"Qürur və Qərəz" çox maraqlı bir əsərdir. Mən kitabı oxumazdan əvvəl onun filminə baxmışdım. Belə bir qənaətə gəlmişəm ki, film keyfiyyətli çəkiləndə əvvəlcə ona baxıb, sonra kitabı oxumaq daha yaxşıdır. Bu halda hər ikisindən də zövq alırsan. Filmin gözəl ab-havası var idi və məndə çox xoş təəssürat yaratmışdı. Kitabı oxuyanda da film və oradakı obrazlar birbaşa gözümün önündə canlanırdı.
Xoşbəxt sonluqla bitən əsərlərin yeri bir başqa olur. Çünki insana tamamlanmışlıq hissi verir və geridə nə yarımçıqlıq hissi, nə də kədər izi qalır. Süjet boyu müxtəlif mərhələlərdən keçdikdən sonra, sonda hadisələr elə cərəyan edir ki, hər şey gəlib tam yerinə oturmuş olur.
Əsərdə o dövrün ingilis cəmiyyəti, insanların düşüncə tərzi və mədəniyyəti çox yaxşı işlənib. Kitabı oxuduqca istər-istəməz həmin dövrün İngiltərəsinə səyahət etmiş olursan.
"Qürur" və "Qərəz" anlayışlarına gəldikdə isə, qısa desəm, bu anlayışlar Mister Darsinin Hertfordşir qraflığına gəlişi və oradakı davranışlarının Elizabet və onun ailəsində doğurduğu düşüncələrdən formalaşıb. Onlar Mister Darsini qürurlu hesab edirdilər və bu səbəbdən də ona qarşı qərəzli yanaşırdılar. Hadisələrin gedişatı boyunca isə bu qürur və qərəzin zamanla necə aradan qalxdığını görürük. Görünən odur ki, bir insan haqqında sahib olduğumuz doğru biliklər artdıqca, mühakiməmiz də daha düzgün olur.
Özünəməxsus aurası olan bu kitab mənim yaddaşımda xoş bir xatirə kimi qalacaq.
Məni gözəl xatırla
Bunlar son misralar
Fərz et ki, bir külək idim, əsib keçdim həyatından
Ya da bir yağmur, sel oldum çöllərdə
Sonra torpaq çəkdi suyu canına
Yox olub getdim, bəlkə röya idim səninçün
Oyandın ve mən bitdim
...
Məni gözəl xatırla!
Sənə unudulmaz gecələr buraxdım
Sənə ən yorğun sabahlar
Gülüşümü, gözlərimi, sonra səsimi buraxdım
Söylənməmiş "Salamlar" buraxdım hər küncə "Vidalar" buraxdım dayanacaqlara
Nə axtararsan bir sevdanın içində
Artıqlamasıyla buraxdım arxamda
Mən başqa adamları tanımzadan qabaq ən azı özümü tanımalıyam, öz mənəviyyatımın necə olduğunu bilməliyəm. Elə bir şey var ki, o qanun-qaydaya tabe olmur. Bu - insanın vicdanıdır.
İnsanın ürəyinin yaxşı olması üçün ağıla ehtiyacı yoxdur. Mənə elə gəlir ki, bu ikisi onsuz da çox vaxt bir arada olmur. Həqiqətən ağıllı bir insana baxırsan, görürsən ki, heç də yaxşı biri deyil.
Ancaq indi mən üzümü burdakı hamıya, xüsusilə də Qurbana tutub sual verirəm. Kimdir əqrəb? Bir qadının etibarından istifadə edib onun və onunla birgə onlarla adamın həyatını pula qurban verən sən, yoxsa intiqam hissilə yetimxanada böyüyüb bir neçə nəfəri öldürən mən?