4/10
·368 syf.··
2026 100. kitabı
·
29 saatte okudu
·
Okunma: 13 Haziran 2026 19:17
Qorxu kitabı feyə almışdım. Qorxmadım. Burax qorxmağı, kitab məni özünə çəkənmədi. Zorluqla bitirdim. Sankı yazar belə tərəddüt edib yazarkən. Güclü pr olan bir kitab idi ki, reklamlarına baxıb çox umudlu idim. Ən azından mən düşünürdüm ki, tərcümə kitablarına yalan reklam atmazlar. Yanılmışam. Lotabda sevdiyim tək şey yan boyamasıdı. Kitablıqda gözəl durur.
Duvarların Ardındaki SırDaisy Pearce · Prime Kitap · 202560 okunma
Şah əsərə yaraşmayan yarımçıq sonluq
10/10
·58 syf.··
Beğendi
·
2026 23. kitabı
·
24 saatte okudu
·
Okunma: 13 Haziran 2026 15:30
Spoiler ola bilər. Sveyqin oxuduğum ən sürətli və sürükləyici əsərlərindən biridir. İnsanın tək qalanda öz beyninin içində necə itdiyini çox sadə dillə izah edib. Kitaba tam bal verirəm, çünki oxuyarkən adamı tamamilə içinə çəkir və bir nəfəsə oxunulacaq kitabdır. Tək tənqidim isə sonluğu ilə əlaqəlidir. O qədər gərginlikdən və böyük gözləntidən sonra sonluq mənə bir az məntiqsiz gəldi. Dr. B.nin o qədər əziyyətdən sonra belə asanlıqla geri çəkilməsi hekayənin böyüklüyünə tam olaraq yaraşmadı. Sanki yazıçı kitabı tələsik yazıb bitirməyə çalışıb. Yenə də oxumağa və xeyirli vaxt keçirməyə dəyər.
Düşünce
SatrançStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2025279,2bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
8/10
·220 syf.··
Beğendi
·
2026 3. kitabı
·
12 günde okudu
·
Okunma: 12 Haziran 2026 00:00
Kitabda Azərbaycanlı repressiya qurbanlarının haqqında yer almasa da mən oxuduqca o qurbanları, onların dostluqlarını, onların gördüyü işgəncə və həbs günlərini hiss edirdim. Dili çətin deyildi, lakin bəzi hissələr da da düşündürücü idi. Sona qədər hansı ideologiya haqlı, hansı haqsızdır anlamaq olmur. Çünki hər bir sonrakı nəsil digərindən daha da oyanmış, ayıq gəlir. Lakin keçmiş nəsilin gördükləri və təcrübələri də var. Bu səbəblə kitab sizi Stalin vaxtına, keçidlərə aparacaq.
Gözqamaşdırıcı ZülmətArthur Koestler · Xan Nəşriyyatı · 2020568 okunma
8/10
·384 syf.··
Beğendi
·
2026 99. kitabı
·
25 saatte okudu
·
Okunma: 11 Haziran 2026 16:39
Növbəti fantastik kitab… Rəylərə baxdım və çoxlu bu janrda oxuyanlar üçün bu kotab çox uşaqca sayılırdı. Amma mən sevdim. İlk oxuduğum qıdər olmasa da davam kitabını oxumağa dəyər.
Ateşin VeliahtıJasmine Walt · Prime Kitap · 202547 okunma
Puan vermedi·224 syf.··
2026 32. kitabı
Herbert Uelss - “Görünməz adam” Siz heç görünməz olmaq istəmisiniz? Mən istəmişəm. Amma bu kitabdan sonra istəyimi bir daha nəzərdən keçirməyə qərar verdim. Çünki görünməzliyin insanın başına nələr gətirə biləcəyinə bu kitabda bir daha şahid oldum. Kitabı sonuncu uşaq festivalından əldə etmişdim, üz qapağı və adı diqqətimi çəkmişdi. Kitab gözləntilərimi tam qarşılamadı amma pis kitab da deyildi. Bir fizik alimi işıqla bağlı araşdırmalar edərkən təsadüfən görünməz olmağın yolunu kəşf edir və bunu öz üzərində yoxlayır. Lakin bu vəziyyət başına böyük bəlalar açır. Bir müddət sonra köhnə halına qayıtmaq istəyir. Kitab da bizə onun görünməzlikdən sonrakı həyatını və bu bəladan qurtulmaq üçün çəkdiyi əziyyətləri danışır. Kitab görünməz adamın Aypinq adlı qəsəbədəki mehmanxanada otaq tutması ilə başlayır. Məqsədi araşdırmalarını burada gizlicə davam etdirməkdir. Amma üz-gözünün sarğılarla bağlı olması, eynəyi və paltosu ilə dərhal diqqət çəkir. Görkəmi adama dəlini və ya polisdən qaçan birini xatırladır. Onun əslində kim olduğunu və niyə bu hala düşdüyünü isə ancaq oxuduqca öyrənirik. Kiçik həcmli bu kitabı (128 səh.) sanki iki hissəyə bölmək olar. İlk 60-70 səhifəsi elə bil ancaq səs-küylü, hay-küylü qaçdı-tutdu səhnələrindən ibarətdir: Onu tutun, öldürün, o yıxıldı, bu durdu, o vurdu, bu qaçdı... Adam sağ qalmağa çalışır, qəsəbə camaatı isə onu tutmaq istəyir. İlk hissə ancaq belə keçdiyi üçün mənə bir az sıxıcı gəldi. Amma ikinci hissədə bu insanın niyə bu günə düşdüyü, indi nə etmək istədiyi kimi bütün sirlər aydınlaşır. Buna görə də kitabın ikinci hissəsi mənə daha maraqlı gəldi. Kitab inandığı hər kəs tərəfindən aldadılan, avam kütlə tərəfindən qəddarcasına tənhalığa itələnən bir alimin həyatından bəhs edir. Bir tərəfdə çıxış yolu axtaran istedadlı alim, digər
Görünməz AdamH. G. Wells · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 010,5bin okunma
5/10
·160 syf.··
2026 46. kitabı
·
9 saatte okudu
·
Okunma: 10 Haziran 2026 22:03
"-Sənin bədbəxtliyin orasındadır ki, gələcəyini görə bilmirsən. - Bizdən hər birimiz gələcəyi ayrı cür görürük. Mən hiss edirəm ki, biz heç bir zaman gələcəyə eyni gözlə baxa bilməyəcəyik. Bir qədər susaraq əlavə etdim: - Gələcək isə, həyat deməkdir. Ona göre də, biz ayrılmalıyıq. Sağ ol! Mən çamadanı götürüb qapıdan çıxdım" bu cümlələr kitabın son sətirləridir, ümumiyyətlə situasiyalarla bağlı başıma gələnləri bölüşməyi sevirəm, sırf bu cümlələrin reallığına keçən il varmışam, bir rəfiqəmin münasibəti var idi və mən heç dəstəkləmirdim, nə qədər dil tökdüm, o, bu, nəticə olaraq mənə çevrilib dedi ki, bilirsən mən niyə bu münasibətdən əminəm? dedim, niyə? dedi çünki biz gələcəyə eyni gözlə baxırıq, xəyallarımız eynidir, eyni şeylərə görə mübarizə aparırıq və mən bu gələcəyə onunla addımlamaq istəyirəm, o an etibari ilə susdum, həqiqətən bunun necə doğru olduğunu düşündüm, eyni yerə addımlamırsınızsa bir yerdə yola çıxmağınızın nə mənası? p.s. evləndilər
Körpüsalanlarİlyas Efendiyev · Qanun nəşriyyatı · 0743 okunma