Növbəti fantastik kitab…
Rəylərə baxdım və çoxlu bu janrda oxuyanlar üçün bu kotab çox uşaqca sayılırdı. Amma mən sevdim. İlk oxuduğum qıdər olmasa da davam kitabını oxumağa dəyər.
Herbert Uelss - “Görünməz adam”
Siz heç görünməz olmaq istəmisiniz? Mən istəmişəm. Amma bu kitabdan sonra istəyimi bir daha nəzərdən keçirməyə qərar verdim. Çünki görünməzliyin insanın başına nələr gətirə biləcəyinə bu kitabda bir daha şahid oldum.
Kitabı sonuncu uşaq festivalından əldə etmişdim, üz qapağı və adı diqqətimi çəkmişdi. Kitab gözləntilərimi tam qarşılamadı amma pis kitab da deyildi.
Bir fizik alimi işıqla bağlı araşdırmalar edərkən təsadüfən görünməz olmağın yolunu kəşf edir və bunu öz üzərində yoxlayır. Lakin bu vəziyyət başına böyük bəlalar açır. Bir müddət sonra köhnə halına qayıtmaq istəyir. Kitab da bizə onun görünməzlikdən sonrakı həyatını və bu bəladan qurtulmaq üçün çəkdiyi əziyyətləri danışır. Kitab görünməz adamın Aypinq adlı qəsəbədəki mehmanxanada otaq tutması ilə başlayır. Məqsədi araşdırmalarını burada gizlicə davam etdirməkdir. Amma üz-gözünün sarğılarla bağlı olması, eynəyi və paltosu ilə dərhal diqqət çəkir. Görkəmi adama dəlini və ya polisdən qaçan birini xatırladır. Onun əslində kim olduğunu və niyə bu hala düşdüyünü isə ancaq oxuduqca öyrənirik.
Kiçik həcmli bu kitabı (128 səh.) sanki iki hissəyə bölmək olar. İlk 60-70 səhifəsi elə bil ancaq səs-küylü, hay-küylü qaçdı-tutdu səhnələrindən ibarətdir: Onu tutun, öldürün, o yıxıldı, bu durdu, o vurdu, bu qaçdı... Adam sağ qalmağa çalışır, qəsəbə camaatı isə onu tutmaq istəyir. İlk hissə ancaq belə keçdiyi üçün mənə bir az sıxıcı gəldi. Amma ikinci hissədə bu insanın niyə bu günə düşdüyü, indi nə etmək istədiyi kimi bütün sirlər aydınlaşır. Buna görə də kitabın ikinci hissəsi mənə daha maraqlı gəldi.
Kitab inandığı hər kəs tərəfindən aldadılan, avam kütlə tərəfindən qəddarcasına tənhalığa itələnən bir alimin həyatından bəhs edir. Bir tərəfdə çıxış yolu axtaran istedadlı alim, digər
Görünməz AdamH. G. Wells · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 010,5bin okunma
"-Sənin bədbəxtliyin orasındadır ki, gələcəyini görə bilmirsən.
- Bizdən hər birimiz gələcəyi ayrı cür görürük. Mən hiss edirəm ki, biz heç bir zaman gələcəyə eyni gözlə baxa bilməyəcəyik.
Bir qədər susaraq əlavə etdim:
- Gələcək isə, həyat deməkdir. Ona göre də, biz ayrılmalıyıq. Sağ ol!
Mən çamadanı götürüb qapıdan çıxdım"
bu cümlələr kitabın son sətirləridir, ümumiyyətlə situasiyalarla bağlı başıma gələnləri bölüşməyi sevirəm, sırf bu cümlələrin reallığına keçən il varmışam, bir rəfiqəmin münasibəti var idi və mən heç dəstəkləmirdim, nə qədər dil tökdüm, o, bu, nəticə olaraq mənə çevrilib dedi ki, bilirsən mən niyə bu münasibətdən əminəm? dedim, niyə? dedi çünki biz gələcəyə eyni gözlə baxırıq, xəyallarımız eynidir, eyni şeylərə görə mübarizə aparırıq və mən bu gələcəyə onunla addımlamaq istəyirəm, o an etibari ilə susdum, həqiqətən bunun necə doğru olduğunu düşündüm, eyni yerə addımlamırsınızsa bir yerdə yola çıxmağınızın nə mənası?
p.s. evləndilər
Körpüsalanlarİlyas Efendiyev · Qanun nəşriyyatı · 0742 okunma
Klassik Türk ədəbiyyatında iz qoymuş realist yazar Orxan Kamalın Yad Qızı romanını oxuyub bitirdim.
Əsər Nazan adlı sadəlövh bir gənc xanımın acınacaqlı həyat hekayəsindən bəhs olunur. Yazar öz əsərində reallığın ən acı yönlərini, həyatın zəif xislətlilərə qarşı tətbiq etdiyi əzici gücü və mühitin onlar üzərindəki böyük təsirini olduqca aydın şəkildə nümunələndirir. Müəllif öz əsərində vurğulamağa çalışır ki, insan hər cür çətinliklərə və hər növ mühitə düşə bilər, ancaq yaşananların və ətraf-mühitin onun üzərindəki təsirində isə, həmin insanın öz xarakteri böyük rol oynayır. İnsan, ona yönələn zərbələr qarşısında zəiflik göstərdikcə, hər keçən gün bu zərbələrin həcmi də böyümüş olur. Odur ki həyat, qaynanası Həcər tərəfindən ailəsi dağıdılan fağır Nazanı, ağlına belə gətirmədiyi saysız çirkinliklərin içərisinə yuvarlayır. Halbuki Nazan, güclü bir iradə sərgiləyərək həyatını tamam fərqli bir yöndə də inşa edə bilərdi.(((
Nazan xarakteri məni həm üzdü həm çox əsəbləşdirdi. Bir qadın necə key, sadəlöv olar.? öz həyatında heç bir söz haqqı olmayan qadının başına gələn hər şey öz sakitliyi və hər şeyə "hə" deməsinə görə olur. Bir növ qarşısına qoyulan hər şeylə razılaşan Nazan ona biçilən həyatı yaşayır.Taleyi ilə barışır və bütün olanlara alın yazısı kimi baxır.
SPOİLER:
Nazan təhsilsiz, evinə, yoldaşına, oğluna və ən əsası zamanın qayda-qanunlarına, ədalətsiz cəmiyyətin qanunlarına tabe bir insandır.
Vəkil yoldaşı Məzhəri çox sevsə də, qayınanasının qorxusu ucbatından sevgisini göstərməkdən çəkinir. Gün ərzində yalnız qulluqçu kimi ev işlərini Nazan zamanla ərinin özündən uzaqlaşmasına səbəb olur. Məzhər, yoldaşının bu halını görür və klub qadını olan Jaləyə könül verir.
Jalə yüngül əxlaqlı qadın olsa da, Nazanın halına acıyır və onun evdən qovulmasına səbəb olan
Yad QızıOrhan Kemal · Qanun Nəşriyyatı · 200915,1bin okunma
Rövşən Abdullaoğlu - "Üzləşmə"
Rövşən Abdullaoğlu yaradıcılığına bələdliyim mənə hər dəfə yeni bir fəlsəfi qapı açır. Müəllifin daha əvvəl oxuduğum 'Bu Şəhərdə Kimsə Yoxdur' və 'Relslər Üzərində Uzanmış Adam' əsərləri kimi, əlimdəki üçüncü kitabı — 'Üzləşmə' də ilk səhifələrindən öz dərin məna yükü və psixoloji qatları ilə seçilir.
Bu əsəri digər romanlardan fərqləndirən və onun süjet xəttini unikal edən əsas cəhət odur ki, kitabda klassik mənada heç bir qəhrəman yoxdur. Müəllif elə bir mühit və elə bir hadisələr zənciri qurub ki, kitabın baş qəhrəmanı elə biz özümüzük. Oxucu sadəcə bir hekayəni kənardan izləmir, hadisələrin tam mərkəzinə atılır.
Əsərdəki əsas konflikt iki personaj arasında deyil, insanın öz keçmişi, qorxuları, peşmanlıqları və maskaları arasındadır. Süjet irəlilədikcə bu qarşıdurma daha da kəskinləşir. Süjetin ən pik nöqtəsi insanın güzgüdə öz həqiqi simasını görməyə məcbur qaldığı andır. Müəllif hadisələri elə idarə edir ki, qaçmağa heç bir gizli qapı qalmır. Çünki həyatımızın müxtəlif dönəmlərində, müxtəlif situasiyalarında qarşılaşdığımız hadisələr bizi individual olaraq həm özümüzü tapmağa, həm də baş verənlərə adekvat cavab verməyə məcbur qoyur.
Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, əsərin gücü yalnız onun fəlsəfi fəhmində deyil, həm də metodologiyasındadır. Müəllifin fərqli sitatlarla zənginləşdirdiyi, hər paraqrafın sonunda bizə ünvanladığı suallar və işləməli olduğumuz cədvəllər əsərin nəzəri biliklərini təcrübəyə çevirir. Bu interaktiv bələdçi hər birimizin öz daxili dünyası ilə üzləşməsində əvəzedilməz bir rol oynayır.
ÜzləşməRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2023135 okunma
Rövşən Abdul oğlu üzləşmə, mən yeməli deyiləm kitabları yaza bilirsə necə olurki bunun kimi sadə heç bir fəlsəfəsi olmayan kitab yazır mən yaxşı bir tənqid edirəm pis başa düşməyin yəni kitabı oxudum bitirmekde o qədər vaxt almadı amma digər kitablarınızdan əsər əlamət yox idi. Oxuduğuma peşman oldum. Uşaq əsəri idi ya deyildi bilmirəm amma uşaq eseride olsa çox mənasız idi yəni mən relsler üzərində uzanmış adam əsəri kimi hətta mənə görə ən yaxşı eseriniz olan kitabdan çox gözləyirəm sizi sevirəm Rövşən abii Rövşən Rövşen Abdullaoğlu