və başqalarını hiss edə bilmirik. Məncə, insan olmağın ən əsas dəyərlərindən biri başqalarının da özümüz kimi insan olduğunun fərqinə varmaqdır. Hətta deyərdim ki, insanı digər bütün canlılardan fərqləndirən əsas amil şüurlu olması yox, empatetik olmasıdır. Biz başqalarını hiss edə bildiyimiz qədər insanıq. Bir ideologiyada radikal olmaq lazımdırsa, bu məhz humanizm olmalı idi. Rus dilində belə bir cümlə görmüşdüm: "Мы узнаем себя через других люди." Orijinal gördüyüm şəkildə çox bəyənmişdim deyə olduğu kimi yazmaq istədim. Biz başqa insanlar vasitəsilə özümüzü tanıyırıq. Bir-birimizin inikasından, əksindən başqa bir şey deyilik. Məktəbdə müəllimlərin şəstlə dediyi bir ifadə var idi, "Uşaq evin güzgüsüdür." Mən deyirəm, insan insanın güzgüsüdür. Hamımız bir-birimizə güzgü tuturuq, amma sadəcə görmək istəyən görür. Öz daxilinə baxıb özünü təhlil etməyin, introspektivliyin psixologiyada geniş yayılmış adı da "refleksiya"dır, indi fikir verirəm. Maraqlıdır ki, öz daxilinə endiyin qədər qınaqlarından, tabularından azad olursan. Özünə o azadlığı verəndə, anlayışla yanaşanda insanlara qarşı da həssaslığın və anlayışın artır. Sanki özünlə barışanda bütün insanlıqla barışırsan və bəlkə də, daxili sakitlik elə budur. Ona görə də, həyatımızdan keçənləri insan yox, funksiya kimi dərk etmək bizi yalnızlığa itələyir. Heç kim birinin həyatında onun böyüməsi və bir şeyləri anlaması üçün könüllü "müəllim" rolu oynamır. Hamı bir-birinə qarşılıqlı ümidlər bəsləyir, effort qoyur və hə, özündən nələrsə verir; Sevgisini, səmimiyyətini, vaxtını. Təbii ki, heç kim əbədi deyil – heç biz
Mən ən ağır günlərimdə belə ağlamağı bacarmamışam. İçimdə sanki sözsüz bir fırtına qopub, hər şey dağılıb, amma o dağıntının səsi çölə çıxmayıb. Boğazımda düyünlənən hiss, sinəmdə sıxılan ağırlıq və nəfəsimə sığmayan kədər arasında ilişib qalmışam. Sanki duyğularım var gücü ilə danışmaq istəyib, amma səsim onlara yol verməyib. Və mən yalnız səssiz göz yaşlarımla anlamışam ki, insan bəzən ən çox ağlayanda belə görünmür, bəzən ən dərin ağrı səssizliyin içində gizlənir. Zaman keçdikcə başa düşdüm ki, bu səssizlik boşluq deyilmiş əksinə, içində dolub daşan, amma çıxış yolu tapmayan bir dünyanın öz diliymiş. Elə anlar var ki, insan nə danışa bilir, nə qışqıra bilir, nə də ağlaya bilir. Sadəcə dayanır və içində baş verənləri kənardan dinləyirmiş kimi olur. Sanki bədən yaşayır, amma ruh bir addım geri çəkilib öz ağrısını uzaqdan izləyir. Bəzən nəfəs alırsan, amma o nəfəs səni yüngülləşdirmir sadəcə vaxtı uzadır. Bəzən gözlərin dolur, amma damcılar düşmür sanki göz yaşları belə qərarsız qalır, hansı yolun azadlıq olduğunu bilmir. Və mən anladım ki, hər kədər özünü göstərmir. Bəziləri insanın içində kölgə kimi yaşayır, səssiz, amma daim orada. Mən çox vaxt elə bilmişəm ki, ağlamaq rahatlıqdır, amma bəzən ağlamaq belə olmur… və insan bu dəfə rahatlığı da itirir. Onda öyrənirsən ki, ən çətin ağrı görünən deyil, ən çətin ağrı hiss ediləndir. Amma ifadə edilə bilməyən. Və yenə də mən içimdə bir şeyi saxlamışam, bütün bu səssizliyin içində belə, mən hələ də hiss edirəm. Çünki hiss etmək bitməyibsə, demək insan da bitməyib. Sadəcə içində bir yer var ki, orada hər şey susub, amma yox olmayıb.
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
Yaxşı oxumuşam mən öz ömrümü, Yaxşı öyrənmişəm,beş düşür mənə. Dünyanın ən soyuq nöqtəsindəyəm, Hərlənib,fırlanıb qış düşür mənə... Vahid Əziz
Ata.... Ata kimdir? "Hər məsuliyyəti uşaqlarına yükləyən yoxsa bütün məsuliyyəti uşaqlarının üzərindən alan?" "Hər günahı uşaqlarında görən yoxsa günahlandırmadan əvvəl uşaqlarını dinləyən?" "Hər şeydə uşaqlarına dəstək olurmuş kimi özünü göstərən yoxsa kiməsə göstərmək xətrinə deyil,həqiqətən uşaqlarının yanında olan?" Deyəsən ATA adına layiq olan ikinci cümlələrdi, lakin mən birinci cümlələrə layiq olan ilə tanış olmuşam və bu qətiyyən mənim seçimim deyildi........
Həyatımın ən unudulmaz mərhələlərindən biri başa çatdı... Məktəb illəri pisi ilə də, yaxşısı ilə də mənə çox şey öyrətdi. Bu illər ərzində böyüdüm, dəyişdim, gücləndim və həyatın hər rəngini bir az da yaxından tanıdım.. Deyəsən, əsl həyat indi başlayır. Qarşıda məni nələrin gözlədiyini bilmirəm, amma bir şeyə inanmaq istəyirəm: bundan sonra hər şey daha gözəl olacaq. Bu gün özümə söz verirəm ki, dəyərimi heç vaxt unutmayacam, məni xoşbəxt etməyən, hüzur verməyən yerlərdə qalmayacam və hər zaman özüm üçün ən yaxşısını seçəcəm..🪄 Yeni başlanğıcların həyatıma yeni rənglər qatacağına inanıram. Çıxdığım bu yolun məni arzularıma aparacağına, üzümü güldürəcəyinə və mənə gözəl xatirələr bəxş edəcəyinə ürəkdən inanıram.. Əlvida məktəb, uşaqlıq.. Xoş gəldin yeni həyat.. 🤍
1000Kitap
İçimdə bir ümid öldü bu səhər Oyanmadı, yırğaladım beşiyin Mən, ağ oldum taleyimin üzünə Nə günahı var ki, qara pişiyin? Uşaq idim, yıxılardım, durardım Əzilərdim topuğumdan dizəcən. Mən təzəcə bir üstdə bir gəlirdim. Fələk sayıb bitirmişdi yüzəcən. #AnarRamazan
Şiir