...bütün bunlar mənim üçün uzaq, ağrılı-acılı xatirələr idi. Mən məhrum qaldıqlarımı, mənə aid olub məndən oğurlananları axtarırdım.
Sayfa 102·Kitabı okuyor
Yer üzündə özünü aldadan adamlardan böyük yalançı yoxdur və mən özümü ən müxtəlif bəhanələrlə aldadırdım.
Sayfa 261·Kitabı okuyor
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
İnan mənə, bir gün hər şey sona yetir, ən çılğın ehtiras belə bitib yükənir və əgər kişiylə qadını ehtirasdan başqa heç nə bağlamırsa - yəni ailəyə,uşaqlara, nikahla bağlı deyillərsə- onda bu cür əlaqə elə bir dəhşətli işgəncəyə çevrilir ki, gəl görəsən.
"Anladım ki, ömrümün yerdə qalan hissəsinin necə olması yalnız və yalnız məndən asılıdır. Heç kim mənə kömək etməyəcək. Məni xilas etmək üçün kimsə gəlməyəcək."
- Bilirsən, həyatdır, hər şey ola bilər. Sən başqa qadınlarla da ola bilərsən və lap yəqin olacaqsan da... Amma bu cür olmayacaq Zaur, heç kəslə olmayacaq bir də... mən bilirəm... Ayrı cür ola bilər,bəlkə bundan da yaxşı ola bilər, amma bu cür yox...
Mən yaşamaq istəyirəm, amma sizin dediyiniz, istədiyiniz kimi yox, çünki bu cür yaşamaq məni öldürür. Necə varamsa, elə olmaq, istədiyim kimi yaşamaq istəyirəm.
Sayfa 200 - Qanun nəşriyyatı·Kitabı okuyor